* AZƏRBAYCAN *
Bakıda Formula 1 üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş, 04 iyun 2021-ci il

Bakıda "Formula-1": Kral yarışlarının ilk gününün nəticələri

6102
(Yenilənib 16:01 06.06.2021)
Arif Rəhimov: "Bu möhtəşəm tədbiri dünyanın dörd bir yanına təqdim etməkdə bizə bütün əzmi, fədakarlığı və sevgisi ilə kömək edən Bakı Şəhər Halqasının bütün kollektivi ilə fəxr edirəm".

"Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb. "Red Bull" pilotu Serxio Peres finişə birinci çatıb. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Karlos Sayns üçüncü olub. "Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə 11-ci yerlə kifayətlənib.

Günün ilk yarısında gerçəkləşən birinci sərbəst yürüşdə Ferstappen bütün rəqiblərini qabaqlayaraq birinci olub.

İyunun 5-də "Formula 1"də üçüncü test yürüşü və sıralama turu, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.

Beləliklə, Azərbaycan Qran-prisində ilk günə yekun vurulub.

"Formula 1" üzrə Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.

***

16:30

"Formula 1" üzrə Azərbaycan Qran-prisində daha bir qəza baş verib. "Ferrari"dən Şarl Leklerin bolidi təhlükəsizlik maneəsinə çırpılıb.

O, avtomobili texniki baxışdan keçdikdən sonra mübarizəyə davam edib.

***

16:20

"Uilyams" komandasından Nikolas Latifi "Formula 1" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib. Pilotun bolidinin mühərrikində problem aşkarlanıb və o, trasda hərəkətsiz qalıb və ardınca qırmızı bayraq qaldırılıb.

Latifi yarışa davam edə bilməyib.

***

15:00

"Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb. "Hitech Grand Prix" komandasından Liam Louson bütün rəqiblərini qabaqlayaraq birinci olub.

Onun komanda yoldaşı Yuri Vips ikinci, "Prema Racing"də Oskar Piastri üçüncü yeri tutub.

Səhər saatlarında keçirilmiş sərbəst yürüşü Yuri Vips qazanıb.

Qeyd edək ki, iyunun 5-də "Formula 2"də iki sprint yarışı, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.

***

13:30

"Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başa çatıb. "Red Bull" pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayaraq birinci olub.

"Ferrari" pilotları Şarl Lekler və Karlos Sayns müqafiq olaraq 2-3-cü yerləri tutub.

"Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə 7-ci yerlə kifayətlənib.

Saat 16:00-da isə ikinci test yürüşü başlayacaq.

***

13:05

"Alpha Tauri"nin sürücüsü Yuki Tsunoda "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sərbəst yürüşündə uğursuzluqla üzləşib. 21 yaşlı sürücü 4-cü döngədə bolidə nəzarəti itirib.

Tsunodanın avtomobili sıx yerdən çıxarmaqda çətinlik çəkib. Sarı bayraq qaldırıldıqdan sonra sürücü həmin yerdən çıxmağa müvəffəq olub.

Ardınca isə "Mclaren"dən Lando Norris 16-cı döngədə qəza törədib. O da həmkarı kimi yarışa davam edib.

***

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib.

Sayca beşinci dəfə təşkil olunan yarışın birinci günündə "Formula 2"də sərbəst yürüş və sıralama turu, "Formula 1"də isə 2 sərbəst yürüş gerçəkləşəcək.

Qran-priyə "Formula 2" pilotlarının sərbəst yürüşləri ilə start veriləcək. Günün sonunda "Formula 1"də ikinci sərbəst yürüş başa çatmış olacaq.

İyunun 5-də "Formula-2"də sprint yarışları, həmçinin "Formula-1"də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.

İyunun 6-da ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Koronavirus pandemiyası səbəbindən Qran-prilərdə şou və əyləncə proqramları keçirilmir.

İlk 5 mərhələdən sonra "Red Bull"un sürücüsü Maks Ferstappen 105 xalla birinci, "Mercedes"dən Luis Hamilton 101 xalla ikinci pillədə qərarlaşıb. İlk "3-lüy"ü 56 xalla "McLaren"in pilotu Lando Norris qapayır.

Komanda hesabında da "Red Bull" 149 xalla bütün rəqiblərini qabaqlayıb. "Mercedes" 148 xalla ikinci, "McLaren" 80 xala üçüncü sırada yer alıb.

