Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ferstappeni qəzaya salan Hemilton qalib oldu

© AFP 2023 / NATALIA KOLESNIKOVAГолландский пилот Red Bull Макс Ферстаппен
Голландский пилот Red Bull Макс Ферстаппен - Sputnik Azərbaycan, 1920, 18.07.2021
Abunə olmaq
"Red Bull"un rəhbəri Kristian Horner bildirib ki, Ferstappen ağır zədə almasa da, müayinə edilməsi üçün xəstəxanaya göndərilib.

BAKI, 18 iyul - Sputnik. "Mercedes"in britaniyalı pilotu Luis Hemilton "Formula-1"in Böyük Britaniya Qran-Prisinin qalibi olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Hemilton yarışın birinci dövrəsində "Red Bull"un pilotu Maks Ferstappenin qəza törətməsinə səbəb olub. Niderland təmsilçisi Hemiltonun hücumunu dəf edərkən döngəyə daxili radius üzrə girib. Britaniyalı rəqibinin bolidinə toxunub, bundan sonra o, trasdan çıxaraq yüksək sürətlə divara çırpılıb.

"Red Bull"un rəhbəri Kristian Horner bildirib ki, Ferstappen ağır zədə almasa da, müayinə edilməsi üçün xəstəxanaya göndərilib.

Yarışa 40 dəqiqə fasilə verilib. İnsidentə görə Hemilton 10 saniyəlik cəza alıb.

İkinci yeri "Ferrari"dən Şarl Lekler tutub. "Mercedes"in daha bir pilotu Valtteri Botas üçüncü olub.

Xatırladaq ki, Formula-1-in Azərbaycan Qran Prisində də Ferstappen uğursuzluq yaşamışdı. İyunun 6-da, final günü finişə 4 dövrə qalmış bolidi maneəyə çırpılan, liderlər sırasında olan Redd Bull komandasının pilotu Maks Ferstappen mübarizəni dayandırmışdı. Bakıdakı yarışlarda yaxşı start götürən Luis Hemilton Qran Prini 16-cı sırada başa vurmuş, Ferstappenin komanda yoldaşı Serxio Peres isə Bakıda çempion olmuşdu.

Eləcə də oxuyun:

Xəbər lenti
0