Xanım Vəliyeva (qırmızı formada), arxiv şəkli

Xanım Vəliyeva: Azərbaycanlılarla daha asan döyüşürəm

15
(Yenilənib 10:11 05.04.2021)
Azərbaycan əsilli rusiyalı idmançı Tokio Olimpiya Oyunlarına getmək üçün Azərbaycandan olan rəqibini məğlub etməyindən danışır.

BAKI, 5 aprel - Sputnik, Teymur Tuşiyev. Rusiyalı idmançı Xanım Vəliyeva Azərbaycandan və Türkiyədən olan rəqibləri ilə daha asan döyüşür.

Bu barədə Sputnik Azərbaycan-a müsahibəsində Vəliyeva özü deyib.

Bu yaxınlarda Budapeştdə (Macarıstan) güləş üzrə Olimpiya təsnifat turnirində maraqlı görüş baş tutub: Rusiyanı təmsil edən azərbaycanlı Xanım Vəliyeva Azərbaycanı təmsil edən bolqar Elis Manolova ilə üz-üzə gəlib. Görüş yarımfinal mərhələsindəydi və qalib finala vəsiqə ilə bərabər, Tokiodakı Olimpiya Oyunlarına da lisenziya qazanırdı. Nəticədə Olimpiadaya lisenziyanı Vəliyeva əldə etdi. O, bununla güləş üzrə Olimpiya turnirinə vəsiqə qazanan ilk azərbaycanlı qadın oldu. Qeyd edək ki, bundan öncə Olimpiya Oyunlarında Azərbaycanın qadınlardan ibarət yığması tamamilə legionerlərdən ibarət idi.  

Yarımfinal görüşü 6:0 hesabı ilə Vəliyevanın xeyrinə bitsə də, Sputnik Azərbaycan-la söhbətində idmançı həmin görüşün ağır olduğunu etiraf edir: 

"Mənim üçün hər döyüş həlledici idi və hamısına da bu lisenziyanı qazanacam fikri ilə çıxırdım. Elislə çoxdan tanışıq. Ancaq birgə məşqlərdə nadir hallarda güşt tuturuq. Əvvəllər yeniyetmələr arasında yarışlarda üzləşmişik, mən də qalib gəlmişəm, o da. Budapeştdəki görüşümüzün hansı hesabla bitdiyi vacib deyil, bütün digərləri kimi, ağır idi". 

Qeyd edək ki, Vəliyeva Manolova ilə görüşdə dizindən zədə alıb, ancaq sonradan onun ağır olmadığı məlum olub. Onu da bildirək ki, Rusiyanın qadınlardan ibarət yığmasının məşqçilər qrupuna Azərbaycan millisinin sabiq baş məşqçisi bolqar Simeon Şterev də daxildir. Vaxtilə məhz Şterevin təşəbbüsü ilə Manolova Azərbaycan komandasına cəlb olunub. Vəliyeva deyir ki, Manolova ilə Budapeştdəki görüşə onu Şterev hazırlaşdırıb.

"Şterev mənə Manolova ilə görüşdən əvvəl bəzi tövsiyələrini vermişdi. Ancaq xalı üzərinə çıxanda yanımda başqa məşqçilər vardı, onlar birbaşa görüş vaxtı məsləhət verirdilər", - Vəliyeva qeyd edib.

O deyir ki, beynəlxalq yarışlarda Azərbaycandan olan idmançılarla dəfələrlə döyüşüb, ancaq heç vaxt psixoloji təzyiq hiss etməyib. Üstəlik, Azərbaycandan və Türkiyədən olan idmançılarla döyüşmək onun üçün çox asandır: "Günclər arasında dünya və Avropa çempionatlarında dəfələrlə Azərbaycandan olan idmançılarla qarşılaşmışam. Bu, güləşdir, fərqi yoxdur, kim hansı ölkə üçün döyüşür. Ancaq azərbaycanlı və türk idmançıları məğlub etmək mənə asandır, çünki onların məşqçilərinin nə dediklərini anlayıram. Nə qədər istəsələr də, başqa dildə məsləhət verə bilməzlər".

Qeyd edək ki, 21 yaşlı Xanım Vəliyeva Krasnoyarskda doğulub. Onun valideynləri Xanım anadan olmamışdan iki il əvvəl oraya köçüblər. Güləşlə 10 yaşından məşğul olmağa başlayıb. Tarixi vətəni Azərbaycana isə ancaq istirahətə gəlir. Azərbaycan millisinə dəvət isə heç vaxt almayıb.

