Bakı Olimpiya Stadionu, arxiv şəkli

Britaniya hakimiyyəti Uels azarkeşlərinə: AVRO-2020-nin Bakı Roma oyunlarına getməyin

949
(Yenilənib 12:40 18.05.2021)
Böyük Britaniya Xarici İşlər Nazirliyi Azərbaycanı COVID-19-a yoluxma riskinin yüksək olması səbəbindən səfər edilməsi tövsiyə olunmayan ölkələrin siyahısına salıb.

BAKI, 18 may — Sputnik. Böyük Britaniyanın hakimiyyət dairələri Uels komandasının azarkeşlərinə Bakıda və Romada keçiriləcək Avropa çempionatı oyunlarına getməməyi tövsiyə edib. Bu barədə Uels Futbol Assosiasiyasının (FAW) rəsmi saytında məlumat yerləşdirilib.

AVRO-2020-də A qrupunda oynayan Uels millisi 12 və 16 iyun tarixlərində Azərbaycanın paytaxtında İsveçrə və Türkiyə, iyunun 20-də isə Romada İtaliya millisinə qarşı mübarizə aparacaq.

Xəbər verildiyi kimi, Böyük Britaniya Xarici İşlər Nazirliyi koronavirus pandemiyası ilə əlaqədar səfər edilməsi tövsiyə olunan və olunmayan ölkələrin reytinq cədvəlini tərtib edib. Azərbaycan və İtaliya koronavirusa yoluxma riski böyük olan ölkələrin siyahısına salınıb.

Sözügedən qərarlar tövsiyə xarakteri daşısa da, FAW azarkeşlərdən AVRO-2020 oyunlarını izləməyə getməkdən çəkinməyə çağırıb.

Xatırdaq ki, Bakı aprel ayında digər ölkələrdən gələn azarkeşləri qəbul etməyə hazır olduğunu təsdiqləyən AVRO-2020-nin azsaylı ev sahibi şəhərləri sırasında yer almışdı. Bakı ilə yanaşı, Sankt-Peterburq və Budapeşt də xarici azarkeşləri qəbul etməyə hazır olduğunu bildirmişdi.

 

949

Çempionlar Liqasının püşkü atıldı, Bakı klubunun rəqibi bilindi

8
(Yenilənib 14:35 15.06.2021)
İyunun 16-da isə Çempionlar Liqası və Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq. Ölkəmizin 4 komandası rəqiblərini tanıyacaq.

BAKI, 15 iyun - Sputnik. Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

Sputnik Azərbaycan apasport.az-a istinadən bildirir ki, Bakının “Neftçi” klubunun avrokubok mövsümündəki ilk rəqibi müəyyənləşib.

Paytaxt təmsilçisi “Dinamo” (Tbilisi, Gürcüstan) ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 6-7-də, cavab görüşü 13-14-də keçiriləcək. “Neftçi” mövsümə səfərdə başlayacaq.

Qeyd edək ki, sabah Çempionlar Liqası və Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq. “Neftçi”nin hər iki turnirdəki mümkün rəqibləri, həmçinin qitənin 3-cü dərəcəli klub turnirində ilk raunddan azad olan “Keşlə”, “Qarabağ” və “Sumqayıt”ın qarşılaşacağı komandalar bilinəcək.

Eləcə də oxuyun:

  • AVRO-2020: İspaniya və İsveç arasında çempionatın ilk qolsuz heç-heçəsi qeydə alındı

  • Uels yığmasının oyunçusu: Bakıda bizi Türkiyə yığmasına qarşı çətin oyun gözləyir

  • Azərbaycanı avrokuboklarda yenə bu klublar təmsil edəcək

8
Teqlər:
rəqib, püşkatma, Neftçi, Çempionlar Liqası
Нападающий сборной Швеции Александер Исак

AVRO-2020: İspaniya İsveç arasında çempionatın ilk qolsuz heç-heçəsi qeydə alındı

391
(Yenilənib 01:10 15.06.2021)
Futbol üzrə Avropa çempionatında E qrupunda ilk turdan sonra birinci yerə gözlənilmədən Slovakiya millisi çıxıb.

BAKI, 15 iyun - Sputnik. AVRO-2020-də E qrupunda ilk görüşünə çıxan İspaniya yığması öz meydanında İsveçlə qarşılaşıb.

Sevilyadakı Olimpiya Stadionunda təşkil olunmuş görüş heç-heçə ilə yekunlaşıb - 0:0. Bu, AVRO-2020-də yeganə qolsuz matç olub.

Oyuna 10 559 azarkeş canlı baxıb.

Noyabrın 25-də 19 yaşı tamam olacaq İspaniya yığmasının yarımmüdafiəçisi Pedri milli komandasının heyətində Avropa çempionatında oynamış ən gənc futbolçu olub.

E qrupunda turun digər görüşündə Slovakiya Polşanı 2:1 hesabı ilə məğlub edib.

İspaniya yığması Avropa çempionatının növbəti oyununda iyunun 19-da Sevilyada Polşa yığması ilə qarşılaşacaq. İsveç millisi iyunun 18-də Sankt-Peterburqda slovaklarla oynayacaq.

391

Lənkərana böyük futbolun qayıtması

0
(Yenilənib 16:11 14.06.2021)
Lənkəranlı azarkeşlər Sputnik Azərbaycan-ın “Lənkərana böyük futbolun qayıdışı və ya "Xəzər Lənkəran"ın bərpası” ilə bağlı sualını cavablandırıblar. Ətraflı videomuzda

 

Lənkəran hər zaman futbolu ilə tanınan şəhərlərdən olub. Lakin artıq 5 ildir ki, Lənkəranda böyük futbol dayanıb. Öz çılğın azarkeşləri ilə məşhur olan "Xəzər Lənkəran" Mərkəzi Stadionu isə böyük oyunların qayıdışını gözləyir.

Azarkeşlər müsahibələrində bildiriblər ki, əsas məsələ bu gün lənkəranlı gənclərin asudə vaxtının səmərəli təşkili üçün Lənkərana böyük futbolun qayıtmasıdır.

"Xəzər Lənkəran" Futbol Klubunun əsas komandası fəaliyyətini dayandırdıqdan sonra “Fırtınalar Meydanı” və ya “Xəzər Lənkəran" Mərkəzi Stadionu tam 5 ildir ki, azarkeşsiz və böyük oyunlarsız qalıb. Onlar futbolun dirçəlməsini istəyirlər və buna ümid edirlər.

 

0