Elvin Astanov

Paralimpiya komandamız səkkizinci qızıl medalı qazanıb

29
Azərbaycan komandası Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında yeddinci qızıl medalını qazanıb. Həmid Heydəri nizə atma növü üzrə yarışda 1-ci yeri tutub. 51.42 metr nəticə göstərən Heydəri dünya rekordunu da yeniləyib.

BAKI, 29 avgust — Sputnik. Azərbaycan paralimpiyaçısı Elvin Astanov Tokio Paralimpiya oyunları çərçivəsində keçirilən kürə atma yarışlarında qızıl medala sahib olub. Sputnik Azərbaycan-ın məlumatına görə, beləliklə komandamız Tokio-2020 paralimpiya oyunlarında səkkizinci qızıl medala sahib olub.

Yarışlara yeddinci sırada başlayan idmançımız ikinci səhddən kürəni 8,48 m məsafəyə atıb. Sonrakı cəhdlərdə Elvin 8,77 m nöqtəni fəth edərək həm yarışın qalibi olub, həm də Paralmpiadanın rekordunu vurub.

Beləliklə, 42 yaşlı idmançımız ilk dəfə iştirak etdiyi Oyunlarda komandamıza səkkizinci qızıl medalı qazandrıb.

Qeyd edək ki, Azərbaycan komandası Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında yeddinci qızıl medalını qazanıb. Həmid Heydəri nizə atma növü üzrə yarışda 1-ci yeri tutub. 51.42 metr nəticə göstərən Heydəri dünya rekordunu da yeniləyib.

Komandamzın aktivində Aktivində 8 qızıl, 2 bürünc medal var.

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında paracüdoçularımız Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), üzgüçü Raman Saleh, kürə atma ustası Elvin Astanov qızıl, pauerliftinqçi Pərvin Məmmədov və daha bir paracüdoçumuz Namiq Abbaslı isə bürünc medala sahib çıxıblar.

Həmçinin oxuyun:

Azərbaycan paralimpiyaçıları Tokioda qızıl medalların sayını artırdılar: rekord da vuruldu

 

29
Teqlər:
paralimpiya, paralimpiyaçı, Paralimpiya Oyunları
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

5
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

5
Teqlər:
futbol, Türkiyə, milli

Nəriman Abbasov Həbib Nurməhəmmədovun tələbəsini nokauta saldı

2071
(Yenilənib 10:40 18.09.2021)
Moskvada Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində Nəriman Abbasovla Şamil Zavurov arasında keçirilən döyüş cəmi bir raund davam edib.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Moskvada keçirilən turnirdə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun tələbəsi, "Dağıstan şiri" ləqəbli Şamil Zavurovu məğlub edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Moskvada baş tutan MMA (qarışıq döyüş növləri) turniri Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuşdu. Abbasov həmin görüşdə AMC Fight Nights çempion kəmərini qoruyurdu, Zavurov üçün isə qarşılaşma karyerasında sonuncu oldu.

Döyüş elə birinci raundda texniki nokautla başa çatdı. "Çingizxan" ləqəbli Nəriman Abbasov ilk dəqiqələrdən rəqibinə dəqiq zərbələr endirərək üstünlüyü ələ aldı, Zavurov raundun sonunda təzyiqə davam gətirməyərək oktaqonun döşəməsinə yıxıldı. Abbasov rəqibinə zərbələr endirməyə davam edərkən döyüş dayandırıldı. Beləliklə, Abbasov MMA-da 12-ci dəfə ardıcıl olmaqla 27-ci qələbəsini qazandı. 

Qalib elan edildikdən sonra Nəriman Abbasov qeyd edib ki, qələbəsini mərhum Abdulmanap Nurməhəmmədova həsr edir və rəqibinə hörmətlə yanaşır.

Onu da bildirək ki, döyüşdən əvvəl Həbib Nurməhəmmədov Abbasova Zavurov üzərində qələbə qazanacağı təqdirdə ən prestijli UFC promouşeni ilə müqavilə bağlamağına kömək edəcəyinə söz verib. Nəriman müsahibəsinin sonunda Həbibin vədini yada salıb: "Həbib, çamadanım hazırdır".

Eləcə də oxuyun:

2071
Teqlər:
MMA, çempion, Həbib Nurməhəmmədov, azərbaycanlı, Moskva