Rüstəm Orucov, arxiv şəkli

Cüdo ustalarımız Avropa çempionatında çıxış edəcəklər

13
(Yenilənib 17:44 06.04.2021)
Lissabonda keçiriləcək qitə birinciliyinə Türkiyədə bu yaxınlarda keçirilmiş böyük dəbilqə turnirinin qalibi Zelim Kotsoyev də gedəcək.

BAKI, 6 aprel — Sputnik, Teymur Tuşiyev. Azərbaycanın cüdo ustaları aprelin 16-dan 18-nə qədər Lissabonda (Portuqaliya) keçiriləcək Avropa çempionatında iştirak edəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, milli yığmanın məşqçiləri komandanın ilkin tərkibini artıq elan ediblər. Belə ki, qarşıdakı birincilikdə 2016-cı il Olimpiadasının gümüş mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq), habelə bu yaxınlarda Antalyada keçirilən Böyük dəbilqə turnirinin qalibi Zelim Kotsoyev (100 kq) iştirak edəcək.

Ümumilikdə isə qitə birinciliyində iştirak edəcək kişilərdən ibarət millinin tərkibi belədir:

Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Nicat şıxəlizadə (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı).

 

13
Zelim Kotsoyev, arxiv şəkli

Zelim Kotsoyev: “Azərbaycan vətəndaşlığı almaq istəyirəm, qız axtarıram”

12
(Yenilənib 01:16 15.04.2021)
“Böyük dəbilqə” seriyasından olan turnirin qalibi Antalyadakı uğurundan danışıb, Olimpiya Oyunları və şəxsi həyatı ilə bağlı planlarını bölüşüb.

BAKI, 15 aprel – Sputnik, Teymur Tuşiyev. Türkiyənin Antalya şəhərində “Böyük dəbilqə” seriyasından olan turnirdə qalibiyyəti Azərbaycanın 22 yaşlı osetin əsilli cüdoçusu Zelim Kotsoyev üçün hələlik ən böyük nailiyyətidir. Turnirdə o, Yaponiyadan olan dünya çempionu Aaron Volfa qalib gəlib.

Sputnik Azərbaycan-a müsahibəsində Kotsoyev Türkiyədəki qələbəsindən, azərbaycanlı cüdoçu Elmar Qasımovla rəqabətindən, Tokiodakı Olimpiya Oyunlarından və Azərbaycan vətəndaşlığı almaq istəyindən danışıb.

- Bu sizin “Böyük dəbilqə” seriyasından olan turnirdə ilk qələbənizdir. Çox dəyərlidir, yəqin.  

- Doğrudan, bu, mənim “Böyük dəbilqə”də ilk qələbəm idi. Əvvəllər ikinci-üçüncü yerləri tuturdum, həmişə nəsə çatmırdı. Qran-Pri də qazanmışam, amma “Böyük dəbilqə”də ilk dəfə uddum.

Ola bilər ki, əvvəllər hansısa fəndləri tam məşq etməmişəm, ya da cavan olmuşam. Bu dəfə isə finaldan öncə özümə dedim ki, artıq uduzmaq olmaz, buradan qızıl medalla dönməliyəm.

- Finaldakı rəqibiniz də güclü idi. Yaponiyanı təmsil edən dünya çempionu...

- Bəli, Aaron Volf çox güclü rəqibdir, iki dəfə ona uduzmuşam. Ancaq mən bu dəfə yaxşı hazırlaşmışdım, məşqçilərim məni görüşə əla kökləmişdilər.

Prinsipcə, bütün rəqiblərim titullu olublar. Məsələn, ilk rəqibim Olimpiya Oyunlarının mükafatçısı, Fransadan olan Avropa çempionu  Sirill Mare idi. Həmin görüşün vaxtından əvvəl bitməsinə rəğmən, ağır idi.

Sonra güclü xorvat Komriç, daha sonra elə də rahat olmayan avstraliyalı Taqaki vardı. Hesab edirəm ki, psixoloji cəhətdən daha yaxşı köklənənlər qələbə qazanırdılar.

Bu dəfə, hər şeydən əlavə, Daşkənddə təlim-məşq toplanışında yaxşı işlədik, nəticəsini də gördük.

- Azərbaycan yığmasında 100 kq-dək çəkidə uzun müddət 2016-cı il Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov lider idi. İndi siz onu “kölgədə qoydunuz”.

- Elmarla münasibətlərimiz yaxşıdır, o, yaxşı oğlandır, daim ünsiyyətdəyik. Tatamidən qıraqda  qardaşıq. Ancaq tatamidə rəqibik. Bizimki sırf idman rəqabətidir, bu, hər ikimizi daha güclü edir.

