Qarabağın baş məşqçisi Qurban Qurbanov

Qurban Qurbanov paltardəyişmə otağında futbolçulara deyib?

19
(Yenilənib 00:22 20.05.2021)
"Qarabağ"ın baş məşqçisi: Bizim üçün çox gərgin il oldu. Avropa Liqasının pley-off oyunu vaxtı ölkəmizdə müharibə gedirdi. Mənim həmin gecə nələr keçirdiyimi Allah bilir".

BAKI, 20 may - Sputnik. "Rəqibi təbrik edirəm. Çempionluq üçün istəkli idilər və bu il nail oldular. Futbolçularımı yaxşı oyuna görə təbrik edirəm".

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə səfərdə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

O, məğlubiyyətə konkret səbəb görmədiyini bildirib: "Bu gün müdafiə futbolu sərgiləyə bilərdik. Sadəcə, biz oyunun gedişatında uyğun qərarlar verdik. İlk yarıda Patrik Andradeni, ikinci hissədə isə Mahir Emrelini itirdik. Üçüncü hücumçunu meydana buraxdıq. Rahil Məmmədov da oyunun gedişatına uyğun əvəzləmə idi. Buraxdığımız qol anında Rahil yox, başqa futbolçu da orada ola bilərdi".

49 yaşlı mütəxəssis komandasının istədiyi, amma verilməyən penalti epizodları barədə də danışıb:

"Kimə nə cür sərf edirsə, elə də deyə bilər. Birinci epizodda penalti olduğu görünür. Amma özümə haqq qazandırmaq istəmirəm. Mənim fikrimcə, var idi, mənə belə sərf edir. Samir Abbasovun fikrincə, yox idi, ona elə sərf edir (gülür)".

Qurbanov 7 mövsümdən sonra çempionluğu əldən vermələrinə rəğmən, ruhdan düşməli olmamağın gərəkliyini söyləyib: "Ümumi baxanda görünən odur ki, rəqibin bizdən 9 xal alması həlledici oldu. Tofiq Bəhramov adına Respublika Stadionunda 1:2 hesabı ilə uduzduğumuz oyun möcüzə kimi idi. Hər şey bir yuxu kimi oldu. Faciəvi bir oyun idi və maraqlı ssenari alındı. Daha da ürəkli olmalıyıq və ruhdan düşməli deyilik".

Baş məşqçi komandasının illərdir əziyyət çəkdiyini bildirib: "Mən həmişə ümumi işi götürürəm. Onlar neçə illərdir əziyyət çəkirlər. Milli komandada, avrokuboklarda və çempionatda çox oyuna çıxırlar. Uğur əldə ediləndə futbolçulardan növbəti uğur istənilir. Neçə illərdir əziyyət çəkirik, daim çalışırıq ki, komandanı tempdə saxlayaq".

Qurbanov 2021/2022 mövsümündə çıxış edəcəkləri UEFA Konfrans Liqası haqqında bunları söyləyib: "Bizim kimi, orada da çempionatlarında məğlub olanlar iştirak edəcək. Maraqlı turnir olacaq. Hazırda oyunçulara istirahət lazımdır. Konfrans liqası yeni turnirdir. Komandamızın istirahətə çox ehtiyacı var. Çalışacağıq ki, Konfrans Liqasında maksimumu edək".

Təcrübəli mütəxəssis artıq özünü daha rahat hiss etdiyini söyləyib. "Torpaqlarımız işğaldan azad olunub. İndi özümü klubda daha rahat hiss edirəm. Daha əvvəl daim qorxu və həyəcan var idi. Düşündüklərimi tam yerinə yetirə bilmirdim. Əvvəl məndə gərginlik daha çox idi, nəinki indi. İndi daha ürəkli oynamaq istəyirəm" deyən baş məşqçinin fikrincə, torpaqlarımızın qayıtması özü-özlüyündə böyük qalibiyyətdir:

"Hər zaman legionerlərə bu barədə məlumat verirdik. Hər bir azarkeş gözləyir ki, komandaları çempion olsun. Bu gün bazadan çıxanda xeyli fanat var idi. Sadəcə, onlara görə təəssüflənirəm. Son iki ildə komandadan çox futbolçu gedib. Onların yerini doldurmaq asan deyil. Bu gün "Barselona" da 4-5 futbolçunun yerinə oyunçu tapa bilmir".

