AVRO-2020: Azərbaycana gələcək azarkeşlər karantinə alınmayacaq

2287
(Yenilənib 11:24 02.06.2021)
Azarkeşlər ölkəyə daxil olarkən sərhəddə bileti və koronavirus testinin mənfi nəticə göstərdiyini təsdiqləyən sənədi göstərməlidir. Stadiona giriş üçün əlavə testə ehtiyac olmayacaq.

BAKI, 2 iyun - Sputnik. Azərbaycanda keçiriləcək AVRO-2020-nin qrup oyunlarına gələcək azarkeşlər koronavirus pandemiyası səbəbindən karantinə alınmayacaq.

Apasport xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

Qurum öz komandalarını dəstəkləmək üçün Bakıya gələcək qonaqların karantindən azad edildiyini açıqlayıb. Türkiyə, İsveçrə və Böyük Britaniyadan olan bilet sahibləri, həmçinin 1/4 final iştirakçılarının azarkeşləri vizaları Bakıya çatarkən hava limanında əldə edəcək. Onlar bu sənədi onlayn şəkildə də ala bilərlər. Standart vizalar onlayn rejimdə üç iş gününə alınırsa, bunu təcili şəkildə 3-5 saata həll etmək olacaq.

Bütün azarkeşlərə müvafiq qaydalara əməl etmək tövsiyə olunacaq. Azarkeşlər ölkəyə daxil olarkən sərhəddə bileti və koronavirus testinin mənfi nəticə göstərdiyini təsdiqləyən sənədi göstərməlidir. Stadiona giriş üçün əlavə testə ehtiyac olmayacaq.

Koronavirus pandemiyası nəzərə alınaraq Bakıda fanzonalar təşkil edilməyəcək. Bu, insanların bir yerə toplaşmaması üçündür.

Qeyd edək ki, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. 12 iyunda Uels – İsveçrə (saat 17:00-da), 16 iyunda Türkiyə - Uels (saat 20:00), 20 iyunda Türkiyə - İsveçrə (saat 20:00) görüşləri təşkil olunacaq. 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək.

2287

Vladimir Petkoviç: Bakıda keçiriləcək oyun İsveçrə yığması üçün həlledici olacaq

10
(Yenilənib 08:46 20.06.2021)
Futbol üzrə İsveçrə yığmasının baş məşqçisi AVRO-2020 çərçivəsində Türkiyə komandasına qarşı növbəti oyun barədə fikirlərini bildirib

BAKI, 20 iyun — Sputnik. Türkiyə və İsveçrə milli komandaları arasında Bakıda keçiriləcək oyun hər iki komanda üçün həlledici qarşılaşma olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu oyundan əvvəl keçirilən mətbuat konfransında İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç deyib.

Bazar günü, iyunun 20-də Bakı Olimpiya stadionunda AVRO-2020 qrup mərhələsinin üçüncü turunda Türkiyə və İsveçrə yığmaları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

Türkiyə millisi iki turdan sonra xalsızdır, isveçrəlilərin isə iki oyundan sonra 1 xalı var.

Petkoviç onu da deyib ki, onun yetirmələri bazar günü AVRO-2020-dkə ən yaxşı oyunlarını keçirməlidirlər.

"Sabah biz Uels və İtaliya ilə oynadığımızdan xeyli yaxşı oynamalıyıq. Qələbə çalmaq üçün xeyli səy göstərməli olacağıq. Ancaq bu halda bizim qrup mərhələsini adlamaq şansımız olacaq", - deyə Petkoviç bildirib.

Mütəxəssis sabahkı oyunu həmçinin pley-off oyunları ilə müqayisə edib – uğursuz oynayan komanda turnirlə vidalaşacaq.

"Bu, çox vacib oyundur və bizim AVRO-2020-də mübarizəni davam etdirəcəyimiz, yaxud evə yollanacağımız həll olunacaq. Tribunalarda 30 min tamaşaçının olacağını gözləyirik və bu bizim üçün mənfi amildir. Amma yenə də yaxşı oyun göstərməyə çalışacağıq", - deyə Petkoviç vurğulayıb.

Komandasının heyətində dəyişikliklərə gəlincə məşqçi hələ bununla bağlı bir qərarının olmadığını dilə gətirib.

"İstisna deyil ki, komandanın heyətində dəyşikliklər olacaq, lakin mən hansı zonada və hansı dəyişikliklər ediləcəyi barədə bir qərara gəlməmişəm. Cabah tezdən oyanaram, sonra baxıb bir qərara gələrəm", -deyə Petkoviç bildirib.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1) və iyunun 16-da Türkiyə-Uels (0:2) oyunları artıq keçirilib. Bundan əlavə qarşıda İsveçrə-Türkiyə (20 iyun) qarşılaşması var. İyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

10

Bakıda sonuncu məşq: Türkiyə millisi İsveçrə ilə oyundan əvvəl

28
Futbol üzrə Türkiyə yığması AVRO-2020-nin qrup mərhələsinin üçüncü turunun İsveçrə ilə görüşündən əvvəl sonuncu məşqini keçirib.

Türkiyə komandası hazırkı Avropa çempionatında indiyədək keçirdiyi iki oyunun ikisində də İtaliya (0:3) və Uels (0:2) yığmalarına uduzub. Qrupdan çıxmaq şanslarını qorumaq üçün o bazar günü Bakıda keçiriləcək qarşıalşmada mütləq qalib gəlməlidir və böyük hesabla qalib gəlsə daha yaxşı olar.

Xatırladaq ki, Bakı Olimpiya stadionu AVRO-2020-nin dörd oyununu qəbul etməlidir. Onlardan ikisi artıq keçirilib - A qrupunda İsveçrə - Uels və Uels - Türkiyə oyunları. İsveçrə - Türkiyə oyunu isə iyunun 20-də olmalıdır.

Həmçinin iyulun 3-də Bakıda 1/4 final oyunlarından biri keçirilməlidir.

28
  • © Sputnik / Murad Orujov

    Тренировка сборной Турции в Баку перед матчем группового этапа чемпионата Европы по футболу 2020.

İsveçrə -Türkiyə matçından göz oxşayan görüntülər

0
(Yenilənib 23:54 20.06.2021)
İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.

Futbol üzrə Türkiyə millisi AVRO-2020-də üçüncü oyunda da məğlub olaraq mübarizəni dayandırdı. Qrup mərhələsinin üçüncü turunda Şenol Günəçin yetirmələri Bakı Olimpiya stadionunda İsveçrə millisinə məğlub olublar.

Birinci hissədə isveçrəlilər artıq 6-cı dəqiqədə Türkiyə millisini oyuna mərkəzdən başlamağa məcbur edib. Xaris Seferoviç rəqib komandanın qapısına yol tapıb. İyirmi dəqiqə sonra Cerdan Şakiri hesabı 2:0-a çatdırıb. Oyunun 62-ci dəqiqəsində Türkiyə millisi İrfan Can Kahvecinin sayəsində oyunda və birincilikdə yeganə qolunu vurmağa mevəffəq olub. Bundan dörd dəqiqə sonra isə Şakiri ikinci qolunu vuraraq hesabı 3:1-ə çatdırıb.

Sputnik Azərbaycan-ın fotomüxbiri bu matçın unudulmaz anlarını fotokamerasının yaddaşına köçürüb. Həmin fotoların bir hissəsi bizim fotolentdə.

0
  • © Sputnik / Murad Orujov

    İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.