Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Teymur Rəcəbov: 2014-cü ildən bitkoinə investisiya qoyuram

© Photo : Официальный сайт Кубка мира по шахматам в Ханты-Мансийске Азербайджанский гроссмейстер Теймур Раджабов на Кубке мира по шахматам в Ханты-Мансийске
 Азербайджанский гроссмейстер Теймур Раджабов на Кубке мира по шахматам в Ханты-Мансийске - Sputnik Azərbaycan, 1920, 10.06.2021
Abunə olmaq
Şahmat üzrə Dünya Kubokunun sahibi Teymur Rəcəbov kriptovalyutaya münasibəti barədə danışaraq onu heç-heçə oyunların sayının çoxluğuna görə tənqid edənlərə cavab verib.

BAKI, 10 iyun — Sputnik. Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 2014-cü ildən bitkoinə investisiya yatırır və kriptovalyutanın işıqlı gələcəyinə inanır. Bunu Rəcəbov Sputnik Azərbaycanın idman şərhçisi Teymur Tuşiyevə müsahibəsində etiraf edib.

Rəcəbov dünya çempionu Maqnus Karlsenin (Norveç) təşəbbüsü ilə təşkil edilən Champions Chess Tour seriyasının bir hissəsi sayılan FTX Crypto Cup onlayn turnirində dördüncü yeri tutub. Seriyanın ümumi mükafat fondu 1,5 milyon dollara ( 2,5 milyon manat) bərabər idi.

FTX Crypto Cup turnirinin əsas xüsusiyyəti mükafat fondunun 2,18 bitkoindən ibarət olması idi ki, bu da hazırkı valyuta kursu ilə 81 min dollara (137,7 min manat) bərabərdir.

Yarışda dördüncü yeri tutan azərbaycanlı şahmatçı 0,15 bitkoin əldə edə bilib.

Sputnik Azərbaycan-a verdiyi müsahibəsində Rəcəbov etiraf edib ki, bu məbləğ onun üçün stimul rolunu oynamır, çünki artıq çoxdan kriptovalyutaya yatırım edir.

"Mən çoxdan bu işlə məşğulam. Bu, 0,15 bitkoin, necə deyim, mənim üçün stimul deyil (gülür). Biz 2014-cü ildən bu işin içindəyik", – deyə Rəcəbov bildirib.

Xatırladaq ki, kriptovalyutanın, özü də məhz bitkoinin ilk bumu 2013-cü ilin sonu 2014-cü ilin əvvəllərinə təsadüf edirdi. Xüsusən də 2013-cü ilin dekabr ayında bitkoinin kursu həmin dövr üçün rekord sayılan 1242 dollara çatmışdı, amma bundan sonra bir qədər aşağı düşdü.

Son bir neçə il ərzində bitkoin sürətlə dəyər qazandı və bir sıra dalğalanmalardan sonra hazırda 40 min dollara (68 min manat) bərabər tutulur. Azərbaycanlı şahmatçı etiraf edir ki, bazardakı bu güclü dalğalanmalardan o da əziyyət çəkib.

"Müxtəlif dövrlər oldu, çətin və xoşbəxtlik gətirən (gülümsəyir). Ancaq mən bitkoinin gələcəyinə şübhə etmirəm", – deyə Rəcəbov əlavə edib.

Yeri gəlmişkən, bu günlərdə Teymur Rəcəbov digər azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovla birlikdə Buxarestdə (Rumınya) adi formatda keçirilən "Grand Chess Tour" seriyasındakı turnirdə iştirak edir. Dörd start raundunda Rəcəbov həmyerlisi Şəhriyar Məmmədyarovla oyun da daxil olmaqla, bütün qarşılaşmaları heç-heçə başa vurub. Bundan sonra sosial şəbəkələrdə Rəcəbovun ünvanına tənqidi fikirlər səslənib, onun lazımı nəticə göstərə bilmədiyi vurğulanıb. Şahmatçı özü isə bu vəziyyəti turnirin ağır qrafiki ilə izah edir.

"Qrafik çox ağırdır, həddən çox turnir var. Pandemiyaya kimi bir ildə cəmi bir neçə turnirdə iştirak edirdimsə, indi hər ay hansısa yarış olur və bu adamı çox yorur. Sözsüz ki, oyunların heç-heçə nəticələnməsi mənim özümün də xoşuma gəlmir. Ancaq şahmat elə oyundur ki, həmişə öz üzərində işləməlisən", – deyə Rəcəbov vurğulayıb.

Bununla belə, o, ünvanına səslənən tənqidlərdən qətiyyən narahat deyil, çünki insanların haqqında nə danışdıqları onu maraqlandırmır. Şahmatçı Buxarestdə yaxşı nəticə göstərəcəyinə inanır.

"Düzdür, hələ də özümü yorğun hiss eləyirəm. Baxaq görək, daha yaxşı nəticə göstərmək üçün növbəti turnirlərə enerji toplaya biləcəyəm, ya yox. Prinsipcə, üslubum buna imkan verir", – deyə Rəcəbov əlavə edib.

2019-cu il Dünya Kubokunun qalibi daha sonra öz "Twitter" hesabında xatırladıb ki, o, şahmat tarixinin bir parçasıdır.

"Sizin xoşunuza gəlməyə bilərəm. Düzünü desəm, mənim üçün bunun bir o qədər də fərqi yoxdur. Ancaq hər bir şahmatçını və bu oyunu sevən hər kəsi özümə dost sayıram. Bunu yaddan çıxartmayın! Xoşunuza gəlsə də, gəlməsə də, mən şahmat tarixinin bir parçasıyam", – Rəcəbov öz hesabında yazıb.

Həmçinin oxuyun:

Teymur Rəcəbovun qurbanı Şəhriyar Məmmədyarova rəqib oldu

Teymur Rəcəbov rəqiblərini qabaqladı: həm sırada, həm pulda

Xəbər lenti
0