Azərbaycan Qran-prisinin proqramı
4 iyun
"Formula-2"
Saat. 10:25-11:10 - Sərbəst yürüş

"Formula-1"
Saat. 12:30-13:30 - I sərbəst yürüş

"Formula-2"
Saat. 14:30-15:00 – Sıralama turu

"Formula-1"
Saat. 16:00-17:00 - II sərbəst yürüş

5 iyun
"Formula-2"
Saat. 11:25-12:15 – Sprint yarışı

"Formula-1"
Saat. 13:00-14:00 - III sərbəst yürüş

"Formula-1"
Saat. 16:00-17:00 - Sıralama turu

"Formula-2"
Saat. 17:40-18:30 – Sprint yarışı

6 iyun

"Formula-2"
Saat. 12:45-13:50 - Əsas yarış

“Formula-1”
Saat. 14:10-14:50 – Pilotların təqdimatı
Saat. 15:44-15:46 – Dövlət Himni mərasimi
Saat. 16:00-18:00. Əsas yarış

Bakı trekində növbəti möhtəşəm yarışa şahid olacağıq

“Azərbaycana yenidən gəlməkdən və həmçinin Azərbaycan Avtomobil Federasiyasının və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin hər bir əməkdaşı ilə birlikdə işləməkdən çox məmnunam”.

Bunu Beynəlxalq Avtomobil Federasiyasının (FIA) “Formula-1” üzrə yarış direktoru və təhlükəsizlik nümayəndəsi Maykl Masi deyib.

Bu gün start götürəcək və 3 gün davam edəcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi öncəsi Bakı Şəhər Halqasına son dəfə baxış keçirən FİA rəsmisi trekin yarışa hazırlığını belə qiymətləndirib:

“Ümid edirəm ki, bu il biz Bakı trekində növbəti möhtəşəm yarışa şahid olacağıq. Bu tədbir aylar əvvəl başlanılan tikintidən cümə axşamı günü marşalların trekdə keçirəcəyi simulyasiya təlimlərinə qədər davam edən uzun müddət ərzində görülmüş böyük hazırlıqlar nəticəsində ərsəyə gəlib. Keçirdiyimiz baxış əsasında deyə bilərəm ki, Bakı Şəhər Halqası yarış üçün əla vəziyyətdədir”.

Qeyd edək ki, builki yarış koronavirus pandemiyası səbəbindən bağlı qapılar arxasında keçiriləcək.

“Formula-1” Azərbaycan Qran-prisində hər zaman gözlənilməzi gözləməlisiniz"

“Formula-1” ictimaiyyətini həftəsonu Azərbaycanda qarşılamağa hazır olduğumuzu bildirməkdən olduqca məmnunuq”.

Bunu Bakı Şəhər Halqasının (BŞH) icraçı direktoru Arif Rəhimov deyib.

Yarışla bağlı düşüncələrini bölüşən Rəhimov bildirib ki, sürprizlər qaçılmazdır:

“Bu möhtəşəm tədbiri dünyanın dörd bir yanına təqdim etməkdə bizə bütün əzmi, fədakarlığı və sevgisi ilə kömək edən Bakı Şəhər Halqasının bütün kollektivi ilə fəxr edirəm. “Formula-1” bolidlərinin gözəl trekimizdəki gərgin mübarizəsinə şahid olduğumuz sonuncu yarışdan çox vaxt keçib və mən bu həftəsonunda sürücülərin qarşısına hansı sürprizlərin çıxacağını görmək üçün səbirsizlənirəm. Bir şey dəqiqdir: söhbət “Formula-1” Azərbaycan Qran-prisinə gəldikdə, hər zaman gözlənilməzi gözləməlisiniz!”

Yarış trasına yaxın mənzillərə və balkonlara tələbat nə qədər artıb

"Formula-1" Azərbaycan Qran Prisinin keçirilməsi son illər Bakı yarış trasının perimetri boyunca yerləşən mənzillərə tələbatın artmasına səbəb olub. Bu barədə Rieltorlar və Tikinti Şirkətləri Assosiasiyasının direktoru Elnur Azadov Sputnik Azərbaycan-ın idman şərhçisi Teymur Tuşiyevə müsahibəsində bildirib.

Bu il Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran Prisinin tamaşaçısız baş tutacağını nəzərə alsaq, paytaxtımızın küçələrində yarışacaq avtomobilləri canlı şəkildə necə izləmək məsələsi bir az da aktuallaşır. Belə çıxır ki, bu "kral yarışları"nı canlı izləməyin yeganə yolu Bakı yarış trasına baxan mənzilə sahib olmaqdır.

Azadovun sözlərinə görə, Bakı Şəhər Halqasının perimetri boyunca yerləşən mənzillərə tələb əvvəlki kimi yüksək deyil.

"2016-cı ildə Bakıda birinci "Formula-1" yarışı keçiriləndə yerli sakinlər yarış günlərində orada mənzil almaq və ya kirayəyə götürmək barədə düşünmürdülər. Ancaq 2017-ci ildən başlayaraq paytaxtda bu cür mənzillərə tələb tədricən artmağa başladı", – deyə Azadov qeyd edib.

