Cüdo, arxiv şəkli

Tokio 2020: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

12
48 kq çəkidə idmançımız Hacıyeva Şəhanə yapon rəqib Hangai Shizuka ilə, 52 kq çəkidə idmançımız Səfərova Bəsti yapon rəqib Fujiwara Yui ilə qarşılaşacaq.

BAKI, 25 avqust — Sputnik. Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında cüdo idman növü üzrə yarışacaq idmançılarımızın ilk görüşdəki rəqibləri bəlli olub. Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

"-48 kq çəkidə idmançımız Hacıyeva Şəhanə yapon rəqib Hangai Shizuka ilə;

-52 kq çəkidə idmançımız Səfərova Bəsti yapon rəqib Fujiwara Yui ilə;

-57 kq çəkidə idmançımız Vəliyeva Sevda, Fedossova Dayana və Khusan Kyzy Khaiitkhon arasında baş tutacaq qarşılaşmanın qalibi ilə;

-63 kq çəkidə idmançımız Hüseynova Xanım, Kudo Hiroko və Mutia Liana arasında baş tutacaq qarşılaşmanın qalibi ilə;

+70 kq çəkidə idmançımız Kərimova Dürsədəf ukraynalı rəqib Harnyk Anastasiia ilə;

-60 kq çəkidə idmançımız Şirinli Vüqar, Borges Henry və Çiftçi Recep arasında baş tutacaq qarşılaşmanın qalibi ilə;

-66 kq çəkidə idmançımız Abaslı Namiq, İbanez Banon və Perez Luis Jabdiel arasında baş tutacaq qarşılaşmanın qalibi ilə;

-81 kq çəkidə idmançımız Rəhimli Hüseyn, Powel Daniel və Pereira Arruda Harlley Damiao arasında baş tutacaq qarşılaşmanın qalibi ilə;

-100 kq çəkidə idmançımız Abdullaxanlı Kənan özbək rəqib Xəlilov Şərif ilə;

+100 kq çəkidə idmançımız İlham Zəkiyev britaniyalı rəqib Hodgson Jack ilə görüşəcək", - deyə məlumatda bildirilir.

Həmçinin oxuyun:

Xarı-bülbül Tokioda: Azərbaycan Paralimpiadanın paradında iştirak edib

12
Voislav Stankoviç (ağ formada)

"Neftçi"nin serbiyalı oyunçusu: "Uşaqlar Azərbaycan himnini oxutmağımı istəyirlər"

2380
(Yenilənib 09:49 23.09.2021)
Bakının "Neftçi" klubunun 34-cü doğum gününü qeyd edən serbiyalı legioneri Azərbaycandakı həyatından və işindən danışıb.

BAKI, 23 sentyabr - Sputnik. Bakı "Neftçi"sinin serbiyalı legioneri Voislav Stankoviçin uşaqları atalarından Azərbaycanın himnini qoşmağını istəyir, sonra isə onu ifa edirlər. 

Stankoviç bildirib ki, uşaqları Azərbaycan himnini keçən il öyrəniblər.

"Hələ keçən il, mənim "Neftçi"dəki oyunumu televizorda izləyərkən uşaqlar Azərbaycan himnini öyrəndilər. Hər dəfə baxdıqca himnin sözlərini öyrəniblər. Xanımımla mən onlara deyirik ki, bu, Azərbaycanın himnidir, onu Serbiyanın himni kimi bilmək, bu ölkəyə hörmət etmək lazımdır. Mən Azərbaycanda işləyirəm və bu ölkə mənə doğmadır. Onlar uşaq bağçasında da himni öyrənirlər. Dəfələrlə məndən himni qoşmağı istəyiblər, sonra da oxumağa başlayıblar", - Stankoviç deyib.

Serbiyalı futbolçu sentyabrın 22-də 34-cü yaşını tamam edib.

"Adətən, ad günümü ailəmlə restoranda qeyd edirəm, amma indi pandemiya səbəbindən evdə qeyd edirik. Artıq 34 yaşım var, qocalıram (gülür), amma əsas odur ki, özümü yaxşı hiss edirəm, əla fiziki formadayam", - legioner vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının dördüncü turunda "Keşlə"yə qarşı oyun (3:0) serbiyalı futbolçunun çempionatımızda 150-ci oyunu olub. "Keşlə" (o vaxtın "İnter"i) isə 2015-ci ildə Stankoviçin oynadığı ilk Azərbaycan klubu olub.

"Uzun illərdir Azərbaycanda oynayıram, bu ölkəni sevirəm, burada hər şey məni qane edir. Elə olmasaydı, bu qədər müddət burada oynamazdım. "Neftçi"nin şərəfini qoruduğum üçün şadam. Ümid edirəm ki, hələ burada çox oynayacam", - Stankoviç əlavə edib.

Eləcə də oxuyun:

2380
Teqlər:
'Neftçi', futbolçu, Serbiya, legioner, himn, Azərbaycan
Zabit Səmədov

Zabit Səmədov növbəti döyüşünü Qroznıda keçirəcək

217
(Yenilənib 19:52 22.09.2021)
Səmədovun rəqibi peşəkar rinqdə 12 döyüşdə iştirak edib ki, onlardan 6-da qalib gəlib və eyni sayda da məğlub olub.

 

BAKI, 22 sentyabr — Sputnik. Azərbaycanın ən məhşur kikboksçularından biri olan Zabit Səmədov növbəti döyüşünü Qroznıda peşəkər rinqdə keçirəcək. Bu barədə Çeçenistan Kikboksinq Federasiyasının rəsmi İnstagramı xəbər verib.

Səmədovun iştirakı ilə döyüş oktyabrın 4-də Qoznıda baş tutacaq və onun rəqibi "Bıçaq" ləqəbli fransız kikboksçu Didye Kilola olacaq. Peşəkar rinqdə fransız idmançı 12 döyüşdə iştirak edib ki, onlardan 6-da qalib gəlib və eyni sayda da məğlub olub.

Səmədov indiyədək peşəkar rinqdə 112 döyüş keçirib, 102-də qələbə qazanıb və 37 dəfə isə rəqiblərini nokauta göndərib. Sonuncu döyüşünü o, bu ilin iyun ayında Minskin beynəlxalq turnirində keçirib və burada "Quduz it" ləqəbli nigeriyalı döyüşçü Deje Kelejayeni məğlub edib. Bu döyüşü 37 yaşlı Səmədov iki illik fasilədən sonra keçirib.

Maraqlıdır ki, azərbaycanlı kikboksçu ardıcıl 19 döyüşdə məğlub olmayıb. Məğlubiyyət acısını sonuncu dəfə 2013-cü ildə Xorvatiyanın Zaqreb şəhərində keçirilən beynəlxalq turnirdə məşhur hollandiyalı döyüşçü Badr Hariyə məğlub olanda hiss edib.

Eləcə də oxuyun:

217
Teqlər:
kikboks, K-1 ustası Zabit Səmədov, Qroznı
Bir dəstə azərbaycan manatı, arxiv şəkli

Bütün dünya hədəflərdən sapıb: faizlərin qaldırılması inflyasiyanın qarşısını alacaqmı?