Азербайджанский дзюдоист Зелим Коцоев, фото из архива
Azərbaycan cüdoçusu Zelim Kotsoyev

Yəqin, həmin gün bəxtim gətirib. Son vaxtlar Elmar əvvəlki kimi uğurla çıxış etmir. Bəlkə, yaşı öz sözünü deyir, ya da psixoloji cəhətdən yorğunluq var. Baxmayaraq ki, məşqlərdə çox çalışır, son zamanlar nəsə bəxti gətirmir.

- Yəni sizi artıq Azərbaycan yığmasının 100 kq-dək çəkidə birinci nömrəsi adlandırmaq olar?

- Antalyadakı turnirdən sonra bizim aramızdakı fərq min xala qədər artdı. Biz çoxdan Olimpiya Oyunlarına düşmə zonasındayıq, ancaq orada ikimizdən birimiz çıxış edə bilər.

Hələ iki il əvvəl onunla sözləşmişdik: oturub hansı turnirlərdə çıxış edəcəyimizi yazdıq. Razılaşdıq ki, reytinqdə kim yuxarıda olsa, Olimpiadaya da o gedəcək. Elmardan min xal qabağa düşdüyümə görə demək olar ki, Tokioya mən gedəcəm.

- O zaman artıq Olimpiadaya köklənirsiniz?

- Hə, bütün fikrim-zikrim Tokiodadır, özümü daim Olimpiya Oyunlarına kökləyirəm. Bu, uşaqlıq arzumdur, uşaqlıqdan da ona doğru gedirəm. Tokioya ancaq qızıl medal ardınca uçacam, Oyunlaradək bütün turnirlər – balaca addımlardır.

- Antalyada Yaponiya təmsilçisi Volfa qalib gəldiniz, Tokioda isə yerli cüdoçular bütün qızıl medallara sahiblənməyə çalışacaqlar.

- Onlar, yəqin, indi məni öyrənməyə, mənə qarşı hazırlaşmağa, köklənməyə başlayacaqlar. Mənim istəyim daha güclüdür, hələ artıracam da.

Deyə bilərəm ki, Tokioya gedib hamını mat qoymaq üçün mənim yaxşılaşdırılmış versiyam hazırdır. Üstəlik, yaşım da bunun üçün idealdır, özüm də hiss edirəm ki, artıq mənim vaxtım yetişib.

Bizim məşqçilər korpusumuz güclənib, yeni fəndlər hazırlayır, çox işləyirik. Ancaq irəliyədir hədəfimiz.

- Milliyyətcə osetinsiniz, Azərbaycan yığmasına necə düşdünüz?

- 2015-ci ildə Ukrayna millisinin kadetlər qrupunun tərkibində gənclər arasında Avropa çempionatını qazandım. Sonra isə Azərbaycan yığmasına gəldim. Burada mənim yerlilərim də çıxış edirdilər. Məsələn, dostum Xetaq Qazyumov (sərbəst güləş üzrə üçqat Olimpiya mükafatçısı – red.) Azərbaycanın necə gözəl ölkə olduğu, zəhmətin necə qiymətləndirilməsi və burada çox gözəl insanların yaşadığı haqda danışırdı. O qədər Azərbaycanı təriflədi ki, 2015-ci ildə Azərbaycana köçməyə qərar verdim, indiyədək də bu qərarımdan razıyam.

- Sizi Azərbaycan idmanında osetin ənənələrinin davamçısı adlandırmaq olar.

- (gülümsəyir)  Birmənalı şəkildə hə. Nümunə götürəcəyim adamlar var. Xetaqın uğurlarını davam etdirməyə çalışacam. Əsas odur ki, məni bu ölkədə sevirlər, mən də onu sevirəm. Burada çox adam mənə inanır, onların ümidlərini qırmaq istəmirəm. İstəyirəm ki, onlar mənim qələbələrimə sevinsinlər, Azərbaycanın bayrağını qaldıraraq bu ölkəni dünyada tanıtmağı arzulayıram.

- Azərbaycanda gəzməyi xoşladığınız yerlər var?

- Həftədə bir neçə dəfə Bakı bulvarını gəzirəm. Buranı çox sevirəm, bulvarda gəzintidən hədsiz zövq alıram. Torqovıya çıxışa qədər gəzirəm. Axşamlar ora lap əla olur, rahat hiss edirsən. Köhnə şəhəri gəzməyi də xoşlayıram.

- Xetaq Qazyumov karyerasını bitirdikddən sonra vətəninə qayıtdı. Onun kimi edəcəksiniz?

- Son iki ildə daim Azərbaycandayam. Heç evimizə də getmirəm. Ailəmi də Bakıya gətirmək fikrindəyəm, onları buna yavaş-yavaş hazırlayıram. Burada qalıb vətəndaşlıq almaq istəyirəm. Bura xoşuma gəlir, bu ölkəni sevirəm.

