“Polad Kuboku” mini-futbol çempionatında “Şağlaser” və “Master 114” komandaları arasında final matçında oyun epizodu

Təxirə salınan "Polad Kuboku"nun final oyunu baş tutdu - FOTO

130
Final oyunundan sonra çempionatda fərqlənən futbolçulara və turnirdə 1, 2 və 3-cü yeri tutan komandalara medallar və qiymətli hədiyyələr təqdim edilib.

BAKI, 21 iyun — Sputnik. Lənkəranda 9 aylıq fasilədən sonra Tovuz döyüşləri şəhidlərinin əziz xatirəsinə həsr olunan "Polad Kuboku" mini-futbol çempionatının final oyunu baş tutub. Çempionata 16 komanda qatılsa da, sadəcə “Şağlaser” və “Master 114” komandaları final mərhələsinə gələ biliblər.

Gərgin final oyunu “Master 114” komandasının 1:2 hesablı qələbəsi ilə başa çatıb. Final oyunundan sonra çempionatda fərqlənən futbolçulara və turnirdə 1, 2 və 3-cü yeri tutan komandalara medallar və qiymətli hədiyyələr təqdim edilib.

Mini-futbol turniri pandemiya şəraitinin qaydalarına uyğun olaraq keçirilib və iştirakçı komandaların da qaydalar çərçivəsində hərəkət etmələrinə xüsusi diqqət yetirilib.

© Sputnik / Rahim Muradov
“Polad Kuboku” mini-futbol çempionatının əsas mükafatı

Çempionatın təşkilatçılarından biri Famil Məmmədovun Sputnik Azərbaycan-a bildirdiyinə əsasən, bundan sonra da oxşar tədbirlər təşkil edəcəklər: “Polad Kuboku” mini-futbol çempionatı Böyük Zəfərə aparan Tovuz döyüşlərinə həsr olunub. Çempionat ötən ilin sentyabr ayında başlanmışdı. Vətən müharibəsi başladığı ilk gündən onu dayandırmalı olduq. “Polad Kuboku”nun həm təşkilat üzvlərindən, həm də çempionatda iştirak edən komandaların üzvlərindən Vətən müharibəsində könüllü olaraq iştirak edənlər oldu. Çox şükür ki, hamısı sağ-salamat geri qayıtdı. Bu gün də çempionatımızın final oyunu baş tutdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

  • “Polad Kuboku” mini-futbol çempionatında “Şağlaser” və “Master 114” komandaları arasında final matçında oyun epizodu
    © Sputnik / Rahim Mammadov
  • “Polad Kuboku” mini-futbol çempionatında “Şağlaser” və “Master 114” komandaları arasında final matçında oyun epizodu
    © Sputnik / Rahim Muradov
  • “Polad Kuboku” mini-futbol çempionatında “Şağlaser” və “Master 114” komandaları arasında final matçında oyun epizodu
    © Sputnik / Rahim Muradov
  • “Polad Kuboku” mini-futbol çempionatında “Şağlaser” və “Master 114” komandaları arasında final matçında oyun epizodu
    © Sputnik / Rahim Muradov
  • “Polad Kuboku” mini-futbol çempionatının əsas mükafatı
    © Sputnik / Rahim Muradov
  • “Polad Kuboku” mini-futbol çempionatının qalibi “Master 114” komandasına kubokun təqdimedilmə mərasimi
    © Sputnik / Rahim Muradov
1 / 6
© Sputnik / Rahim Mammadov
“Polad Kuboku” mini-futbol çempionatında “Şağlaser” və “Master 114” komandaları arasında final matçında oyun epizodu

F.Məmmədov onu da bildirdi ki, çempionatın əsas məqsədi Tovuz döyüşləri zamanı Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək və eyni zamanda milli vətənpərvərlik ruhunda olan gəncləri bir araya toplamaq idi.

Eləcə də oxuyun:

130
Teqlər:
Lənkəran, futbol, çempionat, kubok, final

Nəriman Abbasov Həbib Nurməhəmmədovun tələbəsini nokauta saldı

2069
(Yenilənib 10:40 18.09.2021)
Moskvada Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində Nəriman Abbasovla Şamil Zavurov arasında keçirilən döyüş cəmi bir raund davam edib.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Moskvada keçirilən turnirdə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun tələbəsi, "Dağıstan şiri" ləqəbli Şamil Zavurovu məğlub edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Moskvada baş tutan MMA (qarışıq döyüş növləri) turniri Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuşdu. Abbasov həmin görüşdə AMC Fight Nights çempion kəmərini qoruyurdu, Zavurov üçün isə qarşılaşma karyerasında sonuncu oldu.

Döyüş elə birinci raundda texniki nokautla başa çatdı. "Çingizxan" ləqəbli Nəriman Abbasov ilk dəqiqələrdən rəqibinə dəqiq zərbələr endirərək üstünlüyü ələ aldı, Zavurov raundun sonunda təzyiqə davam gətirməyərək oktaqonun döşəməsinə yıxıldı. Abbasov rəqibinə zərbələr endirməyə davam edərkən döyüş dayandırıldı. Beləliklə, Abbasov MMA-da 12-ci dəfə ardıcıl olmaqla 27-ci qələbəsini qazandı. 

Qalib elan edildikdən sonra Nəriman Abbasov qeyd edib ki, qələbəsini mərhum Abdulmanap Nurməhəmmədova həsr edir və rəqibinə hörmətlə yanaşır.

Onu da bildirək ki, döyüşdən əvvəl Həbib Nurməhəmmədov Abbasova Zavurov üzərində qələbə qazanacağı təqdirdə ən prestijli UFC promouşeni ilə müqavilə bağlamağına kömək edəcəyinə söz verib. Nəriman müsahibəsinin sonunda Həbibin vədini yada salıb: "Həbib, çamadanım hazırdır".

Eləcə də oxuyun:

2069
Teqlər:
MMA, çempion, Həbib Nurməhəmmədov, azərbaycanlı, Moskva

"Qarabağ" - "Bazel" oyunu kadrlarda