Lənkəranda “Zəfər Kuboku” mini futbol turnirinin final oyunu

Lənkəranda “Zəfər Kuboku” mini futbol turniri başa çatıb

143
(Yenilənib 12:04 29.08.2021)
16 komandanın yarışdığı mini futbol çempionatı pandemiya şəraitinin qaydalarına uyğun olaraq keçirilib və iştirakçı komandaların da qaydalar çərçivəsində hərəkət etmələrinə xüsusi diqqət yetirilib.

BAKI, 29 avgust — Sputnik. Lənkəranda 16 həvəskar komandaların qatıldığı “Zəfər Kuboku” mini futbol turniri başa çatıb. Turnir təşkilatçılarının Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən turnir Vətən Müharibəsində Zəfərin ən böyük pay sahibləri olan şəhidlərimizin əziz xatirəsinə ithaf olunub.

Həvəskar komandalardan təşkil olunan çempionat keçirildiyi 1 ay ərzində kifayət qədər marağa səbəb olub. "Bundesteam FK""Master 114 FK" komandalarının final qarşılaşmasından öncə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib.

Dövlət Himinin səsləndirilməsindən sonra start götürən “Zəfər Kuboku” Mini futbol turinin final oyunu gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçib.

  • Lənkəranda “Zəfər Kuboku” mini futbol turnirinin final oyunu
    © Sputnik / Rahim Muradov
  • Lənkəranda “Zəfər Kuboku” mini futbol turnirinin final oyunu
    © Sputnik / Rahim Muradov
  • Lənkəranda “Zəfər Kuboku” mini futbol turnirinin final oyunu
    © Sputnik / Rahim Muradov
  • Lənkəranda “Zəfər Kuboku” mini futbol turnirinin qaliblərinin mükafatlandırılma mərasimi
    © Sputnik / Rahim Muradov
  • Lənkəranda “Zəfər Kuboku” mini futbol turnirinin qaliblərinin mükafatlandırılma mərasimi
    © Sputnik / Rahim Muradov
  • Lənkəranda “Zəfər Kuboku” mini futbol turnirinin qaliblərinin mükafatlandırılma mərasimi
    © Sputnik / Rahim Muradov
  • Lənkəranda “Zəfər Kuboku” mini futbol turnirinin qaliblərinin mükafatlandırılma mərasimi
    © Sputnik / Rahim Muradov
1 / 7
© Sputnik / Rahim Muradov
Lənkəranda “Zəfər Kuboku” mini futbol turnirinin final oyunu

Nəticədə "Bundesteam FK"  4:2 hesabı ilə "Master 114 FK" futbol klubu üzərində parlaq qələbə qazanıb. Beləliklə, "Bundesteam FK", "Master 114 FK" və “Teledünya FK” həvəskar komandaları “Zəfər Kuboku” turnirində müvafiq olaraq 1, 2 və 3-cü yerləri bölüşüblər. Sonda qalib komandalar kubok və medallarla təltif olunublar “Ən yaxşı oyunçu”, “Ən yaxşı qapıçı”, "Ən yaxşı qol" və "Bombardir" nominasiyalarının qalibləri də mükafatlandırılıblar.

Qeyd edək ki, "Maximum Education & Consulting" təhsil mərkəzinin təşkilatçılığı ilə həvəskarlar arasında keçirilən "Zəfər kuboku"  Mini futbol Çempionatı Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyi tərəfdaş kimi çıxış edib.

Məlumat üçün bildirək ki, 16 komandanın yarışdığı Mini futbol çempionatı pandemiya şəraitinin qaydalarına uyğun olaraq keçirilib və iştirakçı komandaların da qaydalar çərçivəsində hərəkət etmələrinə xüsusi diqqət yetirilib.

Həmçinin oxuyun:

Paralimpiya komandamız səkkizinci qızıl medalı qazanıb

143
Teqlər:
futbol, Lənkəran, turnir
Azərbaycanlı karateçi Rafael Ağayev

Rafael Ağayev Tokio Olimpiadasındakı məğlubiyyətə görə Luici Busadan qisas ala bilər

57
(Yenilənib 19:37 21.09.2021)
Karate-1 Premyer Liqası seriyasının Moskva turniri Tokioda Yay Olimpiya Oyunlarından sonra Azərbaycan karateçiləri üçün ilk yarış olacaq.