Qurbanov onu da vurğulayıb ki, işğaldan azad olunmuş Ağdamda oynamaq fikri daim olsa da, ora getmək üçün hələlik tezdir: "Hazırda bərpa və tikinti işləri gedir. Gözləməliyik. Daim oraya getmək hazırıq. İmarət stadionuna oyunçular getmişdi, mən isə müəyyən səbəblərdən gedə bilmədim".

O, 2020/2021 mövsümünün karyerasının çətin ili adlandırılması fikri ilə razılaşmayıb. Bununla belə, baş məşqçi mövsümün problemlərlə müşayiət olunduğunu etiraf edib:

"İnsan daim sağlam ola bilməz. Bu il çox problemli oldu. 3-4 tur əvvəl sevindim ki, futbolçularımızın hamısı geri qayıdır. Amma Filip Ozobiç və Şahruddin Məhəmmədəliyev zədələndi. Bu gün isə daha iki oyunçunu itirdik. Bizim üçün çox gərgin il oldu. Avropa Liqasının pley-off oyunu vaxtı ölkəmizdə müharibə gedirdi. Mənim həmin gecə nələr keçirdiyimi Allah bilir. Yenə də şükürlər olsun ki, uğur əldə etdik. Biz belə gərgin oyunlarda İsmayıl İbrahimliyə və Elvin Cəfərquliyevə güvəndik. Çempionluğu itirdik, amma çox şey qazandıq. Çempionluq üçün hər şeyi etməyə çalışdıq. Amma il boyu, mövsüm ərzində əlimizdən gələni etdik".

"Paltardəyişmə otağında futbolçulara ilk sözüm o oldu ki, məğlub olmağı bacarmalıyıq. Hamımız bilirik ki, hər bir komanda bizə qarşı istəklidir. Bu il ən çox topa sahib olduğumuz, qol epizodu yaratdığımız və oyun sayına görə ən çox fərqləndiyimiz mövsüm oldu", - deyə baş məşqçi əlavə edib. 

19
Teqlər:
Qarabağ futbolçuları, Qurban Qurbanov, Qurban Qurbanov, qurban

Baş məşqçi: Türkiyə millisi AVRO-2020-nin pley-off mərələsinə çıxmağa ümid edir

13
Futbol üzrə Türkiyə yığmasının baş məşqçisi Avropa çümpionatının qrup mərhələsində İsveçrə komandası ilə oyundan gözləntiləri ilə bölüşüb

BAKI, 19 iyun — Sputnik. Futbol üzrə Türkiyə millisi qrupda üçüncü yeri tutaraq Avropa çümpionatının pley-of mərhələsinə çıxmağa ümid edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş oyundan əvvəlki mətbuat konfransında deyib.

Bazar günü, iyunun 20-də Bakı Olimpiya stadionunda Avropa çümpionatının qrup mərhələsinin üçüncü turunda Türkiyə və İsveçrə yıığmaları üz-üzə gələcək.

"A" qrupundakı əvvəlki iki oyunda Türkiyə komandası İtaliya (0:3) və Uels (0:2) komandalarına məğlub olub, isveçrəlilər isə uelslilərlə heç-heçə oynayaraq (1:1) italyanlara məğlub olublar (0:3).

Günəş bildirib ki, Uels yığması ilə əvvəlki oyunda onun yetirmələri özünə inamı itiriblər.

"Əvvəlki iki oyun bizim üçün çox mürəkkəb oldu. Uels komandası ilə oyunda biz özümüzə inamı itirdik. Bizdən çox şey gözlənildiyini bilirdik, lakin komandamız gəncdir və bu oyunçulara təsir etdi. İndi biz çətin vəziyyətdəyik", - deyə o bildirib.

Mütəxəssis onu da deyib ki, komandanın oyununda həm oyunçuların texnikası cəhətdən, həm də taktiki hazırlıqda problemlər var. Lakin, özünün də dəfələrlə dediyi kimi, Günəş öz ünvanına və komandanın ünvanına səslənən tənqidə normal yanaşır.

"Çoxları bizim çıxışımızdan narazıdır, biz də narazıyıq. Hər kəsin fikir yürütmək haqqı var, bu normaldır, biz tənqidi qəbul edirik və o əsassız deyil. Biz həqiqətən çoxlu səhvlər edirik, xüsusilə də yarımmüdafiədə. Elə bu zonada komandanı heyətində dəyişikliklərin olacağı istisna deyil", - deyə Günəş bildirib.

