Cüdo yarışı, arxiv şəkli

Dünya çempionatının ilk günündə azərbaycanlı cüdoçu medal qazandı

10
Lisenziyalı dünya çempionatında yaponiyalı Naqayamaya qalib gələn cüdoçumuz qızıl medal qazana bilməyib.

BAKI, 6 iyun - Sputnik. Cüdoçu Kəramət Hüseynov (60 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, yarışa I mərhələdən qoşulan Kəramət Hüseynovun rəqibi Mohammad Raşnonezad (Beynəlxalq Cüdo Federasiyası) olub. Cüdoçumuz qələbə qazanıb, növbəti görüşündə isə moldovalı Nikolae Foçanı məğlub edib. 1/8 finalda Kəramətin rəqibi yaponiyalı Ryuju Naqayama olub. Dörddə bir finalda isə fransalı Valid Xyar Kəramətin yarımfinala yolunu kəsib.

Kəramət təsəlliverici görüşdə Unibold Lxaqvayamtsla (Monqolustan) üz-üzə gəlib. Rəqibinə qalib gələn cüdoçumuz bürünc medal uğrunda qazaxıstanlı Maqjan Şamşadinlə qarşılaşıb və istəyinə nail ola bilib.

Kəramətlə eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Davud Məmmədsoy isə ilk görüşdə Fransa təmsilçisi Romarik Vend-Yam Budaya məğlub olub.

Qadınlar arasında yarışlarda 48 kq çəki dərəcəsində çıxış edən cüdoçularımız mübarizəyə II mərhələdən başlayıblar. Leyla Əliyeva startda Sabina Gilyazovaya (Rusiya), Aişə Qurbanlı isə Julia Fiqueroaya (İspaniya) uduzub.

Qeyd edək ki, millimiz dünya çempionatına 12 cüdoçu ilə yollanıb. Mundial iyunun 13-dək davam edəcək.

10
Teqlər:
bürünc medal, Budapeşt, cüdo

"Kral klubu"nun əfsanəsi getdi: Ramosun ən yaddaqalan şəkilləri

14
(Yenilənib 10:04 19.06.2021)
Yenidən nə vaxtsa "kral klubu"na qayıdacağına inandığını söyləyən təcrübəli oyunçu azarkeşlərə və komanda yoldaşlarına təşəkkür edib.

İspaniyanın "Real Madrid" futbol komandası kapitan Serxio Ramosla yollarını ayırıb.

Klub 35 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddətini uzatmayıb. Yenidən nə vaxtsa "kral klubu"na qayıdacağına inandığını söyləyən təcrübəli oyunçu azarkeşlərə və komanda yoldaşlarına təşəkkür edib. O, doğma klubunun daim ürəyində qalacağını bildirib.

Qeyd edək ki, 2005-ci ildən "Real Madrid"də çıxış edən Serxio Ramos bu komandanın heyətində beşqat İspaniya çempionu olub, 4 dəfə ölkə Superkubokunu, Çempionlar Liqasını və klublararası dünya çempionatını qazanıb. Həmçinin 2 dəfə İspaniya kuboku və UEFA Super Kubokunda qələbə sevinci yaşayıb.

İspaniyanın "Real Madrid" futbol komandası kapitan Serxio Ramosun ən yaddaqalan kadrları Sputnik Azərbaycan-ın fotolentində.

14
  • © AP Photo / DIEGO G. SOUTO

    Serxio Ramos 1 sentyabr 2005-ci ildə futbol klubuna yeni oyunçu kimi təqdimatı zamanı yeni formasını tutduğunu göstərir.

  • © AP Photo / Francisco Seco

    Serxio Ramos Real Madrid FK-da müdafiəçi olmağına baxmayaraq çox zaman qollar vurub.

  • © REUTERS / Sergio Perez

    2005-ci ildə Ramos 27 milyon avro qarşılığında Sevilyadan Real Madridə transfer olunub.

  • © REUTERS / Kai Pfaffenbach

    Ramoş Real Madrid FK ilə 2 dəfə Çempionlar Liqasını qazanıb.

  • © AP Photo / Manu Fernandez

    Madridin Bernabeu stadionunda "Real Madrid" ilə "Barcelona" arasında oynanan matçda "Barcelona" hücumçusu Lionel Messi və "Real" müdafiəçisi Sergio Ramos.

  • © AP Photo / Bernat Armangue

    "Real Madrid"də çıxış edən Serxio Ramos bu komandanın heyətində beşqat İspaniya çempionu olub, 4 dəfə ölkə Superkubokunu, Çempionlar Liqasını və klublararası dünya çempionatını qazanıb.

