Red Bull komandasının pilotu Serxio Peres qələbəsini qeyd edir

"Formula-1"in Azərbaycan Qran Prisi: Qalib bəlli oldu

69
(Yenilənib 22:14 06.06.2021)
Koronavirus pandemiyası səbəbindən tamaşaçısız baş tutan "Formula-1"in Azərbaycan Qran Prisinin bu gün sonuncu günüdür. Bütün maraqlı məqamları Sputnik Azərbaycan-la izləyin.

BAKI, 6 iyun — Sputnik. "Formula-1"in Azərbaycan Qran Prisinin qalibi bəlli oldu. Sputnik Azərbaycan bildirir ki, bu Red Bull komandasından Serxio Peresdir. İkinci pillə Aston Martin pilotu Sebastyan Fettelə, 3-cü pillə isə Alpha Tauri-dən Pyer Qasliyə nəsib olub.

Yarışda yaxşı start götürən Lüis Həmilton isə (Mercedes) 16-cı pillə ilə kifayətlənib.

  • Serxio Peres
    © Sputnik / Murad Orujov
  • Pyer Qasli
    © Sputnik / Murad Orujov
  • Sabastian Fettel
    © Sputnik / Murad Orujov
  • Azərbaycan Qran Prisinin qalibləri
    © Sputnik / Murad Orujov
1 / 4
© Sputnik / Murad Orujov
Serxio Peres

Qeyd edək ki, hələ heç bir pilot Azərbaycan Qran Prisini iki dəfə dalbadal qazana bilməyib. Həm bunu, həm də Bakıdakı "kral yarışları"nın digər hadisələrini nəzərə alsaq, yenə də belə bir nəticəyə gələrik ki, "Formula-1"in Azərbaycan Qran Prisi növbəti dəfə dünya çempionatının təqvimində ən gözlənilməz statusunu qoruyub saxladı.

Bakıda keçirilən "Formula-1" yarışlarının əvvəlki qalibləri:

* 2016-cı il Avropa Qran-prisi – Niko Rosberq (Almaniya, Mercedes)

* 2017-ci il Azərbaycan Qran-prisi – Daniel Rikardo (Avstraliya, Red Bull)

* 2018-ci il Azərbaycan Qran-prisi – Luis Hamilton (Böyük Britaniya, Mercedes)

* 2019-ci il Azərbaycan Qran-prisi – Valtteri Bottas (Finlandiya, Mercedes)

 

---------

17:41

Azərbaycan Qran Prisinin əsas yarışını daha bir pilot tərk edib. Finişə 4 dövrə qalmış bolidi maneəyə çırpılan, liderlər sırasında olan Redd Bull komandasının pilotu Maks Ferstappen mübarizəni dayandırıb.

----------

17:17

"Formula-1"in Azərbaycan Qran Prisinin əsas yarışını trasda çoxlu qırıntılar olduğuna görə dayandırmağa məcbur olublar.

Yarış zamanı Aston Martin komandasının pilotu Lens Strollun bolidinin təkəri dağılıb. Nəticədə maşın fırlanaraq yoldan çıxıb. Stroll yarışı tərk etməli olub, marşallar yolu təmizləyən müddətə yarış dayandırılıb.

İndiyədək iki pilot mübarizəni dayandırıb: bir qədər əvvəl Esteban Okonun bolidinin mühərriki tüstülənmişdi.

---------

16:29

Bakıda "Formula-1"in Azərbaycan Qran Prisinin əsas yarışı keçirilir. Poul-pozisiyadan Ferrari-nin piloti Şarl Lekler başlasa da, liderliyi əldən verib. Hazırkı dünya çempionu Lüis Həmilton önə keçib. 

İkinci mövqeyə düşən Lekler britaniyalı pilotla ardakı məsafəni qısaltmağa çalışsa da, geriyə düşüb. Lekleri Maks Ferstappen haqlayıb və Həmiltondan sonra hazırda ikincidir. 

