CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MDB Oyunları: Azərbaycan 22-ci medalını qazanıb

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidЦеремония открытия I Игр СНГ
Церемония открытия I Игр СНГ - Sputnik Azərbaycan, 1920, 05.09.2021
Abunə olmaq
Hazırda Azərbaycan 38 medala (24 qızıl, 6 gümüş, 8 bürünc) malik Rusiyadan sonra ikinci yerdə gedir.
BAKI, 5 sentyabr - Sputnik. Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazılıb.
Kəmər güləşində 66 kq çəki dərəcəsində çıxış edən Sənubər Nəbiyeva bürünc medala sahib olub. Bununla da Azərbaycanın I MDB Oyunlarında əldə etdiyi medalların sayı 22-yə yüksəlib. Medallardan 6-sı qızıl, 4-ü gümüş, 12-si bürünc əyarlıdır.
Hazırda Azərbaycan 38 medala (24 qızıl, 6 gümüş, 8 bürünc) malik Rusiyadan sonra ikinci yerdə gedir.
---------
10:59
MDB Oyunları: Azərbaycan idmançıları daha 3 növ üzrə mübarizəyə başlayır
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bu gün Azərbaycan təmsilçiləri 3 növdə mübarizə aparacaqlar.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, kəmər güləşində təsnifat və medal görüşləri keçiriləcək. Bu növdə kişilərdən Nahid Vəliyev (57 kq) və Məhərrəm Eyvazov (68 kq), qadınlardan isə Sənubər Nəbiyeva (66 kq) və Aytəkin Paşazadə (76 kq) çıxış edəcək.
Eyni zamanda tayboks növündə Musa Nuruzadə (57 kq) və Məhər Əsədzadə (63,5 kq) təsnifat görüşünə çıxacaq. Əsədzadənin rəqibi Ermənistan təmsilçisi olacaq.
Basketbolun 3X3 növündə B qrupunda yer alan Azərbaycan millisi Qırğızıstan və Belarusla üz-üzə gələcək.
I MDB Oyunları
5 sentyabr
Kəmər güləşi
Keçirilmə yeri: "Ak Bars" Döyüş Növləri Sarayı
10:00
Təsnifat mərhələsi
Kişilər
57 kq
Nahid Vəliyev - Jandos Abubəkirov (Qazaxıstan)
Nahid Vəliyev - Yeqor Kulyomin (Rusiya)
Nahid Vəliyev - Kenjebay Narınbay Uulu (Qırğızıstan)
Nahid Vəliyev - Komronbek Ortikov (Özbəkistan)
68 kq
Məhərrəm Eyvazov - Firuzçon Ziyoyev (Tacikistan)
Məhərrəm Eyvazov - Həbibullo Tınçtık Uulu (Qırğızıstan)
Qadınlar
66 kq
Sənubər Nəbiyeva - Alfina Fəxrətdinova (Rusiya)
Sənubər Nəbiyeva - Məftunəbanu Mahmudova (Özbəkistan)
Sənubər Nəbiyeva - Asıljan Orınbasarova (Qazaxıstan)
Sənubər Nəbiyeva - Əzəmi Kamçıbekova (Qırğızıstan)
76 kq
Aytəkin Paşazadə - Zemfira Azatova (Özbəkistan)
Aytəkin Paşazadə - Angelina Mentiy (Rusiya)
Aytəkin Paşazadə - Kaldıqul Beket (Qazaxıstan)
Basketbol (3X3)
Keçirilmə yeri: URAM Ekstrim Park
B qrupu
14:20. Qırğızıstan - Azərbaycan
15:05. Belarus - Azərbaycan
Tayboks
Keçirilmə yeri: "Tulpar" Universal İdman Kompleksi
16:00
57 kq
Musa Nuruzadə - Faxriddin Həsənov (Özbəkistan)
63,5 kq
Məhər Əsədzadə - Alen İsraelyan (Ermənistan)
Qeyd edək ki, Hələlik Azərbaycan I MDB Oyunlarında 6 qızıl, 4 gümüş və 11 bürünc medal qazanaraq, ümumi hesabda 9 iştirakçı ölkə arasında 2-ci yerdə qərarlaşıb.
Xəbər lenti
0