Tələbatla yanaşı, həmin evlərin qiyməti də artıb.

"Əgər ilk illərdə bu cür mənzillərin kirayəsi gündəlik 50 dollara (85 manat - red.) başa gəlirdisə, 2019-cu ildə icarə qiymətləri üç dəfə artdı. Buna səbəb magistrala baxan mənzillərin sayının az olması idi. Bundan başqa, yarış trası şəhərin mərkəzi küçələrindən keçir, oradakı mənzillərin sayı isə dəyişməz qalır. Amma yarışa olan maraq və pul qazanmaq istəyi ilbəil artır", – deyə Azadov vurğulayıb.

Hətta ötən illərdə bütünlüklə mənzilin deyil, yalnız "Formula-1" yarışlarını izləməyə imkan verən balkonun icarəyə götürülməsi halları da qeydə alınıb. Özü də çay, sərinləşdirici içkilər, pulsuz internet və s. kimi xidmətlərlə bir yerdə.

"Formula-1" Bakıda mənzillərin qiymətini artırdı

Yeri gəlmişkən, "Formula 1" trasına yaxınlıq mənzil sahiblərinə satış qiymətlərini qaldırmaq üçün fürsət yaradıb.

"Bu cür mənzillərin qiymətləri bazardakı orta qiymətlərdən təxminən 5-10% yüksəkdir. Düzdür, şəhərin mərkəzindəki mənzillər həddən artıq bahalı olduğundan, təkliflər bir o qədər də çox deyil. Şəhərin mərkəzində kirayə mənzillərə olan tələb satın alınan mənzillərə tələbatdan daha yüksəkdir", – deyə ekspert bildirib.

Onun sözlərinə görə, köhnə mənzil fondunun bir kvadratmetrinin qiyməti 2,6 min manat və daha yüksəkdir, "Formula 1" magistralına baxan mənzillərin kvadratmetri isə üç min manatdan başlayır. Şəhərin mərkəzində yeni tikilən binaların kvadratmetrinin qiyməti isə dörd min manatdan yuxarıdır.

"Evlərin kateqoriyasını da nəzərə almaq vacibdir, çünki Bakıda belə evlər, əsasən, neft bumu dövründə (XX əsrin əvvəlləri) tikilməyə başlanıb. Evi hansı xeyriyyəçinin inşa etdirdiyi də bu məsələdə müəyyən qədər rol oynayır. Evin tarixi, forması da qiymətə təsir göstərir", – deyə ekspert vurğulayıb.

"Formula 1"- 2021 Azərbaycan Qran Prisi

"Formula 1"- 2021 Azərbaycan Qran Prisi 4-6 iyun tarixlərində keçiriləcək. "Formula 1" yarışları 2016-cı ildən bəri Bakıda keçirilir. Bununla belə, "kral yarışları"nın ilk Bakı mərhələsi "Avropa Qran Prisi" adlanırdı və ikiqat dünya çempionu Fernando Alonso onun ulduz-səfiri idi. 2017-ci ildən isə Bakı yarışı Azərbaycan Qran Prisi adını alıb. Elə həmin il Bakıda keçirilən "Formula-1" mövsümün ən həyəcanlı yarışı kimi qəbul edilib.

Keçən il Azərbaycan Qran Prisinin təşkilatçıları, "Baku City Circuit" əməliyyat şirkəti koronavirus pandemiyası səbəbindən yarışı ləğv etmək məcburiyyətində qaldı. Bununla əlaqədar olaraq "kral yarışları"nın Bakıda keçirilməsi daha bir il, 2024-cü ilə qədər uzadıldı. Eyni səbəbdən bu il "Formula 1"-in Bakı mərhələsi tamaşaçısız baş tutacaq.

Eləcə də oxuyun:

  • "Formula 1" üzrə Azərbaycan Qran-prisinin cədvəli: onlayn necə baxmaq olar

  • "Formula-1"in Azərbaycan Qran Prisi: Final günündə ilk qalib bəllidir

  • Bakıda "Formula-1"də məzəli anlar: qarğa marşallı "tərlətdi" - VİDEO

  •  DYP-dən "Formula 1"lə bağlı növbəti xəbərdarlıq

  • Günter Ştayner: Bakı yürüşlərin keçirilməsi üçün gözəl yerdir

  •  Bu yollarda hərəkət məhdudlaşdırılır

6102
Mövzu:
Bakının son xəbərləri (53)
Bakı Olimpiya Stadionu, arxiv şəkli

Bakıda keçiriləcək AVRO-2020 1/4 final qarşılaşmasında kimlər oynayacaq

841
(Yenilənib 14:29 24.06.2021)
Qrup mərhələsində Bakı Olimiya stadionunda iki oyun keçirmiş futbol üzrə Uels millisi 1/4 finalda yenidən Azərbaycan paytaxtına gələ bilər.