Ümumilikdə pilotlar Bakı Şəhər Halqasında 51 dairəni tamamlamalıdırlar. Yarış Bakı vaxtı ilə 18:00-da başa çatacaq.

“Formula-1” üzrə Azərbaycan Qran-prisində ilk qəza baş verib. “Alpin-Reno”nun pilotu Esteban Okonun bolidi 5-ci dövrədə tüstülənməyə başlayıb. Fransalı pilot yarışı tərk etməli olub.

-------

14:43

"Formula-1"in Azərbaycan Qran Prisində "Formula-2" yarışlarının əsas mərhələsi baş tutub. Yarışın qalibi "Hitech Grand Prix"dən estoniyalı Yuri Vips olub. İkinci yeri "Prema" komandaslndan Oskar Piastri, üçüncü yeri isə Piastrinin komanda yoldaşı, Rusiya Avtoidman İnkişaf Proqramı SMP Racing-in iştirakçısı Robert Şvartsman tutub.

---------

14:36

"Formula-1"in Azərbaycan Qran Prisində Azərbaycanın dövlət himnini Qarabağda Vətən müharibəsinin veteranları ifa edəcəklər.

Himni Səbinə Babayeva ilə birlikdə Qarabağ müharibəsinin qazisi Atəş Qarayev səsləndirəcəklər. Həmçinin himn səslənərkən ölkə ərazisində yaşayan müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan bayrağı tutaraq "V" hərfi formasında səf tutacaqlar. "V" - həm "Formula-1"in Bakıda beşinci dəfə keçirildiyini, həm də sülh rəmzini əks etdirir.

"Formula-1"in Azərbaycan Qran Prisinin açılış mərasimində Azərbaycanın dövlət himninin xüsusi variantını bəstəkar və musiqi prodüseri Azad Vəliyev hazırlayıb.

--------

13:26

Azərbaycan Qran-Prisinin final günü "Formula 2" yürüşlərində üç pilot qəzaya düşüb. 

"Dams" komandasından Markus Armstronq "Art Grand prix"in pilotu Teo Porşare ilə toqquşub. M.Armstronqun bolidi təhlükəsizlik maneəsinə çırpılıb və Porşare ilə birlikdə yarışdan kənarda qalıb.

"HWA Racelab"dən Matteo Nannini də qəza törətdiyi üçün sprinti tərk etməli olub.

--------

08:00

Azərbaycan Qran-Prisinin bu gün finalıdır. Yarışın cədvəlinə uyğun olaraq öncə "Formula-2"nin əsas yarışı keçiriləcək, o, 12:45-dən 13:50-dək davam edəcək.

14:10-dan 14:50-dək "Formula-1" pilotlarının paradı olacaq, 15:44-dən 15:46-dək Azərbaycanın Dövlət himni səslənəcək, 16:00-dan 18:00-dək isə "Formula-1"in Azərbaycan Qran Prisinin əsas yarışı baş tutacaq.

Sputnik Azərbaycan hər yarış günündən mətn formasında canlı yayım verir.

"Formula-1"in birinci günü nə ilə yadda qaldı

"Formula 1" üzrə Azərbaycan Qran Prisinə iyunun 4-də start verilib. Azərbaycan Qran Prisinin ilk günündə dörd yarış oldu. Bunlardan ikisi “Formula-1” sinfinin sərbəst yürüşləri idi. Burada Red Bull komandasının pilotları Maks Ferstappenlə Serxio Peres üstün oldular. Hazırkı dünya çempionu Lüis Hemilton üçün isə ilk yarış günü uğurlu sayılmaz - əvvəlcə o, yeddinci, sonra isə 11-ci oldu.

“Formula-2” sinfindən olan yarışlara gəlincə, pilotlar əvvəlcə sərbəst yürüş sessiyasını keçdilər, sonra isə təsnifat baş tutdu. Sonuncuda bazar günü keçiriləcək əsas “Formula-2” yarışının start sıralaması bəlli oldu.

