UEFA prezidenti Aleksandr Çeferin

Özümüzü heç olmayıbmış kimi aparmayacağıq - Çeferin

20
(Yenilənib 12:09 25.04.2021)
Aprelin 19-na keçən gecə İngiltərə, İspaniya, eləcə də İtaliyadan bir neçə klub Superliqaya qoşulduqlarını elan etmişdi. Yeni turnirdə 20 komanda, bunlardan da 15-i daimi olaraq çıxış etməliydi.

BAKI, 25 aprel - Sputnik. Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) rəhbəri Aleksandr Çeferin Superliqa klublarının məsuliyyəti barədə danışıb.

"Hər kəs etdiyinə görə məsuliyyət daşımalıdır. Biz özümüzü heç nə olmayıbmış kimi aparmayacağıq. Yaxın günlərdə nə edəcəyimizə qərar verəcəyik", - Çeferin Daily Mail-ə müsahibəsində deyib.

Qeyd edək ki, aprelin 19-na keçən gecə İngiltərənin "Mançester Yunayted", "Liverpul", "Mançester Siti", "Arsenal", "Çelsi", "Tottenhem", İspaniyanın "Barselona", "Real", "Atletiko", eləcə də İtaliyanın "İnter", "Milan" və "Yuventus" klubları Superliqaya qoşulduqlarını elan etmişdi. Yeni turnirdə 20 komanda, bunlardan da 15-i daimi olaraq çıxış etməliydi.

Aprelin 20-də azarkeşlərin, futbolçuların və beynəlxalq təşkilatçıların tənqidi səbəbindən İngiltərənin bütün altı klubu yeni turnirdən imtina etdiyini açıqladı, bir gün sonra isə Madridin "Atletiko", Milanın "İnter" klubları da Superliqada oynamayacaqlarını bildirdilər.

20
Teqlər:
Aleksandr Çeferin, Superliqa, UEFA
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub - FOTO

20
UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə "Anri Delone kuboku" da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq.

 

BAKI, 7 may — Sputnik. Bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin Kubok turu çərçivəsində Avropa çempionatının kuboku Bakıya gətirilib.

Sputnik Azərbaycan xəbər verir ki, mayın 7-dən 9-dək Bakıda nümayiş olunacaq Avropa çempionatının kuboku Prezident İlham Əliyevə təqdim edilib.

© Official website of President of Azerbaijan Republic
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə "Anri Delone kuboku" da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq. Kubok Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagenə aparılacaq.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

20
Teqlər:
İlham Əliyev, kubok, AVRO-2020
Laurel Habbard, arxiv şəkli

Transgenderlər Olimpiya oyunlarına ayaq aça bilərlər

12
(Yenilənib 08:18 07.05.2021)
Laurel Habbard 12 il əvvəl əməliyyat etdirərək cinsini dəyişdirib və kişiliklə vidalaşaraq zərif cinsin nümayəndəsinə çevrilib. İdmançı beynəlxalq yarışlarda iki qızıl və bir gümüş medala sahib olub.

BAKI, 7 may — Sputnik. Yeni Zelandiyalı ağır atlet Laurel Habbard Olimpiya oyunları tarixində yarışlarda iştirak edəcək ilk transgender (cinsini dəyişmiş insan) ola bilər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, 43 yaşlı, əvvəllər kişi olmuş Habbard hələ Yeni Zelandiya yığmasına rəsmən daxil edilməyib. Lakin buna rəğmən Beynəlxalq Olimpiya Komitəsi (BOK) yarışlarda iştiraka dair qaydalara dəyişikliklər etdikdən sonra idmançının super-ağır çəki kateqoriyasında yarışlarda iştirakı məsələsi demək olar ki, həll olunub.

"The Guardian" məcmuəsi yazır ki, BOK hətta yumurtalıqların kəsilib götürülməsi əməliyyatı etmədən də cinsini dəyişdirən idmançılara yarışlarda iştirak etməyə icazə verib. Bunu üçün şərt olaraq son on iki ay ərzində testesteron miqdarının bir litrdə 10 nanomol həddini keçməməsidir.

Xatırladaq ki, 2019-cu ildə Habbard bir sıra ictimai təşkilatların qınaq obyektinə çevrilib. Qeyd olunub ki, hazırda faktiki qadın olmağına baxmayaraq, o kişilərə aid olan "fiziki üstünlüklərdən" istifadə edir.

Qeyd edək ki, Habbard 12 il əvvəl əməliyyat etdirərək cinsini dəyişdirib və kişiliklə vidalaşaraq zərif cinsin nümayəndəsinə çevrilib. İdmançı bundan əvvəl də ağır atletika ilə məşğul olub və beynəlxalq yarışlarda iki qızıl və bir gümüş medala sahib olub.

12
Fillər, arxiv şəkli

Nyu-York məhkəməsi filin müraciətinə baxacaq

0
Heyvanların hüquq müdafiəçiləri ümid edirlər ki, Heppi dünyada azadlıq hüququ məhkəmə qaydasında təsbit olunmuş ilk heyvan olacaq.

BAKI, 9 may — Sputnik. ABŞ-ın Nyu-York şəhər məhkəməsində Heppi adlı dişi filin adından irəli sürülmüş iddiaya dair məsələ araşdırılacaq. Sputnik Azərbaycan xəbər verir ki, Bronks heyvanxanasında yaşayan dördayaqlının adından iddianı məhkəməyə "Nonhuman Rights Project" (İnsan olmayan canlıların hüquqları layihəsi) fondu təqdim edib.

Təşkilatın saytında yerləşdirilmiş məlumatda deyilir ki, bu, tarixdə ingilisdilli məhkəmənin insan olmayan canlı adından verilmiş ərizəni araşdıracağı ilk proses olacaq. Qeyd edək ki, adı çəkilən təşkilat artıq 2018-ci ildən bəri Heppinin adından məhkəmələrə rəsmi müraciətlər ünvanlayıb. Lakin məhkəmələr hər dəfə bu ərizələri geri göndərib.

Məsələ bundadır ki, adı çəkilən fil heyvanxanaya 1970-ci ildə yerləşdirilib. Hazırda o sahəsi 0,81 hektar olan bir qahalda saxlanılır. Zoopark işçiləri onu Peqqi adlı digər dişi fildən ayırmalı olublar. Belə ki, onlar tez-tez dalaşıblar.

"Nonhuman Rights Project" isə hesab edir ki, Heppinin ayrıca qahalda saxlanması onun hüquqlarını pozur. Təşkilat fəalları məhkəmənin filin xüsusiləşdirilmiş fil qoruğuna köçürülməsi barədə qərar çıxarmasına nail olmaq istəyirlər. Heyvanların hüquq müdafiəçiləri ümid edirlər ki, Heppi dünyada azadlıq hüququ məhkəmə qaydasında təsbit olunmuş ilk heyvan olacaq.

Xatırladaq ki, bir müddət əvvəl Pakistandakı Kaavan adlı fil dünyada ən tənha fil adlandırılıb. Belə ki, dişi tayı öldükdən sonra həmin fil təklikdə və dar qəfəsdə saxlanıb. Burada onun digər heyvanlarla yanaşı olmasına imkan verilməyib və o heyvanxana ziyarətçiləri qarşısında çıxış etməyə məcbur edilib. Hüquq müdafiəçiləri beş ildən sonra Kaavanın Kambocadakı fil qoruğuna köçürülməsinə nail olublar. Onların qələbəsinə məşhur müğənni Şerin danışıqlarda iştirak etməsi də kömək edib.

0