BAKI, 21 sentyabr — Sputnik. Dünya karatesinin brilyantı Rafael Ağayev (75 kiloqram) oktyabrın əvvəlində Tokioda Olimpiya Oyunlarının finalında uduzduğu italiyalı Luici Busaya məğlubiyyətinin heyfini çıxa bilər.

Sputnik Azərbaycan xəbər verir ki, Moskvada oktyabrın 1-də azərbaycanlı karateçilərin, həmçinin kişilərdən ibarət milli komandanın lideri Rafael Ağayevin (75 kiloqram) iştirakı ilə Karate-1 Premyer Liqasının ilk turniri başlayacaq. Tokio Olimpiya Oyunlarından sonra Moskva turniri Ağayev üçün ilk olacaq.

Üstəlik, onun Tokio Olimpiadasının finalında uduzduğu rəqibi italiyalı Luici Busa da Moskva turnirində çıxış edəcək. Ağayevlə Busa arasındakı döyüş son dərəcə prinsipial ola bilər, çünki Tokioda keçirilən yarışda məğlub olan Rafael final döyüşündən sonra italyan rəqibini qələbəsi münasibətilə təbrik etməyib və hətta Busa ilə salamlaşmaq niyyətində olmadığını da bildirib.

Tokio Olimpiadasının digər gümüş mükafatçısı İrina Zaretska (68 kiloqram) da Premyer Liqanın Moskva mərhələsində iştirak edəcək. Yeri gəlmişkən, Tokio finalında Zaretskanın uduzduğu rəqibi, misirli Feryal Abdeləziz də Rusiya paytaxtında çıxış edəcək.

Əlavə edək ki, "Premyer Liqa" seriyasından olan Moskva turnirinə Azərbaycandan ümumilikdə 24 iştirakçı gedəcək.

57
Nəriman Abbasov, arxiv şəkli

Nəriman Abbasov: Həbib Nurməhəmmədov mənə kömək edəcəyinə söz verib

770
(Yenilənib 15:21 21.09.2021)
Azərbaycanlı döyüşçünün məşqçisi Şəhriyar Abbasov bildirib ki, əgər onun yetirməsi döyüşdə Şamil Zavurova məğlub olsaydı, karyerasına son qoyacaqdı.

BAKI, 21 sentyabr — Sputnik. Mütləq Döyüş Çempionatının (UFC) keçmiş çempionu Həbib Nurməhəmmədov azərbaycanlı döyüşçü Nəriman Abbasova UFC ilə müqavilə bağlamasına kömək edəcəyinə söz verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Abbasov özü Bakıya qayıtdıqdan sonra bildirib.

Bu yaxınlarda Moskvada AMC Fight Nights və Eagles FC-nin birgə təşkil etdiyi və Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuş Qarışıq Döyüş Sənəti (MMA) üzrə beynəlxalq turnir keçirilib. Gecənin əsas görüşü azərbaycanlı Nəriman Abbasovla rusiyalı Şamil Zavurov arasında baş tutan döyüş idi ki, burada Abbasov ilk raundda texniki nokautla qalib gələrək çempionluq kəmərini qoruyub.

Bakıya qayıtdıqdan sonra azərbaycanlı döyüşçü mübarizənin ilk raundda başa çatacağını gözləmədiyini etiraf edib.

"İlk raundda qalib gələcəyimi gözləmirdim, demək ki, qismət belə imiş. Şamil Zavurov bu idman növünün əfsanəsidir və mən ona böyük hörmətlə yanaşıram. Fyodor Yemelyanenko kimi, o da məşhur döyüşçüdür və Həbib Nurməhəmmədov onu böyük qardaş adlandırır", - deyə Abbasov bildirib.

Bundan əlavə, idmançı döyüşdən sonra Həbibə niyə müraciət etdiyini izah edərək çamadanın hazır olduğunu və onu gözlədiyini söyləyib.

"Çamadanım çoxdan hazırdır (gülümsəyir). Həbib mənə söz verib ki, əgər Zavurov üzərində qələbə qazansam, mənim UFC-yə düşməyimə kömək edəcək. Ona görə də gözləyəcəyik, bir neçə gün istirahət edəcəyəm, məncə, sonra bu barədə məlumat gələcək. Hələ ki, növbəti döyüşümü kimlə və nə vaxt keçirəcəyimi bilmirəm", - deyə döyüşçü qeyd edib.

Öz növbəsində, Nəriman Abbasovun məşqçisi, Azərbaycan Peşəkar MMA Federasiyasının prezidenti Şəhriyar Abbasov yetirməsinin məğlub olacağı təqdirdə karyerasına son qoyacağını söyləyib.