Finala doğru: ikinci gün

"Formula 1" Azərbaycan Qran-Prisinin ikinci günü dörd yarış keçirilib. Gün Bakıda "Formula-2" sprinter yarışları ilə (11:25-12:15) başlayıb, "Formula-2"nin ikinci sprinter yarışı isə 17:40-dan 18:40-dək davam edib.

"Formula-1" çərçivəsində isə üçüncü sərbəst praktika (13:00-14:00), eləcə də əsas bazar yarışında startda bolidlərin düzülüşünü təyin edəcək kvalifikasiya (16:00-17:00) təşkil olunub.

"Formula 1" təsnifatının birinci yarısı qəzalarla bol olub. Nəticədə birinci sessiyadan sonra təsnifat Nikolas Lətifi (Williams), Nikita MazepinMik Şumaxer (hər ikisi Haas Uralkali), Dens Stroll (McLaren) və Antonio Covinasi (Alfa Rpmeo) üçün başa çatıb. Birinci sessiyada ən yaxşı vaxtı isə Luis Həmilton göstərib.

Təsnifatın ikinci sessiyasında McLaren-dən Deniel Rikkardo öz bolidini vurub. Yekun sessiyada üçüncü döngədə təhlükəli epizod baş verib. Alpha Tauri-dən Yuki Sunoda təhlükəsizlik baryerinə dəyib. Bunu arxadan gələn Ferrari-nin pilotu Karlos Sayns görüb və dərhal əyləcə basıb, nəticədə maşın fırlanaraq maneəyə dəyib. Hər iki pilot yarışdan çıxıb.

Təsnifatın final sessiyasında ən yaxşı vaxtı Ferrari-nin digər pilotu Şarl Lekler göstərib - 1:41,218. Ona görə də o, bazar günü əsas yarışa poul-mövqedən başlayacaq. Təsnifatda ikinci yeri dünya çempionu Luis Həmilton tutub. O, liderdən 0,232 saniya geri qalıb. Üçüncü yeri tutan Maks Ferstappen liderdən 0,345 saniyə geri olub.

"Formula 1"in üçüncü məşqi
Bakıda Azərbaycan Qran-Prisi çərçivəsində "Formula 1" bolidlərinin üçüncü məşqi gözlənilməz nəticələrlə başa çatıb.

Belə ki, dünya çempionatında lider olan, birinci məşqdə qalib gəlmiş və ikincidə ikinci yeri tutmuş Maks Ferstappen təhlükəsizlik maneəsinə dəyərək yoldan çıxıb. Üçüncü məşqdə ən yaxşı vaxtı isə çoxları üçün gözlənilməz olaraq Alpha Taurinin pilotu fransız Pyer Qasli göstərib - 1:41,251.

İkinci nəticəni Red Bull komandasının ikinci pilotu Serxio Peres göstərib. O, liderdən 0,344 saniyə geri qalıb. Üçüncü yeri tutmuş hazırkı dünya çempionu Luis Həmilton liderdən 0,446 saniyə zəif olub.

Maraqlıdır ki, Həmiltonun üçüncü nəticəsi də məşqin gözlənilməzliyi sayıla bilər. Ötən iki məşq sessiyasında Həmilton uğursuz çıxış edərək 7 və 11-ci yerləri tutmuşdu. İkinci gün də onun işləri yaxşı getmirdi və sonuncu dövrədən əvvəl o, 17-ci idi. Lakin son dövrədə britaniyalı vəziyyəti düzəldə bildi.

