AVRO 2020-nin loqosu, arxiv şəkli

EURO-2020-də çıxış edəcək komandaların tərkibi genişləndirildi

18
(Yenilənib 10:17 06.05.2021)
Buna baxmayaraq, hər bir ayrıca oyunun protokolunda üç qapıçı da daxil olmaqla iştirak edə biləcək oyunçuların sayı yenə də 23-dür.

BAKI, 4 may — Sputnik. Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) EURO-2020 çempionatında çıxış edəcək komandaların tərkibinin 23-dən 26 nəfərə qədər artırılması barədə rəsmi qərar verib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu qərar koronavirus pandemiyası ilə əlaqədar olaraq oyunçuların yükünün artması ilə bağlıdır.

"İstisna hal kimi bütün komandalarda oyunçuların sayının 26-ya çatdırılması barədə qərar qəbul olunub. Buna baxmayaraq, hər bir ayrıca oyunun protokolunda üç qapıçı da daxil olmaqla iştirak edə biləcək oyunçuların sayı yenə də 23-dür", - deyə qurumun məlumatında bildirilir.

Xatırladaq ki, Avropa Çempionatı 2020-ci ildə keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən yarış cari ilə keçirilib. Oyunlar iyunun 11-dən iyulun 11-dək 11 şəhərdə keçiriləcək. Turnirə ev sahibliyi edəcək şəhərlər bunlardır: Sankt-Peterburq, Amsterdam, Bakı, Budapeşt, Qlazqo, Kopenhagen, London, Roma, Münhen və Sevilya.

 

18

Gənclər üçün nümunə: Yetmiş dörd yaşlı bodibilder müsabiqələri fəth edir

29
(Yenilənib 10:36 09.05.2021)
Bədən tərbiyəsi müəllimi Nikolay Çernuşkin gəncləri mükəmməl fiziki forma əldə etməyə və yarışlarda qələbələrə ruhlandırır. Daha ətraflı videomuzda.

Çernuşkinin dediyinə görə, uşaqlıqdan idmanla məşğul olub. Təqaüdə çıxmazdan əvvəl xizək sürməyə başlayıb, daha sonra qış idmanını tərk edib.

Təxminən 45 yaşından bodibildinqlə maraqlanıb və özünü tamamilə ona həsr edib.

Zamanla Nikolay müxtəlif yarışlara qatılaraq bir neçə dəfə qalib olub.

 

29
Beşiktaş klubunun azarkeşləri, arxiv şəkli

"Beşiktaş" növbəti dəfə Türkiyə Super Liqasının qalibi olub

468
Bununla 2021/22 mövsümündə Türkiyəni avrokuboklarda təmsil edəcək komandalar da müəyyənləşib. “Beşiktaş” və “Qalatasaray” Çempionlar Liqasında mübarizə aparacaqsa, “Fənərbaxça” ilə 4-cü yeri tutan “Trabzonspor” yeni yaradılmış Konfrans Liqasında çıxış edəcək.

BAKI, 15 may - Sputnik. Türkiyə Super Liqasında 2020/21 mövsümünün çempionu müəyyənləşib.

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, həm qızıl medalların, həm də digər mükafatçıların sahibləri son turda bəlli olub.

Son tur öncəsi “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça” qızıl medallara iddia edirdi. Axırıncı oyunlar da kritik alınıb. Kayseridə yerli “Kayserispor” üzərində əzmkar qələbə qazanan “Fənərbaxça” buna rəğmən bürünc mükafatla kifayətlənib. Enner Valensiya və Sərdar Azizin son dəqiqələrdəki qolları sayəsində “sarı-lacivərdlilər”in 2:1 hesablı qələbəsi 3-cü pillədə yer alan komandanın mövqeyini dəyişməyib.

Öz meydanında “Yeni Malatyaspor” önündə hesabda geri düşən “Qalatasaray” İbrahim Dərvişoğlu, Rayan Babel və Oğulcan Çağlayanın ikinci hissədəki qolları sayəsində 3:1 hesablı qələbə qazanıb. Lakin bu, çempionluq üçün yetərli olmayıb. Çünki İzmirdə “Göztəpə” ilə üz-üzə gələn “Beşiktaş” rəqibini 2:1 hesabı ilə məğlub edib. “Qara qartal”ın heyətində Domaqoy Vida və Raşid Qezzal fərqlənib.

“Beşiktaş”la “Qalatasaray” mövsümü eyni xalla (84) tamamlamasına baxmayaraq, müsbət top fərqi rəqibindən daha çox olan “ağ-qaralar” finişə birinci çatıb.

Beləliklə, 3 illik həsrətə son qoyan “Beşiktaş” 16-cıdəfə Türkiyə çempionluğunu qazanıb.

Bununla 2021/22 mövsümündə Türkiyəni avrokuboklarda təmsil edəcək komandalar da müəyyənləşib. “Beşiktaş” və “Qalatasaray” Çempionlar Liqasında mübarizə aparacaqsa, “Fənərbaxça” ilə 4-cü yeri tutan “Trabzonspor” yeni yaradılmış Konfrans Liqasında çıxış edəcək.

Bundan başqa, “Dənizlispor”, “Ərzurumspor” və “Ankaragücü”nün ardından “Gənclərbirliyi” də elitanı tərk edib.

468
Robert De Niro

Robert De Niro çəkiliş meydançasında yaralanıb

0
(Yenilənib 22:02 16.05.2021)
Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

BAKI, 16 may — Sputnik. Məşhur aktyor Robert De Niro çəkiliş meydançasında yaralanıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyorun ayağı zədələnib. 77 yaşlı De Niro vəziyyətinin ağır olduğunu, çəkilişlərə davam edə bilməyəcəyini bildirib. Məşhur aktyor bu yaxınlarda Oklahomada Martin Skorsezenin "Killers of the Flower Moon" filminin çəkiliş meydançasında ayağından zədələnib.

Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

Eləcə də oxuyun:

Məşhur aktyor "Qızıl Qlobus" mükafatını geri qaytarıb

Doyunca gülmək istəyənlər üçün Əlixan Rəcəbovdan yeni bir film - VİDEO

Aktyorun dediyi söz başına bəla oldu - VİDEO

 

 

0