Azərbaycan millisinin futbolçuları, arxiv şəkli

Azərbaycan futbol yığmasının heyəti açıqlanıb

17
(Yenilənib 20:13 23.08.2021)
Avrokuboklarda mübarizə aparan "Neftçi" və "Qarabağ"ın üzvləri, həmçinin ölkə xaricində çıxış edən oyunçular toplanışda iştirak etməyəcək.

BAKI, 23 avqust — Sputnik. Azərbaycan futbol üzrə milli komandasının heyəti açıqlanıb. Sputnik Azərbaycan Apasport.az saytının məlumatına görə, italiyalı baş məşqçi Canni de Byazi yığmanın sentyabrda keçiriləcək oyunlarına hazırlıq prosesində sınayacağı heyəti müəyyənləşdirib.

Avqustun 25-dən 27-dək Bakıda baş tutacaq yoxlama xarakterli təlim-məşq toplanışında 20 futbolçu iştirak edəcək.

Avrokuboklarda mübarizə aparan "Neftçi" və "Qarabağ"ın üzvləri, həmçinin ölkə xaricində çıxış edən oyunçular toplanışda iştirak etməyəcək.

Qeyd edək ki, millimiz DÇ-2022-nin seçmə mərhələsində üç oyuna çıxacaq. Komandamız sentyabrın 1-də Lüksemburq, 4-də İrlandiyanın qonağı olacaq, ayın 7-də Portuqaliyanı qəbul edəcək.

17

Nəriman Abbasov Həbib Nurməhəmmədovun tələbəsini nokauta saldı

2063
(Yenilənib 10:40 18.09.2021)
Moskvada Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində Nəriman Abbasovla Şamil Zavurov arasında keçirilən döyüş cəmi bir raund davam edib.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Moskvada keçirilən turnirdə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun tələbəsi, "Dağıstan şiri" ləqəbli Şamil Zavurovu məğlub edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Moskvada baş tutan MMA (qarışıq döyüş növləri) turniri Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuşdu. Abbasov həmin görüşdə AMC Fight Nights çempion kəmərini qoruyurdu, Zavurov üçün isə qarşılaşma karyerasında sonuncu oldu.

Döyüş elə birinci raundda texniki nokautla başa çatdı. "Çingizxan" ləqəbli Nəriman Abbasov ilk dəqiqələrdən rəqibinə dəqiq zərbələr endirərək üstünlüyü ələ aldı, Zavurov raundun sonunda təzyiqə davam gətirməyərək oktaqonun döşəməsinə yıxıldı. Abbasov rəqibinə zərbələr endirməyə davam edərkən döyüş dayandırıldı. Beləliklə, Abbasov MMA-da 12-ci dəfə ardıcıl olmaqla 27-ci qələbəsini qazandı. 

Qalib elan edildikdən sonra Nəriman Abbasov qeyd edib ki, qələbəsini mərhum Abdulmanap Nurməhəmmədova həsr edir və rəqibinə hörmətlə yanaşır.

Onu da bildirək ki, döyüşdən əvvəl Həbib Nurməhəmmədov Abbasova Zavurov üzərində qələbə qazanacağı təqdirdə ən prestijli UFC promouşeni ilə müqavilə bağlamağına kömək edəcəyinə söz verib. Nəriman müsahibəsinin sonunda Həbibin vədini yada salıb: "Həbib, çamadanım hazırdır".

Eləcə də oxuyun:

2063
Teqlər:
MMA, çempion, Həbib Nurməhəmmədov, azərbaycanlı, Moskva

"Qarabağ" - "Bazel" oyunu kadrlarda