Şənbə günü planlaşdırılan iki “Formula 2” sprint yarışı başlayar-başlamaz dörd avtomobil qəzaya uğrayıb. Belə ki, əvvəlcə “Hitech Gran Prix” komandasının pilotu Liam Loyson avtomobilini təhlükəsizlik səddinə çırpıb. Yeri gəlmişkən, o, bir gün əvvəl “Formula 2”-nin seçmə yarışında ən yaxşı nəticə göstərmişdi. Ondan sonra daha üç pilot – Cek Aytken, Alesio Delede (hər ikisi də WHA komandasındandır), eləcə də “Prema” komandasından Oskar Piastrinin avtomobilləri qəzaya uğrayıb. Onların üçü də Bakı Şəhər Halqasının ikinci döngəsində idarəetməni itiriblər.

"Formula 1"- 2021 Azərbaycan Qran Prisi

"Formula 1"- 2021 Azərbaycan Qran Prisi 4-6 iyun tarixlərində keçiriləcək. "Formula 1" yarışları 2016-cı ildən bəri Bakıda keçirilir. Bununla belə, "kral yarışları"nın ilk Bakı mərhələsi "Avropa Qran Prisi" adlanırdı və ikiqat dünya çempionu Fernando Alonso onun ulduz-səfiri idi. 2017-ci ildən isə Bakı yarışı Azərbaycan Qran Prisi adını alıb. Elə həmin il Bakıda keçirilən "Formula-1" mövsümün ən həyəcanlı yarışı kimi qəbul edilib.

Keçən il Azərbaycan Qran Prisinin təşkilatçıları, "Baku City Circuit" əməliyyat şirkəti koronavirus pandemiyası səbəbindən yarışı ləğv etmək məcburiyyətində qaldı. Bununla əlaqədar olaraq "kral yarışları"nın Bakıda keçirilməsi daha bir il, 2024-cü ilə qədər uzadıldı. Eyni səbəbdən bu il "Formula 1"-in Bakı mərhələsi tamaşaçısız baş tutacaq.

Eləcə də oxuyun:

  • Bakıda "Formula-1": Kral yarışlarının ilk gününün nəticələri

  • BNA-dan xəbərdarlıq: Səkkiz gün ərzində paytaxtın bəzi küçələrində hərəkət dayandırılacaq

  • Bakıda "Formula-1"də məzəli anlar: qarğa marşallı "tərlətdi" - VİDEO

  • Bakıda "Formula-1" yarışlarının ilk günü FOTOLARDA

  • Bas qaza! Bakıdakı "Formula-1" trassının test-drayvı

69
Teqlər:
mükafat, nəticə, pilot, final, Bakı, Azərbaycan, "Formula 1"
Mövzu:
"Formula 1"in Azərbaycan Qran Prisi (16)
Vasili Konov

AVRO keçirmək üçün birgə Azərbaycan-Türkiyə müraciətinin yaxşı şansları ola bilər - Konov

171
(Yenilənib 10:05 23.06.2021)
Tanınmış rusiyalı idman jurnalisti Vasili Konov Sputnik Azərbaycan-la söhbətində AVRO-2020 barədə fikirlərini bölüşüb.

Bir neçə oyunu Bakı Olimpiya stadionunda keçirilən Avropa çempionatının qrup mərhələsi sona çatır. Komandalar üçüncü turun oyunlarını keçirəndən sonra 1/8 finalın bütün cütlükləri məlum olacaq.

AVRO-2020 Azərbaycan paytaxtına 3 iyulda Bakı Olimpiya Stadionunda baş tutacaq 1/4 final oyunu ilə qayıdır. Bundan əvvəl, Bakıda "A" qrupunun üç oyunu - Uels və İsveçrə (1:1), Türkiyə və Uels (0:2) və Türkiyə ilə İsveçrə (1:3) arasında keçirilib.

- Sizin fikrinizcə, AVRO-2020 necədir? Hazırda sizdə hansı təəssüratlar formalaşıb?

- Tamaşaçıların əksəriyyətinin uzun müddət turniri gözləməsi səbəbindən tükənmələri baş tutan oyunların ortaya qoyduğu əsas problemdir. Bundan əlavə, mənim fikrimcə, çempionatın bir neçə ölkədə keçirilməsi konsepsiyası özünü doğrultmadı. Çünki hamımız turnirin futbol xoşbəxtliyinin tam cəmləşdiyi bir yer olmasına öyrəşmişik. Amma oyunlar bütün Avropaya səpələnəndə bu, təəssüflər olsun ki, hiss olunmur.