- Evli deyilsiniz?

- Hələ evlənməmişəm. Qız axtarıram.

- Azərbaycanlı qızlar arasında?  

- Hə, hə (gülümsəyir). Azərbaycan mentaliteti mənə yaxındır. Ona görə də fikirləşirəm ki, yerli qızlardan biri ilə evlənim. Görək, necə alınacaq. Hələ heç kimi bəyənə bilməmişəm, bütün vaxtımı idmana, məşqlərə sərf edirəm. Olimpiadadan sonra bu barədə ciddi fikirləşəcəm.

- Koronavirusa yoluxmuşdunuz, necə keçirdiniz xəstəliyi?

- Çox pis. Ağciyərlərimin 55%-i zədələnmişdi. Bir ay xəstəxanada oksigen balonu ilə yaşadım, iki həftədən çox qızdırmam oldu, qırx dərəcəyə yaxın. Həddən artıq arıqladım, uzun müddət də özümə gəlməyə çalışdım. Uşaq kimi təzədən yeriməyi öyrəndim. Allaha şükür, qayıda bildim, “Böyük dəbilqə”də də qazandım.

12
Teqlər:
müsahibə, idman, cüdo
Bakıda gimnastika üzrə üç irimiqyaslı yarışı

Dünya çempionatı kubokunun Bakıda keçirilməsinə icazə verilib

25
(Yenilənib 13:48 14.04.2021)
Cari ilin may ayında keçirilməsi nəzərdə tutulmuş hər üç yarış Azərbaycanda qəbul olunmuş karantin normalarına riayət olunmaqla təşkil olunacaq

BAKI, 14 aprel — Sputnik. Teymur Tuşiyev. Azərbaycan Respublikasının Nazirlər Kabineti cari ilin may ayında Bakıda gimnastika üzrə üç irimiqyaslı yarışın keçirilməsinə razılıq verib. Sputnik Azərbaycan Milli Gimnastika Federasiyasına istinadən xəbər verir ki, hər üç yarışın tamaşaçılarsız keçirilməsi şərt kimi irəli sürülüb.

Beləliklə, may ayının 7-9-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku keçiriləcək. Bu turnir Tokio olimpiadasına seçmə yarış xarakteri daşıyır.

Bundan əlavə, may ayının 21-23-də elə həmin arenada müxtəlif yaş qruplarında idman aerobikası üzrə yarışlar təşkil olunacaq.

Mayın 27-29-da isə Bakıda idman aerobikası üzrə dünya çempionatı keçiriləcək.

Qeyd edək ki, adı çəkilən yarışların hələ ötən il keçirilməsi nəzərdə tutulurdu. Lakin koronavirus pandemiyası üzündən həmin yarışlar təxirə salınaraq 2021-ci ilə keçirilib.

Hər üç yarışma koronavirus pandemiyası zamanı tətbiq olunan sanitar-epidemioloji normalara riayət olunmaqla və boş tribunalar şəraitində keçiriləcək.

25
İnsanların kölgəsi, arxiv şəkli

Gecə yarısı qoca qadının əl-ağzını bağlayanların başqa cinayətləri üzə çıxdı

0
(Yenilənib 17:26 15.04.2021)
Balakən rayonu Katex kəndində iki nəfər tək yaşayan ahıl qadının evinə daxil olaraq onun əllərini və ağzını bağlayıb, pul və qızılların yerini deməsi üçün bıçaqla hədə-qorxu gəliblər.

BAKI, 15 aprel — Sputnik. Gecə saatlarında iki nəfər maskalı şəxs Balakən rayonu Katex kəndində tək yaşayan ahıl qadının evinə daxil olaraq onun əllərini və ağzını bağlayıb, pul və qızılların yerini deməsi üçün bıçaqla hədə-qorxu gəliblər. Məqsədlərinə nail olduqdan sonra qadına xəsarət yetirib oradan uzaqlaşıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qeyd edilən quldurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri – Nicat Teneşov və Samir Abdulhəmidov tutularaq istintaqa təqdim ediliblər. Quldurluq yolu ilə ələ keçirdikləri qızılların bir qismi onlardan maddi sübut kimi götürülüb.

Davam etdirilən araşdırmalarla N.Teneşovun 5 il əvvəl – 2016-cı ilin aprel-may aylarında yaşadığı Katex kəndi ərazisində daha 3 fərdi yaşayış evindən ümumi dəyəri 10 min manata yaxın olan qızıl-zinət əşyaları, 4 min manat pul və 15 min rus rublunu oğurladığı, izi itirmək üçün isə həmin evləri yandırdığı məlum olub.

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

0