Turistlər Tokioda Olimpiya Oyunlarının loqosu təsvir edilmiş plakatın qarşısından keçirlər, arxiv şəkli

Azərbaycanlı hakim Tokio-2020-ni idarə edən hakimlər sırasına daxil edilib

11
(Yenilənib 10:03 18.05.2021)
Məşqçi kimi onun yetirmələri arasında Dünya və Avropa çempionatının, Avropa və İslam Oyunlarının qalib və mükafatçıları var.

BAKI, 12 may - Sputnik. Avropa Karate Federasiyası Hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarını idarə edən 15 hakim sırasına daxil edilib.

Azərbaycan Karate Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, beynəlxalq dərəcəli hakimimizin fəaliyyətinə yüksək dəyər verən Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsi bu qərara gəlib.

Azərbaycan Milli Karate Federasiyası Hakimlər Komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, Əməkdar məşqçi, eləcə də "Qaraqaplan" klubunun baş məşqçilərindən biri Cahangir Babayev 198 dövlətin üzvü olan WKF tərəfindən 2013-cü ildə dünyanın "Ən yaxşı hakimi" seçilib.

O həmçinin son iki İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının hakimi olub. Bakıda 1-ci Avropa Oyunlarında məhsuldar fəaliyyətinə görə C.Babayev Azərbaycan Prezidentinin "Fəxri fərmanı" ilə təltif edilib.

Məşqçi kimi onun yetirmələri arasında Dünya və Avropa çempionatının, Avropa və İslam Oyunlarının qalib və mükafatçıları var.

11
Teqlər:
Tokio-2020 Olimpiya Oyunlar

Baş məşqçi: Türkiyə millisi AVRO-2020-nin pley-off mərələsinə çıxmağa ümid edir

11
Futbol üzrə Türkiyə yığmasının baş məşqçisi Avropa çümpionatının qrup mərhələsində İsveçrə komandası ilə oyundan gözləntiləri ilə bölüşüb

BAKI, 19 iyun — Sputnik. Futbol üzrə Türkiyə millisi qrupda üçüncü yeri tutaraq Avropa çümpionatının pley-of mərhələsinə çıxmağa ümid edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş oyundan əvvəlki mətbuat konfransında deyib.

Bazar günü, iyunun 20-də Bakı Olimpiya stadionunda Avropa çümpionatının qrup mərhələsinin üçüncü turunda Türkiyə və İsveçrə yıığmaları üz-üzə gələcək.

"A" qrupundakı əvvəlki iki oyunda Türkiyə komandası İtaliya (0:3) və Uels (0:2) komandalarına məğlub olub, isveçrəlilər isə uelslilərlə heç-heçə oynayaraq (1:1) italyanlara məğlub olublar (0:3).

Günəş bildirib ki, Uels yığması ilə əvvəlki oyunda onun yetirmələri özünə inamı itiriblər.

"Əvvəlki iki oyun bizim üçün çox mürəkkəb oldu. Uels komandası ilə oyunda biz özümüzə inamı itirdik. Bizdən çox şey gözlənildiyini bilirdik, lakin komandamız gəncdir və bu oyunçulara təsir etdi. İndi biz çətin vəziyyətdəyik", - deyə o bildirib.

Mütəxəssis onu da deyib ki, komandanın oyununda həm oyunçuların texnikası cəhətdən, həm də taktiki hazırlıqda problemlər var. Lakin, özünün də dəfələrlə dediyi kimi, Günəş öz ünvanına və komandanın ünvanına səslənən tənqidə normal yanaşır.

"Çoxları bizim çıxışımızdan narazıdır, biz də narazıyıq. Hər kəsin fikir yürütmək haqqı var, bu normaldır, biz tənqidi qəbul edirik və o əsassız deyil. Biz həqiqətən çoxlu səhvlər edirik, xüsusilə də yarımmüdafiədə. Elə bu zonada komandanı heyətində dəyişikliklərin olacağı istisna deyil", - deyə Günəş bildirib.

Bütün bunlara baxmayaraq, Türkiyə millisi qrup mərhələsində üçüncü yer tutmuş komandalardan dörd komandadan biri olmaq və 1/8 finala çıxmağa ümid edir.