Futbol festivalının açıq-aşkar uğurlu keçdiyi Budapeştdən mənzərəni izləmək və 5-6 min tamaşaçı olduğu və əsl futbol ab-havasının hiss olunmadığı bir stadionda olmaq olar. Tamaşaçı və təşkilatçıların tükənməsi ilə yanaşı, ən dəhşətlisi - oyunçuların da tükənməsidir.

- Bəs futbol komponenti haqqında fikirləriniz?

- İtalyanları çox bəyəndim, fransızları da həmçinin. Rusiya millisinə gəldikdə isə, oyun, şübhəsiz ki, rusiyalı tamaşaçının gözlədiyi kimi olmadı.

Bakıda oynayan komandalardan danışsaq, əksəriyyət Türkiyə komandasından tamamilə fərqli oyun gözləyirdi. Həm də, Türkiyə komandası üçün Bakıdakı matçların ev oyunu olması lazım idi və bu cür dəstəklə daha yaxşı performans göstərməli idilər.

Əgər söhbət şəhərlərdən gedirsə, onda Budapeşt rəqabət xaricindədir. Sankt-Peterburq, Bakı və Londondan sonra haraya gedəcəyimi seçmək fürsətim olsaydı, əlbəttə ki, Macarıstanın paytaxtını seçərdim.

- Fikrinizcə, Türkiyə və Rusiya yığmalarının belə sönük çıxışının səbəbi nədir?

- Məncə, səbəb hər birinci, həm də ikinci halda komandaların güclərinin obyektiv səviyyəsindədir. Rusiya yığmasına gəldikdə, biz dünya reytinqində birinci olan komandanın, dünya siyahısının ilk onluğuna düşən danimarkalıların və kifayət qədər təhlükəli finlərin çıxış etdikləri qrupa düşmüşdük.

İstənilən halda, rəqiblərin səviyyələrini müqayisə edərkən, bu müqayisə Rusiya yığmasının xeyrinə deyil.

- Sizi xoş mənada təəccübləndirən yığmalar var?

- Məncə, az adam macarların fransızlarla oyunda belə təəssürat yaradacaqlarını gözləyirdi. Yəqin, hələlik bu, əsas sürprizlərdən biridir.

Bundan əlavə, oyun keyfiyyətinə görə, fərdi icra ustalığına görə turnirin ən yaxşı kəşfi çexlər oldular.

Fərdlərə gəldikdə isə, burada hər şey kifayət qədər gözləniləndir. Hamı ondan rekord gözləyirdi, o da rekord vurdu və onu artırmaqda davam edir: Ronaldu artıq bütün ağlasığan və ağlasığmaz rekordları vurub. Bununla paralel olaraq o Instagram-da 300 milyon izləyicisi olan ilk insan oldu. Belə fanat ordusu nəhəng bir şeydir.

- Fikrinizcə, hansı yığma bu mərhələdə çempion kimi görünür?

- Məncə, hələlik heç biri. Əgər məndən bu barədə turnirədək soruşsaydılar, finalı Fransa-Belçika deyərdim. İndi demək çətindir, çünki 6 top vurulmuş Portuqaliya-Almaniya oyununa baxanda, əlbəttə ki, finalın elə olmasını istəyirsən.

Finalda Portuqaliya və Almaniyanın qarşıdurmasının təkrarlanmasının əleyhinə deyiləm. Lakin "Uembli"də finalda ingilisləri də görmək istərdim, Məncə, bu əla olardı.

