* AZƏRBAYCAN *
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub - FOTO

28
UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə "Anri Delone kuboku" da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq.

 

BAKI, 7 may — Sputnik. Bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin Kubok turu çərçivəsində Avropa çempionatının kuboku Bakıya gətirilib.

Sputnik Azərbaycan xəbər verir ki, mayın 7-dən 9-dək Bakıda nümayiş olunacaq Avropa çempionatının kuboku Prezident İlham Əliyevə təqdim edilib.

© Official website of President of Azerbaijan Republic
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə "Anri Delone kuboku" da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq. Kubok Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagenə aparılacaq.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

28
Teqlər:
İlham Əliyev, kubok, AVRO-2020
Футболисты сборной Украины празднуют забитый мяч.

Ukrayna millisi AVRO-2020 pley-off mərhələsində

5
(Yenilənib 22:41 23.06.2021)
Ukraynalılar artıq öz qruplarında üçüncü yeri tutmuş komandalar arasında ilk dördlüyə düşə biliblər.

Futbol üzrə Ukrayna yığma komandası "E" qrupunda bu gün keçirilmiş iki oyundan sonra Avropa çempionatının 1/8 final mərhələsində mübarizəni davam etdirmək hüququ qazanıb.

Çərşənbə günü "E" qrupunda İsveç milisi 3:2 hesabı ilə Polşa yığmasına qalib gəlib, ispanlar isə slovaklara 5 cavabsız top vurublar.

Qruplarda üçüncü yer tutmuş altı komandadan dördü pley-of mərhələsinə çıxır.

Ukrayna millisi "C" qrupunda üç xalla üçüncü yeri tutub, komandanın top fərqi "-1".

Beləliklə, ukraynalılar dəqiqliklə Finlandiya ("В" qrupu, 3 xal, top fərqi "-2") və Slovakiya komandasını ("Е" qrupu, 3 xal, top fərqi "-5") geridə qoyublar.

5

İspanlar slovakları darmadağın edərək AVRO-2020 pley-off mərhələsinə adladılar

4
(Yenilənib 22:32 23.06.2021)
Futbol üzrə İspaniya millisi Slovakiya yığmasına qalib gələrək qrupda ikinci yerdən çempionatın 1/8 finalına yüksəliblər

Sevilyada "E" qrupunun üçüncü turunda keçirilən qarşılaşma 5:0 hesabı ilə Pireney təmsilçilərinin xeyrinə başa çatıb. Qolları Emirik Lyaport (45+3), Pablo Sarabiya (56) və Ferran Torres (67) vurublar. İspanlara daha iki topu isə avtoqola imza atmış martin Dubravka (30) və Yuray Kutska (71) hədiyyə ediblər.

Oyunu stadionda 11204 tamaşaçı izləyib.

Beləliklə, İspaniya komandası qrupda 5 xal toplayıb. 1/8 finalda ispanlar xorvatlarla üz-üzə gələcək. Hesabında 3 xal olan Slovaklar qrupda üçüncü yer tutaraq pley-off mərhələsinə çıxa bilməyiblər. "E" qrupunun qalibi isə 7 xalla İsveç millisi olub. Polşa millisi 1 xalla qrupun autsayderidir.

4
İmza, arxiv şəkli

"Mediasiya haqqında" qanuna dəyişiklik edilir

0
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. Bir sıra qanunlara dəyişikliklərə baxılıb

BAKI, 23 iyun — Sputnik. İyunun 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, iclası açan Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə 4 qanun layihəsi daxil edilib. Diqqətə çatdırılıb ki, birinci məsələ - "Dövlət qulluğu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Diplomatik xidmət haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunlarda və "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də və "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsidir.

Dəyişikliyə əsasən adları sadalanan orqanlarda qulluğa qəbul edilən dövlət qulluqçusunun və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsinin xüsusi rütbələrə uyğunlaşdırılması həyata keçirilərkən onun barəsində sınaq müddəti müəyyən edilmir. Həmçinin həmin şəxslərə xüsusi rütbə verilərkən onların dövlət qulluğunda malik olduqları ixtisas dərəcəsi "Dövlət qulluğu haqqında" Qanuna uyğun olaraq nəzərə alınır.

İclasda Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" və "İnzibati icraat haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də birinci oxunuşda müzakirə olunub.

Məlumat verilib ki, təqdim edilən dəyişikliklər "Mediasiya haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb.

Belə ki, həmin Qanunun 39-cu maddəsində kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak, o cümlədən ilkin və sonrakı mediasiya sessiyaları ilə bağlı məsələləri tənzimləyən hüquqi normaların 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Təqdim edilən dəyişikliklər yuxarıda qeyd edilən məsələlərin icrası ilə əlaqədardır və uyğunlaşdırma xarakterlidir.

Sonra Əli Hüseynli gündəliyin üçüncü məsələsi - "Mediasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşu barədə məlumat verib. Bildirib ki, "Mediasiya haqqında" Qanunun müvafiq maddələrinə təklif edilən dəyişikliklər qanunun təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Onlayn iclasda iştirak edən Mediasiya Şurasının sədr əvəzi Ruslan Mirzəyev ölkəmizdə mediatorların hazırlanması prosesi, mediasiya institutunun fəaliyyətinin təmin olunması üçün görülən işlər barədə məlumat verib.

Çıxış edən komitə üzvləri – Qüdrət Həsənquliyev, Bəhruz Məhərrəmov və Tahir Kərimli mediasiya institutunun mübahisələrin həllindəki rolu və bununla əlaqədar qarşıda dayanan vəzifələr barədə fikirlərini bildiriblər.

İclasda "Dövlət qulluğu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də ikinci oxunuşda baxılıb. Bildirilib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır və dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutur.

İclasın sonunda gündəlikdəki 4 məsələnin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

0