Kişi Tokio-2020 Olimpiya Oyunlarının installyasiyasının qarşısından keçir

Azərbaycanlı idmançılar üçün Tokiodakı Olimpiya kəndində maraqlı yer seçilib

39
(Yenilənib 21:58 22.07.2021)
Olimpiya yığmasının üzvü Ruslan Lunyov bildirib ki, onun anası – məşhur atlet İradə Aşumova Tokiodakı Olimpiya kəndindəkindən dəfələrlə dadlı yemək bişirir.

BAKI, 22 iyul — Sputnik. Azərbaycanlı idmançılar Tokiodakı Olimpiya kəndində yeməkxanaya yaxın binada yerləşdiriliblər. Bu barədə Sputnik Azərbaycan Milli Olimpiya Komitəsinə (MOK) istinadla məlumat yayıb.

MOK rəsmi "Instagram" səhifəsində qısa videoçarx yayımlayıb ki, həmin kadrlarda Azərbaycan Olimpiya yığmasının tərkibində güllə atıcılığı üzrə Olimpiya turnirinin iştirakçısı Ruslan Lunyov Olimpiya kəndindəki şəraitdən söz açır.

"Bizim qaldığımız bina bütün əsas obyektlərə, xüsusən də, idmançıların yeməkxanasına yaxın yerləşir. Komandamıza 11 mərtəbəli binanın 10-cu mərtəbəsində yer ayrılıb", – deyə Lunyov bildirib.

Olimpiadada ikinci dəfə iştirak edən azərbaycanlı atlet Olimpiya kəndindəki yeməklər barədə də məlumat verib.

"Yeməkxana ikimərtəbəlidir. Mətbəx çox zəngin olsa da, əlbəttə ki, oradakı yeməklər anamın bişirdiklərinə çatmaz. Anam daha dadlı yemək hazırlayır", – deyə Lunyov əlavə edib.

Qeyd edək ki, Ruslan Lunyovun anası Azərbaycanın güllə atıcılığı üzrə yığma komandasının baş məşqçisi, dəfələrlə dünya kuboku, dünya və Avropa çempionatlarının mükafatçısı olmuş və 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı İrada Aşumovadır.

Azərbaycan Tokio-2020-də

Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edəcək. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgücülük və triatlonda - çıxış edəcəklər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

Eləcə də oxuyun:

39
Teqlər:
Tokio Yay Olimpiya Oyunları, azərbaycanlı, idmançılar, yeməkxana
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev

Ramin Musayev: “Klubların uğursuzluğunu çox xırdalamaq lazım deyil”

11
(Yenilənib 16:17 30.07.2021)
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib ki, komandalar avrokuboklarda uğurlu çıxış üçün daha tez hazırlaşmalıdırlar
Ramin Musayev: “Dünənki oyunlar bir az üzücü oldu”

“Dünənki oyunlar bir az üzücü oldu. Amma bu, futboldur, belə hallar olur. "Neftçi" və "Qarabağ"a uğurlar arzu edirəm. İnanırıq ki, bizi sevindirərlər. Yeni mövsümdə maraqlı çempionat gözləyirik”. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün püşkatma mərasimində deyib.

Musayevin sözlərinə görə, komandalar avrokuboklarda uğurlu çıxış üçün daha tez hazırlaşmalıdırlar: "Bəzən komandaya yeni gələn futbolçu öz baş məşqçisinin adını bilmir. Avrokubok mövsümünə qışda hazırlaşmaq lazımdır ki, sonra başqasında günah axtarmasınlar. Klubların uğursuzluğunu çox xırdalamaq lazım deyil. "Neftçi" və "Qarabağ"ı ruhdan salmaq olmaz. İnanıram ki, qrup mərhələsinə vəsiqə qazanarlar”.

Ramin Musayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

11
İrina Kinderskaya, arxiv şəkli

İrina Kindzerska: "Medal qazandığımı başa düşəndə daxilimdə hər şey dəyişdi"