AFFA-nın binası, arxiv şəkli

Klublarımızın avrokubok oyunlarına azarkeşlərin buraxılmasına razılıq verilib

16
(Yenilənib 20:41 10.07.2021)
Azərbaycan komandalarının avropları rəqibləri ilə keçirəcəyi oyunlarda stadionlar yarıyadək doldurula bilər.

BAKI, 10 iyul - Sputnik. Azərbaycan klublarının avrokubok oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müvafiq müraciət müsbət cavablandırılıb.

Milli assosiasiya COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatları klublara göndərəcək.

Klublarımızın Avrokubok oyunları

"Neftçi" Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda qəbul edəcək. Oyun iyulun 14-də "Bakcell Arena"da olacaq.

İyulun 22-də "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda İsrail "Aşdod"u ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk görüşünə çıxacaq. 

"Sumqayıt" eyni mərhələdə Serbiya "Çukariçki"si ilə, "Keşlə" isə Rusiya "Soçi"si ilə ev oyunlarını iyulun 29-da keçirəcək.

16
Şəhriyar Məmmədyarov

Şəhriyar Məmmədyarov Levon Aronyan yenidən eyni turnirdə oynayacaqlar

3
Yüz min ABŞ dolları mükafat fondu olan “Chessable Masters” turniri iyulun 31-də start götürəcək.

BAKI, 29 iyul — Sputnik. Azərbaycanın aparıcı şahmatçısı planetin ən gənc qrossmeysterinin də yarışacağı, mükafat fondu yüz min dollar olan onlayn turnirdə iştirak edəcək.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov yenidən Ermənistan şahmatçısı Levon Aronyanla bir lövhə arxasına əyləşəcək. Sputnik Azərbaycan xəbər verir ki, adı çəkilən şahmatçılar hazırkı dünya çempionu Maqnus Karlsenin təşəbbüsü ilə təşkil olunmuş "Champions Chess Tour"-un növbəti turniri çərçivəsində qarşılaşacaqlar.

Yüz min dollar mükafat fondu olan “Chessable Masters” turniri iyulun 31-də başlayacaq.

Son dəfə Azərbaycan və Ermənistanlı şahmatçılar Zaqrebdə (Xorvatiya) Grand Chess Tour yarışmasında klassik şahmat üzrə əyani turnir çərçivəsində qarşılaşıblar. Həmin turnirdə Məmmədyarov nəinki Aronyanı məbluğ edib, həmçinin turnirin qalibi olub.

“Chessable Masters”-in iştirakçıları

Məmmədyarov və Aronyandan başqa, turnirin digər iştirakçıları arasında Xikaru Nakamura və Uesli So, rusiyalı Vladislava Artyomyeva, tarixin ən gənc qrossmeysteri 12 yaşlı Abximanyu Mişra (ondan əvvəl dünyanın ən gənc qrossmeyster adını rusiyalı Sergey Karyakin daşıyırdı), qadınlar arasında dünya çempionu Yuy Venyun və planetin digər ən güclü şahmatçılarını da qeyd etmək olar. Ümumilikdə turnirdə 16 şahmatçı iştirak edəcək.

Azərbaycan şahmatçıları çempionlar turunda

Çempionlar turunda Şəhriyar Məmmədyarov 21 xalla 11-ci yerdədir. Öz növbəsində “Chessable Masters”-də oynamayan digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbli 133 xal toplayaraq üçüncü yeri qazanıb və seriyanın final turnirinə vəsiqə alıb.

291 xalla dünya çempionu Maqnus Karlsen liderdir, ikinci yeri isə 207 xal toplayan Uesli So tutur.

3

"Neftçi" Çempionlar Liqasıyla vidalaşdı

29
(Yenilənib 00:13 29.07.2021)
Doğma tribunalardakı azarkeş dəstəyi də “ağ-qaralar”a kömək olmayıb. “Neftçi” ev oyununda da uduzaraq qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb.

BAKI, 28 iyul - Sputnik. Azərbaycan çempionu “Neftçi” avrokuboklarda növbəti oyununu keçirib.

Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, Bakı klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

Samir Abasovun yetirmələri Yunanıstan “Olimpiakos”unu qəbul ediblər. Paytaxt təmsilçisi “Bakcell Arena”dakı matçı səfərdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmaq arzusu ilə başlayıb.

Lakin doğma tribunalardakı azarkeş dəstəyi də “ağ-qaralar”a kömək olmayıb. “Neftçi” ev oyununda da uduzaraq qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb.

Qeyd edək ki, bu qarşılaşmalardan sonra “Olimpiakos” Çempionlar Liqasının, “Neftçi” Avropa Liqasının III təsnifat mərhələsinə yollanıb.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
21:00. “Neftçi” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan) - 0:1
Qol: Giorqos Masuras, 15
Baş hakim: Rikardo de Burqos (İspaniya)
Bakı. “Bakcell Arena”
İlk oyun – 0:1.

“Neftçi” avrokubokların 2021/22 mövsümünə Avropa Liqasında davam edəcək. Samir Abasovun yetirmələri Azərbaycanın Avropa Liqasındakı yeganə təmsilçisi olacaqlar. Paytaxt təmsilçisi qitənin ikinci dərəcəli klub turnirinə III təsnifat mərhələsindən başlayacaq.

Çempionlar yolunda mübarizə aparacaq “Neftçi” burada Finlandiyanın HİK klubu ilə qarşılaşacaq. “Suomilər” Çempionlar Liqasının II təsnifat mərhələsində İsveç “Malmö”sünə “boyun əyiblər” – 1:2, 2:2.

“Neftçi” və HİK arasında ilk qarşılaşma avqustun 5-də Bakıda təşkil olunacaq. Avropa Liqasında pley-offa yollanacaq komanda ayın 12-də Helsinkidə keçiriləcək matçda bəlli olacaq. Burada da uduzan tərəf Konfrans Liqasının pley-offunda iştirak edəcək.

Eləcə də oxuyun:

29
  • © Sputnik / Murad Orujov

    "Neftçi" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Yunanıstan "Olimpiakos"una qarşı.

Teqlər:
'Neftçi', Çempionlar Liqası, futbol