BAKI, 24 iyun — Sputnik. 2020-ci il Avropa çempionatının qrup mərhələsi başa çatdıqdan sonra həmçinin Bakıda dörddə bir finalda oynaya biləcək yığma komandalar müəyyən olunub. Sputnik Azərbaycan xəbər verir ki, Bakı Olimpiya stadionunda iyulun 3-də keçiriləcək oyunda Uels-Danimarka və Niderland-Çexiya 1/8 final cütlüklərinin qalibləri qarşılaşa bilərlər.

Beləliklə, əgər Uels yığması Danimarka yığmasına 1/8 finalda qalib gələrsə, o zaman "A" qrupunda iki oyun keçirdiyi və qrup ikincisi olduğu Bakıya qayıda bilər.

Qeyd edək ki, Danimarka millisi pley-off mərhələsinə "B" qrupunda üçüncü yerdən vəsiqə qazanıb.

Öz növbəsində Niderland yığması "C" qrupunda bütün qarşılaşmaları qalibiyyətlə başa vuraraq birinci olub. Çexiya yığması isə pley-off mərhələsinə "D" qrupunda üçüncü yerdən yüksəlib.

Uels və Danimarka yığmaları arasında AVRO-2020 1/8 final qarşılaşması iyunun 26-da Amsterdamda, Niderland-Çexiya qarşılaşması isə iyunun 27-də Budapeştdə keçiriləcək.

1/8 finalın qalan oyunlarının qrafiki isə aşağıdakı kimidir:

İtaliya-Avstriya (26 iyun), Belçika – Portuqaliya (27 iyun), Xorvatiya – İspaniya (28 iyun), Fransa – İsveçrə (28 iyun), İngiltərə – Almaniya (29 iyun), İsveç – Ukrayna (29 iyun).

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya Stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq keçirilib. Bundan əlavə, iyulun 3-də isə burada AVRO-2020 1/4 final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

Eləcə də oxuyun:

  • Ronaldu yığma komandaların heyətində vurulan qollara görə dünya rekordunu təkrarladı

  • AVRO-2020-nin 1/8 finalının bütün cütlükləri məlum olub

  • İspanlar slovakları darmadağın edərək AVRO-2020 pley-off mərhələsinə adladılar

841
Teqlər:
Bakı, 1/4 final, AVRO-2020
AVRO-2020-nin emblemi

AVRO-2020-nin 1/8 finalının bütün cütlükləri məlum olub

3610
(Yenilənib 10:32 24.06.2021)
Futbol üzrə Avropa çempionatının pley-off mərhələsinin birinci raundu şənbə günü, iyunun 26-da start götürür.

11 şəhərdə keçirilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin bütün qarşılaşmaları məlum olub.

İyunun 23-də AVRO-2020-nin qrup mərhələsi başa çatıb. 1/8 final Amsterdamda Danimarka-Uels və Londonda İtaliya-Avstriya oyunları ilə start götürür.

Avropa çempionatının 1/8 finalının digər cütlükləri belədir:

27 iyun

Niderland - Çexiya (Budapeşt)

Belçika - Portuqaliya (Sevilya)

28 iyun

Xorvatiya - İspaniya (Kopenhagen)

Fransa - İsveçrə (Buxarest)

29 iyun

İngiltərə - Almaniya (London)

İsveç - Ukrayna (Qlazqo)

3610
Suqovuşan, arxiv şəkli

Bir qrup hərbçimiz "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olundu

21232
Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş hərbçilərimiz təltif edildilər

BAKI, 24 iyun - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Onların siyahısı ilə bu linkdən tanış olmaq mümkündür. 

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ savaşında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 11-dək dəfn edilən 2841 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim edib.

44 günlük müharibədə xəsarət alan bütün qazilərin müalicə və reabilitasiyası Prezidentin göstərişi ilə dövlət tərəfindən gerçəkləşdirilir.

Dirçəliş

Müharibədən sonra işğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı, müxtəlif xarici şirkətlər də dəvət alıb. Qarabağda "ağıllı" şəhər və kənd sistemləri olacaq. Bərpa zamanı ən yeni texnologiyalardan istifadə ediləcək.

Füzulidə beynəlxalq aeroportun tikilməsinə start verilib. Prezident İlham Əliyevin sözlərinə görə, ya Laçın, ya Kəlbəcərdə ikinci beynəlxalq hava limanı inşa ediləcək. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub və orada 30 illik fasilədən sonra "Xarı-bülbül" festivalı keçirilib. 

---------------

29.12.2021

12:19

Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilirlər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Təltif olunmuş hərbçilərimizin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz. 

21232
Teqlər:
Azərbaycan Ordusu, hərbçilər, Azərbaycan, Qarabağ, medal, Suqovuşan