CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan boksçusu Parisdə erməni rəqibinə qalib gəldi

© AFP 2023 / Yuri CORTEZLorenzo Sotomayor
Lorenzo Sotomayor - Sputnik Azərbaycan, 1920, 04.06.2021
Abunə olmaq
Azərbaycan boksçusunun çəki dərəcəsində ilk altı yeri tutacaq idmançılar Tokio-2020-yə lisenziya qazanacaqlar.

BAKI, 4 iyun — Sputnik. Azərbaycan boksçusu Lorenzo Sotomayor Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib.

Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016-nın gümüş medalçısı Sebastian Terteryanı (Danimarka) mübarizədən kənarlaşdırıb.

Boksçumuz Fransanın paytaxtı Parisdə keçirilən yarışda erməni əsilli rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.

Sotomayor yarışa ötən il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlayıb. O, koronavirus pandemiyası üzündən cəmi 3 gün davam edən turnirin 1/16 finalında Dmitri Qalaqota (Moldova) qalib gəlib. Yarış bu gün bərpa olunub. Lorenzonun çəki dərəcəsində ilk 6 yeri tutacaq idmançılar Tokio-2020-yə lisenziya qazanacaq.

O, 1/4 finalda belaruslu Aleksandr Radionov ilə döyüşəcək. Görüş iyunun 6-da olacaq.

Sotomayordan öncə rinqə çıxan Aynur Rzayeva (75 kq) isə Yelizaveta Vojçikə (Polşa) uduzub.

Qeyd edək ki, bu gün daha iki boksçumuz mübarizəyə qoşulacaq.

Eləcə də oxuyun:

  • Beynəlxalq federasiya Azərbaycan şirkətinə iri məbləğdə borc qaytarıb

  •  Avropa çempionatından son xəbərlər: çempionluğa sevindik, Rafaelə üzüldük

  •  Lənkəranlı boksçu qələbəsini Vətən Müharibəsi şəhidlərinə və qazilərinə həsr etdi

  • Tayson 25 milyonluq müqavilədən imtina elədi

Xəbər lenti
0