"Formula-1"in Türkiyə mərhələsi ləğv olunub

62
(Yenilənib 00:14 12.05.2021)
Qərara əsasən, Türkiyəyə yollanacaq şəxslər geri döndükdən sonra İngiltərədə 10 günlük karantinə alınacaq.

BAKI, 12 may - Sputnik. “Formula-1” üzrə dünya çempionatının Türkiyə mərhələsi ləğv olunub.

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı yarışın Türkiyədəki yayım hüququna malik “S Sport” kanalı yayıb.

Bildirilib ki, 11-13 iyunda keçirilməsi planlaşdırılan Türkiyə Qran-Prisi ləğv edilib. Buna səbəb koronavirus pandemiyasının yenidən sürətlə yayılması səbəbindən Türkiyənin İngiltərə hökuməti tərəfindən riskli ölkələr sırasına əlavə edilməsidir. Qərara əsasən, Türkiyəyə yollanacaq şəxslər geri döndükdən sonra İngiltərədə 10 günlük karantinə alınacaq.

“Formula-1”in İstanbul mərhələsinin ləğvi səbəbindən dünya çempionatı 22 yarışla yekunlaşacaq.

Qeyd edək ki, aprelin 28-də Kanada Qran-Prisini ləğv edən təşkilatçılar əvəzində İstanbul mərhələsini təqvimə əlavə etmişdi.

 

62
Teqlər:
Formula-1 Azərbaycan Qran Prisi, "Formula-1"
Mövzu:
"Formula 1"in Azərbaycan Qran Prisi (16)
Футболисты сборной Нидерландов

Niderland yığması Avstriya millisini məğlub edərək pley-of mərhələsinə çıxışını təmin etdi

11
(Yenilənib 09:28 18.06.2021)
"C" qrupunda, Amsterdamda keçirilən oyun 2:0 hesabı ilə "zanbaqlar ölkəsi" komandasının xeyrinə başa çatıb.

Futbol üzrə Niderland seçmə komandası 11 şəhərdə keçirilən Avropa çempionatında Avstriya millisi üzərində qələbə çalıb.

"C" qrupunda, Amsterdamda keçirilən oyun 2:0 hesabı ilə "zanbaqlar ölkəsi" komandasının xeyrinə başa çatıb. Qolları Memfis Depay (11-ci dəqiqə, penalti) və Denzel Dumfris (67) vurublar.

"Yoxan Kroyf Arena"da oyunun gedişini 15243 tamaşaçı izləyib.

Qrup mərhələsində 6 xal toplayan hollandiyalılar vaxtından əvvəl pley-off mərhələsinə çlxlşı təmin ediblər. Ukrayna və Avstriya milliləri hərəyə 3 xalla qrupda 2-3-cü yerləri bölüşürlər. Xalı olmayan Şimali Makedoniya millisi qrupda sonuncu yerdədir.

İyunun 21-də Avstriya millisi Buxarestdə Ukrayna yığması ilə oynayacaq. Hollandiyalılar isə həmin gün Amsterdamda makedoniyaları qəbul edəcəklər.

11
Belçika futbolçuları

Belçika yığması Danimarka millisini məğlub edərək AVRO-nun pley-off mərhələsinə çıxdı

10
(Yenilənib 09:30 18.06.2021)
İtaliya millisinin adınca Belçika yığması da Avropa çempionatının 1/8 finala vəsiqəsini təmin edib.

Futbol üzrə Belçika yığması oyunun birinci hissəsində hesabda geri olsa da, iradə nümayiş etdirərək sonda Danimarka komandası üzərində qələbə qazanıb. Beləliklə, belçikalılar Avropa çempionatının pley-off mərhələsinə vəqiqə qazanıblar.

"B" qrupunda Kopenhagendə keçirilən görüş 2:1 hesabı ilə Belçika yığmasının xeyrinə bitib. Qalib komandada qolları Torqan Azar (55-ci dəqiqə) və Kevin de Breyne (70) vurublar. Danimarka yığmasında isə Yussuf Poulsen qola imza atıb.

Stadionda oyuna 23395 azarkeş tamaşa edib.

Beləliklə, Belçika yığması 6 xalla öz qrupunda liderdir. Rusiya və Finlandiya komandaları isə hərəyə 3 xalla 2-3-cü yerləri bölüşdürürlər. Danimarka yığması qrupda sonuncu yerdədir.

Qrup mərhələsində sonuncu oyunu Belçika yığması Sankt-Peterburqda, iyunun 21-də Finlandiya yığmasına qarşı oynayacaq. Elə həmin gün Kopenhagendə Danimarka millisi Rusiya yığmasını qəbul edəcək.

10
İranlı qadın bayraqlarla, arxiv şəkli

İranda prezident seçkisi keçirilir

0
(Yenilənib 09:57 18.06.2021)
İranlılar sayca 13-cü prezidentlərini seçəcəklər. Ölkənin 80 milyonluq əhalisinin 59 milyon 310 min 307 nəfəri səsvermə hüququna malikdir.

BAKI, 18 iyun - Sputnik. Bu gün İranda prezident seçkisi keçirilir. Artıq əsas namizədlərdən biri - İbrahim Rəisi seçkidə səs verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Rəisi Tehranın cənubundakı Rey rayonunda, Ərşad məscidindəki məntəqədə səs verib.

"Ümid edirəm ki, seçki nəticəsində xalqın problemlərini həll edə biləcək hökumət formalaşdırılacaq", - Rəisi deyib və hər kəsi seçkidə iştiraka səsləyib.

İranda prezident seçkisi

İranlılar sayca 13-cü prezidentlərini seçəcəklər. Seçki məntəqələri yerli vaxtla saat 7:00-da açılıb. İctimai Rəyin Sorğusu üzrə Tələbə Mərkəzinin məlumatına görə, seçkiyə qatılmaq istəyənlərin 63%-i Rəisiyə səs verməyə hazırdır. Rəisinin digər rəqibi Qəbul edilən qərarların məqsədəuyğunluğu Şurasının katibi Möhsin Rezaiyə isə seçicilərin 9%-i etimad göstərir. Digər namizədlər parlament sədrinin müavini Əmirhüseyn Qazizadə Haşimi və keçmiş Mərkəzi Bank rəhbəri Əbdülnasir Himmətidir.

Seçkini işıqlandırmaq üçün İrana 38 ölkədən 226 beynəlxalq medianı təmsil edən 500 jurnalist səfər edib.

İranın 80 milyonluq əhalisinin 59 milyon 310 min 307 nəfəri səsvermə hüququna malikdir. Səsvermə hüququna malik olanlardan 29 milyon 980 min 38 nəfəri kişi, 29 milyon 330 min 269 nəfəri isə qadındır.

1 milyon 392 min 148 nəfər prezident seçkisində ilk dəfə səsvermədə iştirak edəcək.

0
Teqlər:
prezident seçkisi, İran