Dörd dəqiqəyə het-trik üç qırmızı vərəqə - Premyer Liqada hamı bir gündə oynadı

13
“Sabah”ın hətta 3 futbolçusunun qırmızı vərəqə alması da “flaqman”a kömək etməyib. Bu isə “Qarabağ”la “Neftçi” arasında xal fərqinin 3-ə yüksəlməsinə səbəb olub

BAKI, 25 aprel - Sputnik. Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçirilib.

Sputnik Azərbaycan apasport.az-a istinadən bildirir ki, turun bütün matçları eyni gündə baş tutub.

Açılış görüşü Qəbələdə, digərləri isə Bakıda olub. Lider “Qarabağ” ilk “dördlüy”ə düşmək şansı minimuma enən “Qəbələ”nin qonağı olub. Ev sahibləri 60 dəqiqə müqavimət göstərsə də, bunu sona qədər davam etdirə bilməyib. Son yarım saatda “Qarabağ” rəqib qapısından 5 cavabsız top keçirərək, darmadağınla qələbə qazanıb.

“Qarabağ” kimi, avrokuboklara vəsiqəni rəsmiləşdirən “Neftçi” də səfər oyununa çıxıb. “Ağ-qaralar” “Sabah”la dramatik alınan matçda xal itiriblər. “Sabah”ın hətta 3 futbolçusunun qırmızı vərəqə alması da “flaqman”a kömək etməyib. Bu isə “Qarabağ”la “Neftçi” arasında xal fərqinin 3-ə yüksəlməsinə səbəb olub.

Autsayder komandalar “Keşlə” ilə “Səbail” birincilərin meydanında üz-üzə gəliblər. “Keşlə” yeganə qol sayəsində rəqibini məğlub edərək, son pillədən qurtulub.

Turun ən böyük maraq doğuran oyunlarından biri “Zirə” ilə “Sumqayıt” arasında olub. Eyni xala malik və bürünc medala iddia edən komandaların duelindən qalib ayrılacaq tərəf ciddi üstünlük əldə edəcəkdi. Lakin görüş qolsuz bərabərliklə yekunlaşıb.

Azərbaycan Premyer Liqası
XXIV tur
25 aprel (bazar)
17:00. “Qəbələ” – “Qarabağ” - 0:5
Qollar: Xayme Romero, 64, Qara Qarayev, 68, Mahir Emreli, 87, 89, 90+1
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Kamal Umudlu
Qəbələ şəhər stadionu

18:00. “Keşlə” – “Səbail” - 1:0
Qol: Rəhman Hacıyev, 51
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
“ASK Arena”

19:15. “Sabah” – “Neftçi” - 2:2

Qollar: Təmkin Xəlilzadə, 23 (pen.), Ramil Şeydayev, 29 - Namik Ələskərov, 36 (pen.), 60 (pen.)
Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 58
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Vüqar Bayramov, Kamranbəy Rəhimov
“Bank Respublika Arena”

20:00.  “Zirə” – “Sumqayıt” - 0:0

Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev
Zirə İdman Kompleksinin stadionu

Bombardirlər: Namiq Ələsgərov ("Neftçi") - 18 qol, Mahir Emreli ("Qarabağ") - 16 qol.

13
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub - FOTO

20
UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə "Anri Delone kuboku" da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq.

 

BAKI, 7 may — Sputnik. Bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin Kubok turu çərçivəsində Avropa çempionatının kuboku Bakıya gətirilib.

Sputnik Azərbaycan xəbər verir ki, mayın 7-dən 9-dək Bakıda nümayiş olunacaq Avropa çempionatının kuboku Prezident İlham Əliyevə təqdim edilib.

© Official website of President of Azerbaijan Republic
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə "Anri Delone kuboku" da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq. Kubok Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagenə aparılacaq.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

20
Teqlər:
İlham Əliyev, kubok, AVRO-2020
Laurel Habbard, arxiv şəkli

Transgenderlər Olimpiya oyunlarına ayaq aça bilərlər

12
(Yenilənib 08:18 07.05.2021)
Laurel Habbard 12 il əvvəl əməliyyat etdirərək cinsini dəyişdirib və kişiliklə vidalaşaraq zərif cinsin nümayəndəsinə çevrilib. İdmançı beynəlxalq yarışlarda iki qızıl və bir gümüş medala sahib olub.

BAKI, 7 may — Sputnik. Yeni Zelandiyalı ağır atlet Laurel Habbard Olimpiya oyunları tarixində yarışlarda iştirak edəcək ilk transgender (cinsini dəyişmiş insan) ola bilər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, 43 yaşlı, əvvəllər kişi olmuş Habbard hələ Yeni Zelandiya yığmasına rəsmən daxil edilməyib. Lakin buna rəğmən Beynəlxalq Olimpiya Komitəsi (BOK) yarışlarda iştiraka dair qaydalara dəyişikliklər etdikdən sonra idmançının super-ağır çəki kateqoriyasında yarışlarda iştirakı məsələsi demək olar ki, həll olunub.

"The Guardian" məcmuəsi yazır ki, BOK hətta yumurtalıqların kəsilib götürülməsi əməliyyatı etmədən də cinsini dəyişdirən idmançılara yarışlarda iştirak etməyə icazə verib. Bunu üçün şərt olaraq son on iki ay ərzində testesteron miqdarının bir litrdə 10 nanomol həddini keçməməsidir.

Xatırladaq ki, 2019-cu ildə Habbard bir sıra ictimai təşkilatların qınaq obyektinə çevrilib. Qeyd olunub ki, hazırda faktiki qadın olmağına baxmayaraq, o kişilərə aid olan "fiziki üstünlüklərdən" istifadə edir.

Qeyd edək ki, Habbard 12 il əvvəl əməliyyat etdirərək cinsini dəyişdirib və kişiliklə vidalaşaraq zərif cinsin nümayəndəsinə çevrilib. İdmançı bundan əvvəl də ağır atletika ilə məşğul olub və beynəlxalq yarışlarda iki qızıl və bir gümüş medala sahib olub.

12

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

0
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

BAKI, 9 may - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1 539 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 326 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 nəfər vəfat edib. 15 917 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

0