- Yeri gəlmişkən, AVRO-2020-nin finalını Londondan Budapeştə keçirə bilərlər…

- Başa düşdüyüm qədər, orada hər şey Böyük Britaniyada mövcud olan karantin tədbirlərinə görə qəlizləşib. Hazırda, orada gələnlər üçün 10 günlük karantin ləğv olunmayıb. Bundan əlavə, mən finaldan qayıdandan sonra Moskvada karantində daha 14 gün də oturmalı olacağam. Yəni, Avropa çempionatının finalına gediş mənə karantində 25 günə başa gələcək. Belə şeyi mən özümə rəva görmərəm.

Ona görə də UEFA İngiltərə rəsmilərindən Böyük Britaniyaya girişdə karantini ləğv etməyi xahiş edib. Lakin britaniyalılar onu ləğv etsələr belə, geri dönüşdəki karantini heç kim ləğv etməyəcək. Düşünürəm ki, finalın yerini dəyişməkdənsə, giriş karantinini ləğv edəcəklər. Final Budapeştə verilməyəcək qədər statuslu və bahalı əyləncədir.

- Bakı sizdə hansı təəssüratları oyadır?

- Ən azından vizual olaraq Bakı həmişə gözəldir. Mən yerli taksi sürücülərindən biri ilə bütün bu yenidənqurmalara qədər olan Bakını və bugünkü gözəl dəniz kənarı, möhtəşəm şəhər mərkəzi olan şəhəri müzakirə etmişəm. Belə şəhər infrastrukturunun inkişafına imkan yaradan və qonaqlar üçün maksimal rahat olmağa imkan verən idman tədbirlərinin olması əladır.

- AVRO-2020 oyunlarının, buna qədər isə Avroliqanın finalının, həmçinin Avropa və İslam oyunlarının  keçirilməsi Azərbaycanın bölgənin digər ölkələrilə birgə tam olaraq futbol üzrə Avropa çempionatını qəbul etmək şansını nə dərəcədə yüksəldir?

- Məncə, əgər Azərbaycan və Türkiyə Avropa çempionatının keçirilməsi üçün birgə müraciət etsələr, bunun müəyyən perspektivləri olacaq. Sadəcə, mənə elə gəlir ki, UEFA-dan artıq bildiriblər ki, iki ölkədə çempionat keçirmək istəmirlər. Yəni, indi hər şeyin bir ölkədə keçirilməsi fikri üstündür.

Lakin əgər UEFA əvvəlki kimi birgə müraciətlərə müsbət yanaşarsa, Türkiyə və Azərbaycanın yaxşı şansları ola bilər.

Eləcə də oxuyun:

  • Türkiyənin göz yaşları, Uelsin rəqsi: Bakıda AVRO-2020 qrup mərhələsinə yekun vurulub

  • Vasili Konov: Türkiyə millisi ağır vəziyyətdədir, amma hələ ümid var

  • Rusiya yığması böyük hesabla Danimarka millisinə uduzaraq Avropa çempionatını tərk edir

  • Türkiyədən AVRO-2020 ilə bağlı Azərbaycana müraciət: Əla qardaşlıq ruhu göstərdiniz

171
Teqlər:
video, jurnalist, futbol, Bakı, AVRO-2020
Xorvatiya-Şotlandiya matçında oyun məqamı

Xorvatiya millisi şotlandiyalılara qalib gələrək AVRO-2020 pley-off mərhələsinə çıxdı

312
(Yenilənib 01:35 23.06.2021)
Futbol üzrə Xorvatiya yığma komandası Şotlandiya millisi üzərində Avropa çempionatının qrup mərhələsində qələbə çalaraq 1/8 final mərhələsinə yüksəlib.

"D" qrupunun son turunda Qlazqoda keçirilən qarşılaşma 3:1 hesabı ilə xorvatların xeyrinə başa çatıb. Qalib komandanın heyətində qolları Moskvanın MOİK komandasının oyunçusu Nikola Vlaşiç (17-ci dəqiqə), Luka Modriç (62) və İvan Pereşiç (77) vurublar.

