Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək Avropa çempionu olub

© Sputnik / Murad OrujovЧемпионат Азербайджана по борьбе среди взрослых
Чемпионат Азербайджана по борьбе среди взрослых - Sputnik Azərbaycan, 1920, 30.06.2021
Abunə olmaq
İyunun 30-da keçirilən həlledici və prinsipial görüşdə Ermənistan idmançısıyla qarşılaşan K.Heybətov əsl əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb və Avropa çempionu olub.

BAKI, 30 iyun — Sputnik. Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, çempionatda 61 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Kənan Heybətov ilk görüşdə ukraynalı idmançını minimal hesabla üstələyib.

Fransa təmsilçisi üzərində də inamlı qələbə qazanan həmyerlimiz adını yarımfinala yazdırıb. Gürcüstan pəhləvanına da gücünü göstərən K.Heybətov finala vəsiqə qazanıb.

İyunun 30-da keçirilən həlledici və prinsipial görüşdə Ermənistan idmançısıyla qarşılaşan K.Heybətov əsl əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb və Avropa çempionu olub.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) da Avropa çempionatında qızıl medal qazanıb.

Xəbər lenti
0