Bütün bunlara baxmayaraq, Türkiyə millisi qrup mərhələsində üçüncü yer tutmuş komandalardan dörd komandadan biri olmaq və 1/8 finala çıxmağa ümid edir.

"Kağız üzərində İsveçrə komandasının daha çox qələbə şansı ola bilər. Lakin Uels də reytinqdə aşağıda idi, indi bu komanda həm bizdən, həm də isveçrəlilərdən yüksəkdədir. Lap əvvəldən düşünülürdü ki, İsveçrə və Türkiyə milliləri qrupda ikinci yer uğrunda oynayacaqlar, indi isə ikinci yerə ancaq isveçrəlilər çıxa bilərlər. Biz isə ancaq üçüncü yer uğrunda mübarizə apara və üçüncü yer tutmuş ən yaxşı dörd komandadan biri olaraq pley-off mərhələsinə çıxmağa ümid edə bilərik", - deyə Günəş əlavə edib.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1) və iyunun 16-da Türkiyə-Uels (0:2) oyunları artıq keçirilib. Bundan əlavə qarşıda İsveçrə-Türkiyə (20 iyun) qarşılaşması var. İyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

13
Вратарь сборной Швейцарии Ян Соммер.

İsveçrənin qapıçısı Sommer qızı doğulduqdan sonra komandaya qayıdıb

8
İsveçrə yığması bazar günü Bakıda AVRO-2020-nin qrup mərhələsinin üçüncü turunda Türkiyə millisi ilə qarşılaşacaq.

Futbol üzrə İsveçrə yığmasının qapıçısı Yan Sommer komandasının həyat yoldaşının dünyaya uşaq gətirməsi ilə bağlı aralaşdığı qərargahına qayıdıb.

İsveçrə yığması bazar günü Avropa çempionatının qrup mərhələsinin son oyununa çıxacaq. Türkiyə millisi ilə keçiriəcək bu görüşdə isveçrəlilərə pley-offa çıxmaq üçün mütləq qələbə lazımdır.

"Bu çox emosional idi. Mən İtaliya ilə oyundan dərhal sonra hava limanına gəldim və həyat yoldaşımla qızımı qucağıma götürə bildim. Cümə axşamı bütün günü ailəmlə bir yerdə keçirdim, qızlarımız ilk dəfə olaraq görüşdülər. Sonra Romaya tamamilə başqa, pozitiv əhval-ruhiyyədə qayıtdım. Bu sabah bizə Türkiyə ilə oyunda kömək edəcək", – deyə Sommer mətbuat konfransında bildirib.

"Əlbəttə, istərdim ki, vaxtında doğuş zamanı gedib çatım. Lakin mənim xanımım çox güclü qadındır. O son bir neçə həftə tək olub. Onunla çox fəxr edirəm və əlbəttə, indi eyforiya üstünlük təkil edir. Mən bir ailə başçısı və futbolçu olaraq özüm üçün böyük fərq qoyuram. Əlbəttə, İtaliyadakı oyundan sonra məyus olmuşdum, sonra eyforiyaya qapıldım. İndi isə biz yenidən komandadayıq və oyuna hazırlaşırıq", – futbolçu əlavə edib.

 

8
 S7 Airlines aviaşirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Mahaçqaladan Bakıya birbaşa aviareys olacaq

73
S7 Airlines aviaşirkəti Dağıstan Respublikasından Azərbaycana ilk uçuşunu iyulun 4-də həyata keçirəcək.

 

BAKI, 19 iyun — Sputnik. İyulun 4-dən etibarən Mahaçqala ilə Bakını birbaşa aviareys bağlayacaq. Mahaçqala hava limanının mətbuat xidmətindən bildirildiyinə görə, biletlər artıq satışdadır.

Mahaçqaladan Bakıya ilk uçuş iyulun 4-ü Bakı vaxtı ilə 02:05-ə S7 Airlines aviaşirkətinin təyyarəsi ilə həyata keçirilməlidir.

Boeing 737-800 176 sərnişin tutur. Azərbaycan paytaxtına reyslər hər həftə şənbədən bazara keçən gecə həyata keçiriləcək.

Azərbaycana gələn bütün 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

S7 aviaşirkəti iyunun 15-dən Samaradan Bakıya aviareyslər həyata keçirir.

Həmçinin aviaşirkət iyunun 23-dən Krasnoyarsk-Bakı-Krasnoyarsk marşrutu üzrə uçuşlar həyata keçirəcəklər.

Azərbaycanda fvqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

73