"AMC Fight Nights rəhbəri Kamil Hacıyev Şamilin tərəfində idi və iddia edirdi ki, məhz Zavurov bu döyüşdə qalib gələcək. Mən ona dedim ki, əgər Nəriman Şamilə məğlub olarsa, biz əşyalarımızı toplayıb zalı bağlayacaq və karyeramıza son qoyacağıq. Bu səbəbdən bu mübarizə bizim üçün çox vacib idi", - deyə məşqçi qeyd edib.

Əlavə edək ki, Nəriman Abbasov üçün Zavurov üzərində qələbəsi peşəkar MMA-də 27-ci, ardıcıl olaraq 12-ci qələbəsi idi. Öz növbəsində, Abbasovla döyüşdən əvvəl 40 döyüş qazanan və 6 məğlubiyyəti olan Zavurov üçün ötən görüş karyerasının sonuncusu oldu.

Eləcə də oxuyun:

770
Teqlər:
idman, MMA, çempion
Kompüter masasında qəzetlər, arxiv şəkli

Deputatlar ölkədə medianın durumunu müzakirəyə çıxaracaqlar

0
(Yenilənib 19:49 21.09.2021)
MM-də Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində törədilən cinayətlərin, Azərbaycan dövlətinə dəymiş ziyanın, ölkə vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin beynəlxalq instansiyalarda baxılmasına dair dinləmələr keçiriləcək.

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 21-də Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Milli Məclisdən Sputnik Azərbaycan-a məlumat veriblər ki, komitə sədri Zahid Oruc bildirib ki, gündəliyə komitənin 2021-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat və payız sessiyası üçün iş planının layihəsi daxil edilib.

Diqqətə çatdırılıb ki, keçən dövr ərzində komitə səmərəli fəaliyyət göstərib. Ötən sessiyalarda komitənin 10 iclası keçirilib, 16 məsələ müzakirə olunub. Komitə tərəfindən 6 qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib və qəbul olunub. Komitədə həmçinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsi və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı dinlənilib. Bununla yanaşı, Vəkillər Kollegiyası ilə birgə vəkillik fəaliyyəti ilə bağlı onlayn tədbir, insan hüquqları profilli QHT-lərlə görüş keçirilib. Komitə üzvləri müxtəlif KİV-lərdə, o cümlədən sosial media platformalarında aktual məsələlər barədə çıxışlar ediblər, seçiciləri ilə görüşüblər.

Bildirilib ki, hesabat dövründə komitəyə 515 ərizə və şikayət daxil olub, bir sıra məsələlər öz həllini tapıb. Komitə tərəfindən 195 vətəndaş onlayn və ənənəvi qaydada qəbul edilib.

Sonra komitənin cari ilin payız sessiyası üçün iş planına baxılıb. Bildirilib ki, bu sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan qanun layihələrinin müzakirəsi, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bəzi qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulub. Komitədə Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində törədilən cinayətlərin, Azərbaycan dövlətinə dəymiş ziyanın, ölkə vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin beynəlxalq instansiyalarda baxılması məsələsi ilə bağlı və digər mövzularda dinləmələrin keçirilməsi planlaşdırılır.

Qarşıdakı müddətdə ölkədə medianın, o cümlədən sosial şəbəkələrin mövcud durumu və inkişaf strategiyası ilə bağlı İnsan hüquqları üzrə müvəkkilin və Medianın İnkişafı Agentliyinin iştirakı ilə fikir mübadiləsi aparılacaq. Bu sessiyada insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, müvafiq profilli QHT-lərlə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri də gündəlikdə durur. Komitə üzvləri, eyni zamanda, məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirilmə tədbirlərinin həyata keçirilməsi, rəqəmsal məkanda ölkə vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı layihələrin hazırlanmasında da fəal iştirak edəcəklər.

İclasda komitə üzvləri Hikmət Məmmədov, Tahir Kərimli, Fazil Mustafa, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Elşad Mirbəşiroğlu, Jalə Əhmədova, Razi Nurullayev, Elman Nəsirov, Tural Gəncəliyev, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, şöbənin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov çıxış edərək gündəlikdəki məsələlər barədə fikirlərini söyləyiblər, təkliflərini veriblər.

Onlayn iclasın sonunda komitə sədri Zahid Oruc müzakirələrdə səsləndirilən məsələlərə öz münasibətini bildirib.

0