İdmançı ümid edir ki, Olimpiya Oyunlarının vaxı dəyişdirilməyəcək:

"Çox ümid edirəm ki, Olimpiya Oyunlarını təxirə salmayacaqlar. Qoy azarkeşsiz olsun, amma olsun. İdmançılar bu qədər güc sərf ediblər, əgər Oyunlar baş tutmasa, daha deməyə sözüm qalmayacaq". 
15
Teqlər:
Rusiya, Azərbaycan, müsahibə, güləş, idmançı
Bakı Olimpiya Stadionu, arxiv şəkli

Uels millisinin nümayəndələri Bakıya gəlib

4
(Yenilənib 20:45 17.04.2021)
Uels milli komandası Avro-2020-nin A qrupunda iyunun 12-də İsveçrə, iyunun 16-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.

BAKI, 17 aprel - Sputnik. Avro-2020-nin final mərhələsində 2 qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının 8 nəfərlik nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.

Sputnik Azərbaycan AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iki günlük səfər çərçivəsində təşkilatı məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb. Uelsli qonaqlar məşqlərin keçirəcəyi meydanlara və komandanın məskunlaşacağı otelə baxış keçirib, həmçinin SOCAR-ın Bakı Olimpiya Stadionunda olublar.

Qeyd edək ki, Uels milli komandası Avro-2020-nin A qrupunda iyunun 12-də İsveçrə, iyunun 16-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.

4
Məhəmməd Salah

Ronaldu, Neymar Salah Ağdam Füzulidə oynamağa dəvət alıblar - VİDEO

34
(Yenilənib 21:00 16.04.2021)
Ağdamın "Qarabağ" klubunun uşaqlardan ibarət komandasının üzvləri Uğur Qurbanlı və Raul Hüseynli dünya futbol ulduzlarından cavab gözləyirlər.

BAKI, 16 aprel — Sputnik, Teymur Tuşiyev. Ağdamın "Qarabağ" klubunun uşaqlardan ibarət komandasının üzvləri dünya futbol ulduzları Kriştianu Ronaldu, Neymar və Mohamməd Salahı Azərbaycanın işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarında oynamağa dəvət ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, uşaqlardan ibarət U-11 komandasının kapitanı Uğur Qurbanlı və U-10 oyunçusu Raul Hüseynlinin iştirakı ilə çəkilmiş videoçarxda yeniyetmələr öz kumirlərini – Ronaldu (Yuventus), Neymar (PSJ) və Salahı (Liverpul) əslən olduqları Ağdam və Füzuliyə dəvət etmələri əks olunur. Həmin çarx Mediaturk YouTube kanalında yayımlanıb. Hər iki yeniyetmə səbirsizliklə dünya ulduzlarından cavab gözlədiklərini bildirib.

Qeyd edək ki, Ağdamın "Qarabağ" klubu öz uşaq futbolu akademiyasına oyunçular seçməkdə davam edir. Hazırda 2009-2011-ci il təvəllüdlü uşaqların seçimi elan olunub. Seçim Bakıda, Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək. Seçimdə iştirak etmək istəyənlər klubun rəsmi saytı vasitəsilə ərizə ilə müraciət etməlidirlər.

34
Türkiyə hərbçiləri, arxiv şəkli

İrandan Türkiyəni qəzəbləndirəcək plan

0
(Yenilənib 22:55 17.04.2021)
Rusiya ordusuna bağlı birliklər Suriyanın Tel-Rıfat bölgəsini tərk edərkən yerlərinə İran İnqilab Keşikçilərinin elementləri yerləşdirilib.

BAKI, 17 aprel — Sputnik. Türkiyə 6 ildir PKK işğalı altında olan Suriyanın Tel-Rıfat qəsəbəsini və İraq-Suriya sərhəddində yerləşən Sincar bölgəsini terrorçulardan təmizləməyə çalışır.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, Tel-Rıfatda Rusiya ordusuna bağlı birliklər bölgəni tərk edərkən yerlərinə İran İnqilab Keşikçilərinin elementləri yerləşdirilib. Digər terror bölgəsi olan Sincara isə Tehrana bağlı "Haşdi Şabi" milisləri yerləşdirilib.

"Hizbullah"ın baş katibi Hüseyin Həmdavi və "Haşdi Şabi"nin qurucusu Hadi əl-Amiri və digərləri Sincar ilə əlaqədar Türkiyəni təhdid ediblər.

"Fərat qalxanı" bölgəsindəki yüksək səviyyəli bir mənbə Tel-Rıfata qarşı hərbi əməliyyat üçün bütün hazırlıqların 2018-ci ildə tamamlandığını, ancaq İranın maneə törətdiyi üçün əməliyyatın təxirə salındığını söyləyib.

 

 

0