  • © AP Photo / Alastair Grant

    İspaniyanın "Real Madrid" futbol komandası kapitan Serxio Ramos oyun zamanı haqsılıq görəndə hakimlərlə mübahisə edirdi.

  • © AP Photo / Manu Fernandez

    "Real Madrid" komandasının oyunçuları Çempionlar liqasındakı qələbəni qeyd edir.

  • © AFP 2021 / CURTO DE LA TORRE

    "Kral klubun"un kapiatnı çılğınlığı ilə də seçilirdi. Bu şəkildə "Barcelona"-nın hücumçusu Lionel Messi və "Real" müdafiəçisi Serxio Ramos necə deyərlər "kəllə-kəlləyə" gəlib.

  • © AP Photo / Daniel Ocho de Olza

    "Real Madrid"in futbolçusu Serxio Ramos Çempionlar liqasında qələbə qazndığından sonra qazandıqdan sonra Sibeles meydanına gələrkən tanrıça Kibelanın boynuna Real Madrid bayrağını bağlayır.

  • © REUTERS / SUSANA VERA

    Serxio Ramos "Real Madrid"-i tərk edən zaman.

  • © AFP 2021 / GLYN KIRK

    İspaniyanın "Real Madrid" futbol komandasının keçmiş kapitanl Serxio Ramos.

London AVRO-2020 finalının keçirilməsi hüququndan məhrum ola bilər

11
(Yenilənib 16:40 18.06.2021)
UEFA-da Avropa çempionatının final oyununun keçiriləcəyi şəhərin dəyişə biləcəyini istisna etməyiblər, lakin turnirin son həftəsinin İngiltərədə keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Avropa futbol assosiasiyaları ittifaqı (UEFA) AVRO-2020 final oyununun keçirilmə yerini Londondan (Böyük Britaniya) Budapeştə (Macarıstan) dəyişə bilər. Sputnik Azərbaycan "The Times" məcmuəsinə istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar vəziyyətin ağırlığı nəzərə alınaraq London şəhərinin rəhbərliyi stadionun 100% doldurulmasına zəmanət verə bilmir.

Daha sonra xəbərdə deyilir ki, Londonun meri UEFA-dan qurumun çempionatın final oyununun Budapeştdə təşkili məsələsini nəzərdən keçirdiyi barədə xəbərdarlıq alıb.

Öz növbəsində Macarıstan rəsmiləri AVRO-2020 final oyunu zamanı Ferens Puşkaş stadionunun 100% doldurula biləcəyinə söz veriblər. Yeri gəlmişkən, Budapeşt qitə birinciliyinin keçirildiyi şəhərlər arasında turnirin qrup mərhələsinin və ¼ oyununun keçirilməsi dövründə stadionun tam doldurula biləcəyinə zəmanət verən yeganə şəhərdir.

Bununla bağlı jurnalist Vasili Konev öz teleqram-kanalında bildirib ki, UEFA RİA Novostinin məsələ ilə bağlı sorğusuna cavab verib – qurum final oyununun Londondan Budapeştə keçirilməsini istisna etməyib.

"Gözlənilməz hallar üçün hər zaman fəaliyyət planı var, lakin biz əminik ki, turnirin son həftəsi Londonda keçiriləcək", - deyə UEFA-dan bildiriblər.

Qeyd edək ki, Avropa çempionatı çərçivəsində Lodonun "Uembli" stadionunda təkcə final oyunu deyil, yarımfinal qarşılaşmaları da keçirilməlidir.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1) və iyunun 16-da Türkiyə-Uels (0:2) oyunları artıq keçirilib. Bundan əlavə qarşıda İsveçrə-Türkiyə (20 iyun) qarşılaşması var. İyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

 

11
DTX əməkdaşları, arxiv şəkli

DİN DTX Şuşada birgə əməliyyat keçirdi

0
(Yenilənib 14:28 19.06.2021)
Ötən ilin noyabrında işğaldan azad olunmuş Daşaltı kəndində yeddi tondan artıq çətənə kolu məhv edilib.

 

BAKI, 19 iyun — Sputnik. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Daşaltı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,6 tondan artıq olan 2437 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Qubadlı Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliquluuşağı kəndi ərazisində yabanı halda bitmiş 2,9 tondan artıq çəkidə 5630 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Yevlax stansiyası Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonunun Uzuntala kəndi ərazisində dəmir yolunun kənarında yabanı halda bitmiş çəkisi 3,2 ton olan 3780 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

0