"Kağız üzərində İsveçrə komandasının daha çox qələbə şansı ola bilər. Lakin Uels də reytinqdə aşağıda idi, indi bu komanda həm bizdən, həm də isveçrəlilərdən yüksəkdədir. Lap əvvəldən düşünülürdü ki, İsveçrə və Türkiyə milliləri qrupda ikinci yer uğrunda oynayacaqlar, indi isə ikinci yerə ancaq isveçrəlilər çıxa bilərlər. Biz isə ancaq üçüncü yer uğrunda mübarizə apara və üçüncü yer tutmuş ən yaxşı dörd komandadan biri olaraq pley-off mərhələsinə çıxmağa ümid edə bilərik", - deyə Günəş əlavə edib.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1) və iyunun 16-da Türkiyə-Uels (0:2) oyunları artıq keçirilib. Bundan əlavə qarşıda İsveçrə-Türkiyə (20 iyun) qarşılaşması var. İyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

11
Вратарь сборной Швейцарии Ян Соммер.

İsveçrənin qapıçısı Sommer qızı doğulduqdan sonra komandaya qayıdıb

7
İsveçrə yığması bazar günü Bakıda AVRO-2020-nin qrup mərhələsinin üçüncü turunda Türkiyə millisi ilə qarşılaşacaq.

Futbol üzrə İsveçrə yığmasının qapıçısı Yan Sommer komandasının həyat yoldaşının dünyaya uşaq gətirməsi ilə bağlı aralaşdığı qərargahına qayıdıb.

İsveçrə yığması bazar günü Avropa çempionatının qrup mərhələsinin son oyununa çıxacaq. Türkiyə millisi ilə keçiriəcək bu görüşdə isveçrəlilərə pley-offa çıxmaq üçün mütləq qələbə lazımdır.

"Bu çox emosional idi. Mən İtaliya ilə oyundan dərhal sonra hava limanına gəldim və həyat yoldaşımla qızımı qucağıma götürə bildim. Cümə axşamı bütün günü ailəmlə bir yerdə keçirdim, qızlarımız ilk dəfə olaraq görüşdülər. Sonra Romaya tamamilə başqa, pozitiv əhval-ruhiyyədə qayıtdım. Bu sabah bizə Türkiyə ilə oyunda kömək edəcək", – deyə Sommer mətbuat konfransında bildirib.

"Əlbəttə, istərdim ki, vaxtında doğuş zamanı gedib çatım. Lakin mənim xanımım çox güclü qadındır. O son bir neçə həftə tək olub. Onunla çox fəxr edirəm və əlbəttə, indi eyforiya üstünlük təkil edir. Mən bir ailə başçısı və futbolçu olaraq özüm üçün böyük fərq qoyuram. Əlbəttə, İtaliyadakı oyundan sonra məyus olmuşdum, sonra eyforiyaya qapıldım. İndi isə biz yenidən komandadayıq və oyuna hazırlaşırıq", – futbolçu əlavə edib.

 

7
 S7 Airlines aviaşirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Mahaçqaladan Bakıya birbaşa aviareys olacaq

48
S7 Airlines aviaşirkəti Dağıstan Respublikasından Azərbaycana ilk uçuşunu iyulun 4-də həyata keçirəcək.

 

BAKI, 19 iyun — Sputnik. İyulun 4-dən etibarən Mahaçqala ilə Bakını birbaşa aviareys bağlayacaq. Mahaçqala hava limanının mətbuat xidmətindən bildirildiyinə görə, biletlər artıq satışdadır.

Mahaçqaladan Bakıya ilk uçuş iyulun 4-ü Bakı vaxtı ilə 02:05-ə S7 Airlines aviaşirkətinin təyyarəsi ilə həyata keçirilməlidir.

Boeing 737-800 176 sərnişin tutur. Azərbaycan paytaxtına reyslər hər həftə şənbədən bazara keçən gecə həyata keçiriləcək.

Azərbaycana gələn bütün 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

S7 aviaşirkəti iyunun 15-dən Samaradan Bakıya aviareyslər həyata keçirir.

Həmçinin aviaşirkət iyunun 23-dən Krasnoyarsk-Bakı-Krasnoyarsk marşrutu üzrə uçuşlar həyata keçirəcəklər.

Azərbaycanda fvqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

48