Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Olimpiadanın açılışında Azərbaycandan neçə idmançı iştirak edir?

© Photo : National Olympic Committee of AzerbaijanАзербайджанская делегация в Олимпийской деревне в Токио
Азербайджанская делегация в Олимпийской деревне в Токио - Sputnik Azərbaycan, 1920, 23.07.2021
Abunə olmaq
Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərliyi Tokiodakı Olimpiya kəndində ölkəmizi təmsil edən idmançıların yaşayış şəraiti ilə tanış olub və onlara məsləhətlərini veriblər.

BAKI, 23 iyul — Sputnik. Tokio Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycanın otuza qədər idmançısı iştirak edəcək. Sputnik Azərbaycan Milli Olimpiya Komitəsinin saytına istinadən xəbər verir ki, bu sözləri qurumun vitse-prezidenti Çingiz Hüseynzadə idmançılarla görüşü zamanı deyib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibin müavini Azər Əliyev Tokioda Olimpiya kəndinə səfər ediblər. Azərbaycan nümayəndə heyətinin rəhbərliyi ilə görüşən Çingiz Hüseynzadə və Azər Əliyev yerli şərait, idmançıların hazırlığı ilə tanış olublar.

© Photo : National Olympic Committee of AzerbaijanAzərbaycan nümayəndə heyəti Tokioda Olimpiya kəndində
Olimpiadanın açılışında Azərbaycandan neçə idmançı iştirak edir? - Sputnik Azərbaycan, 1920, 23.07.2021
Azərbaycan nümayəndə heyəti Tokioda Olimpiya kəndində

"Çətindir, bir az ağır olacaq. Amma sizdən böyük nəticələr gözləyirik. İnanıram ki, yaxşı olacaq. Sizə uğurlar arzulayıram. Hamınızdan yaxşı nəticələr gözləyirik", - deyə Hüseynzadə bildirib.

"Bizim idmançılar da paraddan keçəcəklər. Onların hamısı indi burada yoxdur. Əsas idmançılarımız - güləşçilər, karateçilər, gimnastlar hələ Tokioya gəlməyib. Onların çıxışları olimpiadanın son günlərində olacaq. Bu gün açılışa buradakı idmançılarımız çıxacaq. Biz sabah yarışı olan idmançıları da mərasimə aparmayacağıq. 20-30 nəfərlik nümayəndə heyətimiz açılışda iştirak edəcək", - deyə Hüseynzadə bildirib.

© Photo : National Olympic Committee of AzerbaijanAzərbaycan nümayəndə heyəti Tokioda Olimpiya kəndində
Olimpiadanın açılışında Azərbaycandan neçə idmançı iştirak edir? - Sputnik Azərbaycan, 1920, 23.07.2021
Azərbaycan nümayəndə heyəti Tokioda Olimpiya kəndində

Azərbaycan Tokio-2020-də

Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edəcək. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgüçülük və triatlonda - çıxış edəcəklər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

Həmçinin oxuyun:

Xəbər lenti
0