Şotlandiyalıların heyətində Kallum Makqreqor rəqib komandanın qapısına yol tapıb (42).

Stadionda oyuna 9896 azarkeş tamaşa edib.

"D" qrupunun digər oyununda Londonda İngiltərə-Çexiya oyunu 1:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb.

Beləliklə, İngiltərə yığması 7 xalla qrupun lideri olaraq çempionatın 1/8 finalına yüksəlib. Pley-off mərhələsində onun rəqibi "F" qrupunda ikinci yeri tutmuş komanda olacaq.

Xorvatiya millisi 4 xalla öz qrupunda ikinci yerdə qərarlaşıb və 1/8 finalda "E" qrupunda ikinci yeri tutmuş komanda ilə üz-üzə gələcək.

Çexiya millisi son oyunda məğlubiyyətə baxmayaraq qrupda üçüncü yerdən pley-off mərhələsinə adlaya bilib.

Qrupun autsayderi olan Şotlandiya millisi isə üç turda 1 xal toplayaraq turnirdə çıxışlarını başa vurub.

İngiltərə, Xorvatiya və Çexiya komandalarının 1/8 finaldakı rəqibləri çərşənbə günü müəyyən olunacaq.

312
Bakıda fəhlə iş zamanı, arxiv şəkli

İşçilərini bu havada işlədənlər yüksək məbləğdə cərimələnəcəklər

0
(Yenilənib 13:19 23.06.2021)
Dövlət Əmək Müfəttişliyi Xidməti bu havada sərinləşdirici qurğular olmayan yerlərdə və açıq havada iş prosesinin ya dayandırılmalı, ya da fasilə verilməli olduğunu bildirib.

BAKI, 23 iyun — Sputnik. Dövlət Əmək Müfəttişliyi Xidməti isti hava şərtləri ilə bağlı sahibkarlara xəbərdarlıq edib. Xidmətin şöbə müdiri Vüsal Məmmədov deyib ki, həddindən artıq isti havada işçilərini işlədən və bu barədə qanunvericiliyin tələblərini pozan işəgötürənləri cərimələr gözləyir.  

Qeyd edək ki, bu günə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 34-39, Bakıda gecə 22-24, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 35-40 faiz təşkil edəcək. Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

İyunun 23-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdə qısamüddətli lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 36-41, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.

Həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Dövlət Əmək Müfəttişliyi Xidməti açıq havada, yaxud sərinləşdirici qurğular olmayan yerdə işçiləri işlətməyə cəhd göstərən sahibkarlara xəbərdarlıq etmək məcburiyyətində qalıb.  

Xidmətin şöbə müdiri Vüsal Məmmədov deyib ki, bu məsələdə Əmək Məcəlləsinin tələbləri konkretdir: "Temperatur 41 dərəcə və daha yuxarı olarsa, sərinləşdirici qurğular olmayan yerlərdə və açıq havada iş prosesi dayandırılmalıdır, yaxud fasilələr verilməlidir".

Xidmətin rəisi onu da əlavə edib ki, bu qaydaya əməl etməyən işəgötürənlər 500-1000 manat arasında cərimə oluna bilərlər.

Qeyd edək ki, ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Sputnik Azərbaycan-a açıqlamasında hava şəraiti ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, həftə ərzində ayrı-ayrı rayonlarda havanın maksimum temperaturunun 40 dərəcəyə yaxın, ayın 24-25-də isə ölkənin əsasən aran bölgələrində temperaturun 42-44 dərəcəyədək yüksəlməsi proqnozlaşdırılır.

Sutkalıq temperatur normadan xeyli yüksək olduğu üçün və anomal istilərlə əlaqədar açıq havada olanlar ehtiyatlı davranmalıdırlar. Xidmət rəisi deyib ki, onlara açıq havada kölgəli yerlərdə olmaları tövsiyə edilir: "Belə istilərdə günvurma və istivurma ehtimalı adətən yüksək olur", - deyə U.Tağıyeva bildirib.

0