Mariya Stadnik Polşada çempion oldu

16
Daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıblar.

BAKI, 10 iyun - Sputnik. Azərbaycan güləşçisi Mariya Stadnik Polşanın paxtaxtı Varşavada keçirilən "Poland Open" turnirinin qalibi olub. 

Sputnik Azərbaycan-ın məlumatına görə, 50 kq-da mübarizə aparan Stadnik Ukrayna təmsilçisi Oksana Livaçla qarşılaşıb.

Rəqibinə 9:4 hesabı ilə qalib gələn Stadnik qızıl medal qazanıb.

Daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıblar.

Eləcə də oxuyun:

  • Teymur Rəcəbov: 2014-cü ildən bitkoinə investisiya qoyuram

  • Azərbaycanlı güləşçi Tokio Olimpiadasında Ukraynanı təmsil edəcək

  • Azərbaycanın "Ağ canavarı": Şuşada DÇ səviyyəsində turnir planlaşdırırıq

16
Teqlər:
çempion, Polşa, güləş, Mariya Stadnik
Slovakiya millisinin futbolçuları, arxiv şəkli

Slovakiya yığması AVRO- 2020-də Polşa millisinə qalib gəlib

20
(Yenilənib 22:38 14.06.2021)
Futbol üzrə Slovakiya yığma komandası Avropa çemionatının qrup mərhələsindəki ilk oyununda Polşa millisini məğlub edib.

BAKI, 14 iyun — Sputnik. AVRO-2020-nin "E" qrupunda keçirilən oyunda Slovakiya yığması Polşa millisinə qalib gəlib. 18-ci dəqiqədə slovakiyalı yarımmüdafiəçi Robert Makın zərbəsindən sonra top qapı tirinə dəyib, sonra isə polyak qapıçı Voysex Şensnıya toxunaraq qapıya daxil olub. Bununla da Şensnı Avropa çempionatı oyunlarında hesabına avtoqol yazılmış ikinci qapıçı olub.

Polşa millisi bunun əvəzini 46–cı dəqiqədə Karol Linettinin qolu ilə çıxıb. Slovak Milan Şkrinyar isə 69-cu dəqiqədə vurduğu qolla oyunun nəticəsində son nöqtəni qoyub.

Oyunun 62-ci dəqiqəsində iki sarı vərəqədən sonra Polşa millisinin oyunçusu Qjeqoj Krıxovyak meydandan qovulub.

Oyunu stadionda 12 862 tamaşaçı izləyib.

Qeyd edək ki, bu, Slovakiya millisinin Avropa çempionatlarının final mərhələsindəki ikinci qələbəsidir. 2016-cı ildə slovaklar Rusiya millisini 2:1 hesabı ilə məğlub ediblər.

Bu gün Sevilyada "E" qrupunun daha bir oyunu keçiriləcək. İspaniya komandası İsveç millisi ilə qarşılaşacaq.

İyunun 18-də, qrup mərhələsinin ikinci turunda Slovakiya millisi İsveç komandaı ilə Sankt-Peterburqda, bir gün sonra isə Polşa millisi ispanlarla Sevilyada qarşılaşacaq.

20
Patrik Şik

Çexiya yığması Şotlandiya komandası üzərində qələbə qazanlb

13
(Yenilənib 20:07 14.06.2021)
Çexiyalı hücumçu Patrik Şikin vurduğu ikinci qol hazırkı çempionatın ən yaxşı qolu hesab edilə bilər.

BAKI, 14 iyun — Sputnik. AVRO-2020-nin qrup mərhələsində futbol üzrə Çexiya millisinin oyunçuları Şotlandiya yığmasını məğlubiyyətə uğradıblar.

"D" qrupunda keçirilən qarşılaşma 2:0 hesabı ilə çexlərin xeyrinə başa çatıb.

Hər iki qolu Patrik Şik vurub (42 və 52-ci dəqiqələrdə). Stadionda oyunu 9847 tamaşaçı deyr edib.

"D" qrupunda oyunların ikinci turunda Çexiya millisi iyunun 18-də Qlazqoda Xorvatiya yığmasına qarşı oynayacaq. Şotlandiyalılar isə həmin gün "Uembli"də İngiltərə yığması ilə üz-üzə gələcək.

13
Kinoteatrda tamaşaçı, arxiv şəkli

Avropa filmləri festivalı fərqli formatda başlayıb

0
(Yenilənib 23:27 14.06.2021)
Festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

BAKI, 14 iyun — Sputnik. Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin Aİ üzv ölkələri səfirliklərilə birgə təşkil etdiyi Avropa filmlərinin ilk onlayn festivalı iyunun 14-dən 29-dək keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir çərçivəsində Aİ üzvü 13 ölkənin istehsalı olan 10 film nümayiş etdiriləcək. Bunlar Almaniya, Belçika, Çex Respublikası, Finlandiya, Fransa, İspaniya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Polşa, Rumıniya, Yunanıstandır. Filmlərin çoxu bir neçə ölkənin birgə istehsalıdır.

Festivalın açılış mərasimi onlayn formatda keçirilərək Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskasın nitqilə başlayıb. 2010-cu ildən bu yana hər il keçirdikləri festival çərçivəsində Azərbaycanda artıq 148 film nümayiş etdirildiyini deyən diplomat daha sonra bildirib:

"Bu il festivalımızın ilk dəfə onlayn formatda keçirilməsi Avropa filmlərini həm Bakıda, həm də bütün ölkə boyu azərbaycanlı tamaşaçılara daha da yaxınlaşdıracaq. Film hekayə nəql etmək, hissləri çatdırmaq, fikirlər doğurmaq iqtidarındadır. Biz də bu festival vasitəsilə Avropa mədəniyyətini daha yaxşı tanıtdırmaq, Azərbaycan və Avropa İttifaqı xalqları arasında mədəni anlaşmaya təkan vermək ümidindəyik".

Qeyd edək ki, festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

0