UEFA loqosu, arxiv şəkli

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişmədi

12
(Yenilənib 08:47 30.07.2021)
Azərbaycanın iki klubunun UEFA Konfrans Liqasındakı dünənki uğuruszluğu ölkəmizin reytinqdəki mövqeyinə təsir etməyib.

BAKI, 30 iyul - Sputnik. Avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

"Report"un məlumatına əsasən, Azərbaycan 13,625 xalla 29-cu sıradakı mövqeyini qoruya bilib.

Sloveniya (14,125) 28-ci sıraya düşüb. Qazaxıstan (14,250) bir pillə irəliləyərək 27-ci olub. Polşa isə 13,500 xalla 30-cu yerdədir.

"Qarabağ"ın İsraildə "Aşdod"a 1:0 hesabı ilə qalb gəlməsi ölkəmizin aktivinə daha 0,250 xal qazandırıb.

Daha əvvəl Çempionlar Liqasının I təsnifat mərhələsindəki qələbələrə görə "Neftçi" 0,500 xal, Konfrans Liqasında "Çukariçki" ilə Serbiyadakı qolsuz heç-heçəyə görə isə "Sumqayıt" 0,125 xal qazanıb. Bununla da cari mövsüm Azərbaycanın qazancı 1.000-ə çatıb.

Qeyd edək ki, siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) ikinci, İtaliya (63, 473) üçüncüdür.

Həmçinin oxuyun:

Konfrans Liqası: Azərbaycanın iki klubu mübarizəni dayandırdı, biri isə mərhələni keçdi

12
Voislav Stankoviç (ağ formada)

"Neftçi"nin serbiyalı oyunçusu: "Uşaqlar Azərbaycan himnini oxutmağımı istəyirlər"

2360
(Yenilənib 09:49 23.09.2021)
Bakının "Neftçi" klubunun 34-cü doğum gününü qeyd edən serbiyalı legioneri Azərbaycandakı həyatından və işindən danışıb.

BAKI, 23 sentyabr - Sputnik. Bakı "Neftçi"sinin serbiyalı legioneri Voislav Stankoviçin uşaqları atalarından Azərbaycanın himnini qoşmağını istəyir, sonra isə onu ifa edirlər. 

Stankoviç bildirib ki, uşaqları Azərbaycan himnini keçən il öyrəniblər.

"Hələ keçən il, mənim "Neftçi"dəki oyunumu televizorda izləyərkən uşaqlar Azərbaycan himnini öyrəndilər. Hər dəfə baxdıqca himnin sözlərini öyrəniblər. Xanımımla mən onlara deyirik ki, bu, Azərbaycanın himnidir, onu Serbiyanın himni kimi bilmək, bu ölkəyə hörmət etmək lazımdır. Mən Azərbaycanda işləyirəm və bu ölkə mənə doğmadır. Onlar uşaq bağçasında da himni öyrənirlər. Dəfələrlə məndən himni qoşmağı istəyiblər, sonra da oxumağa başlayıblar", - Stankoviç deyib.

Serbiyalı futbolçu sentyabrın 22-də 34-cü yaşını tamam edib.

"Adətən, ad günümü ailəmlə restoranda qeyd edirəm, amma indi pandemiya səbəbindən evdə qeyd edirik. Artıq 34 yaşım var, qocalıram (gülür), amma əsas odur ki, özümü yaxşı hiss edirəm, əla fiziki formadayam", - legioner vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının dördüncü turunda "Keşlə"yə qarşı oyun (3:0) serbiyalı futbolçunun çempionatımızda 150-ci oyunu olub. "Keşlə" (o vaxtın "İnter"i) isə 2015-ci ildə Stankoviçin oynadığı ilk Azərbaycan klubu olub.

"Uzun illərdir Azərbaycanda oynayıram, bu ölkəni sevirəm, burada hər şey məni qane edir. Elə olmasaydı, bu qədər müddət burada oynamazdım. "Neftçi"nin şərəfini qoruduğum üçün şadam. Ümid edirəm ki, hələ burada çox oynayacam", - Stankoviç əlavə edib.

Eləcə də oxuyun:

2360
Teqlər:
'Neftçi', futbolçu, Serbiya, legioner, himn, Azərbaycan
Zabit Səmədov

Zabit Səmədov növbəti döyüşünü Qroznıda keçirəcək

216
(Yenilənib 19:52 22.09.2021)
Səmədovun rəqibi peşəkar rinqdə 12 döyüşdə iştirak edib ki, onlardan 6-da qalib gəlib və eyni sayda da məğlub olub.

 

BAKI, 22 sentyabr — Sputnik. Azərbaycanın ən məhşur kikboksçularından biri olan Zabit Səmədov növbəti döyüşünü Qroznıda peşəkər rinqdə keçirəcək. Bu barədə Çeçenistan Kikboksinq Federasiyasının rəsmi İnstagramı xəbər verib.

Səmədovun iştirakı ilə döyüş oktyabrın 4-də Qoznıda baş tutacaq və onun rəqibi "Bıçaq" ləqəbli fransız kikboksçu Didye Kilola olacaq. Peşəkar rinqdə fransız idmançı 12 döyüşdə iştirak edib ki, onlardan 6-da qalib gəlib və eyni sayda da məğlub olub.

Səmədov indiyədək peşəkar rinqdə 112 döyüş keçirib, 102-də qələbə qazanıb və 37 dəfə isə rəqiblərini nokauta göndərib. Sonuncu döyüşünü o, bu ilin iyun ayında Minskin beynəlxalq turnirində keçirib və burada "Quduz it" ləqəbli nigeriyalı döyüşçü Deje Kelejayeni məğlub edib. Bu döyüşü 37 yaşlı Səmədov iki illik fasilədən sonra keçirib.

Maraqlıdır ki, azərbaycanlı kikboksçu ardıcıl 19 döyüşdə məğlub olmayıb. Məğlubiyyət acısını sonuncu dəfə 2013-cü ildə Xorvatiyanın Zaqreb şəhərində keçirilən beynəlxalq turnirdə məşhur hollandiyalı döyüşçü Badr Hariyə məğlub olanda hiss edib.

Eləcə də oxuyun:

216
Teqlər:
kikboks, K-1 ustası Zabit Səmədov, Qroznı
Gürcüstanlı jurnalistlərin Ağdama səfəri

Əcnəbi jurnalist blogerlər Ağdama səfər ediblər

0
(Yenilənib 18:55 23.09.2021)
Bloger: Ağdamın hər yeri yerlə yeksan edilib. Ağdama növbəti dəfə də səfər etmək arzusundayam. Səbirsizliklə bura yenidən gəlib, abidələrin yeni və bərpa edilən formasını görmək istəyirəm.

BAKI, 23 sentyabr — Sputnik. Sentyabrın 23-də Gürcüstandan olan bir qrup jurnalist və bloger işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Sputnik Azərbaycan-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, onlar ilk olaraq Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanış olublar.

Daha sonra onlar Ağdam Çörək Muzeyinin, Ağdam Dram Teatrının qalıqlarına baxıb, işğal dönəmində ermənilərin heyvan saxladığı Ağdam Cümə məscidində olublar.

“Ağdamın hər yeri yerlə yeksan edilib. Ağdama növbəti dəfə də səfər etmək arzusundayam. Səbirsizliklə bura yenidən gəlib, abidələrin yeni və bərpa edilən formasını görmək istəyirəm”.
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
1 / 3
© Sputnik / Emin Babayev
Gürcüstanlı jurnalistlərin Ağdama səfəri

Bu sözləri jurnalistlərə açıqlamasında gürcüstanlı bloger Nina Berdzenava deyib. O, Ağdamı gəlib bu vəziyyətdə görəcəyini təsəvvür etmədiyini bildirib.

"Ağdamda Azərbaycan xalqına məxsus tarixi abidələri dağıtsalar da, kökləri qalıb. Mən əminəm ki, Azərbaycan digər rayonlarda olduğu kimi buradakı abidələri də bərpa edəcək".
© Sputnik / Emin Babayev
Nina Berdzenava

“Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən güclü dövlətdir”. 

Bu sözləri Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun eksperti, professor Zurab Batiaşvili Ağdam səfərinin təəssüratlarını bölüşərkən deyib. O bildirib ki, Ağdama səfəri onu sarsıldıb.

"Biz üç gündür Azərbaycandayıq. Bu günlər ərzində Bakıda, Gəncədə olduq. İndi isə Ağdama gəlmişik. Burda kəndlər, tarixi abidələr xarabalığa çevrilib. Əminəm ki, ən tez zamanda burda hər şey yenidən qurulacaq. Azərbaycan xalqı buna tam gücüylə dəstək verəcək. Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən güclü dövlətdir”.
© Sputnik / Emin Babayev
Zurab Batiaşvili

Qeyd edək ki, Ağdama səfər edən Gürcüstanlı qonaqlara ermənilərin işğal müddətində Azərbaycanın mədəni, tarixi və dini abidələrinə qarşı törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib.

Həmçinin oxuyun:

Toivo Klaar: Müharibənin acı xatirələri hər zaman qalacaq, lakin biz gələcəyə baxmalıyıq

0
Teqlər:
Gürcüstan