Ayan Xankişiyeva

Azərbaycanlı idmançı Ümumdünya Velosiped İdmanı Mərkəzi ilə müqavilə imzalayıb

8
(Yenilənib 13:17 31.03.2021)
Velosiped idmanı üzrə Azərbaycan yığmasının üzvü Ayan Xankişiyeva cari ilin sonuna qədər Mərkəzi təmsil edəcək və Türkiyədə keçiriləcək İslam Həmrəyliyi Oyunlarında gücünü sınayacaq.

BAKI, 31 mart — Sputnik. Teymur Tuşiyev. Azərbaycanlı velosipedçi Ayan Xankişiyeva Ümumdünya Velosiped İdmanı Mərkəzi ilə peşəkar müqavilə imzalayıb. Bu barədə Sputnik Azərbaycana Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.

23 yaşa qədər idmançılardan ibarət Azərbaycan yığmasının üzvü Xankişiyeva ilə İsveçrədə yerləşən Ümumdünya Velosiped İdmanı Mərkəzi (WCC) arasında müqavilə bu qurumla Azərbaycana Azərbaycan Velosiped İdmanı Federasiyası arasında əməkdaşlıq çərçivəsində imzalanıb. Sənədə əsasən velosipedçimiz cari ilin sonuna qədər bütün beynəlxalq yarışmalarda Mərkəzi təmsil edəcək.

Qeyd edək ki, 2021-ci ildə dünya və Avropa çempionatlarından əlavə sentyabr ayında Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarında da çıxış edəcək.

Onu da qeyd edək ki, hər il WCC bütün dünyadan gənc, perspektivli idmançıları seçir və onlar bu idman növü üzrə aparıcı mütəxəssislərin rəhbərliyi altında məşq etmək imkanı əldə edirlər.

 

8
Azərbaycanlı güləşçi Əli Rəhimzadə, arxiv şəkli

Azərbaycanlı pəhləvan Varşavada erməni güləşçini məğlub edib

14
(Yenilənib 21:19 19.04.2021)
Varşavada keçirilən Avropa çempionatında dörd güləşçimiz mübarizəyə uğurla başlayaraq 1/4 finala vəsiqə qazanıb.

BAKI, 19 aprel — Sputnik, Teymur Tuşiyev. Azərbaycanlı sərbəst güləşçi Əli Rəhimzadə (65 kq) Varşavada keçirilən Avropa çempionatındakı ilk görüşündə Ermənistan təmsilçisi Gevorq Tadevosyan üzərində qələbə çalıb. Sputnik Azərbaycan xəbər verir ki, 1/8 mərhələsindəki qarşılaşmada həmyerlimiz minimal xal üstünlüyü ilə qalib olub - 2:1. Rəhimzadənin 1/4 mərhələsindəki rəqibi bir qədər sonra məlum olacaq.

Azərbaycanın güləş ustalarından Əfqan Xaşalov (57 kq), Rəşad Yusifli (74 kq) və Şamil Zübairov (87 kq) müvafiq olaraq Yanis Martidis (Yunanıstan, 10:0), Andrey Sokalski (Polşa, 9:0) və Albert Saritov (Rumıniya, texniki qələbə) üzərində qələbə çalaraq ¼ finala yüksəliblər.

Daha bir güləşçimiz Turan Bayramov isə (70 kq) Nikolae Koyokaru (Böyük Britaniya) ilə görüşünü gözləyir.

14
Çempionlar Liqasında final həyəcanı, arxiv şəkli

UEFA rəhbəri: "Superliqadakı futbolçular dünya, Avropa çempionatında olacaqlar"

12
(Yenilənib 21:09 19.04.2021)
Onlara, həmçinin öz milli komandalarına da oynamağa icazə verilməcəyəkOnlara, həmçinin öz milli komandalarına da oynamağa icazə verilməcəyək

BAKI, 19 aprel — Sputnik. Superliqada oynayan futbolçular Dünya Çempionatı və Avropa Çempionatında iştirak edə bilməyəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin Avropa Superliqası ilə bağlı danışarkən bildirib.

"Onlara, həmçinin öz milli komandalarına da oynamağa icazə verilməcəyək", - deyə Çeferin qeyd edib.

Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem", "Liverpul", "Çelsi", "Arsenal", İspaniyanın "Barselona", "Atletiko" (Madrid), "Real Madrid", İtaliyanın "Milan", "İnter" və "Yuventus" klubları Avropa Superliqasında iştiraklarını təsdiqləyib.

"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın prezidenti, Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezidenti seçiliblər. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.

12
Türk polisi, arxiv şəkli

Türkiyədə böyük əməliyyat Terror aktının qarşısı alındı

4
Məlumata əsasən MİT və Polis İdarəsi terror təşkilatının üzvlərinə qarşı gecə saatlarında İstanbulun dörd rayonunda 8 fərqli ünvanda eyni zamanda əməliyyat keçirib.

BAKI, 20 aprel — Sputnik. Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) və İstanbul Polis İdarəsi İŞİD-ə qarşı əməliyyat keçirib. Bu barədə Sputnik Türkiyə xəbər verir.

Məlumata əsasən, MİT və Polis İdarəsi terror təşkilatının üzvlərinə qarşı gecə saatlarında İstanbulun dörd rayonunda 8 fərqli ünvanda eyni zamanda əməliyyat keçirib.

Əməliyyat zamanı Türkiyədə terror aktı törətməyi planlaşdıran xarici vətəndaş olan 14 İŞİD üzvü saxlanılıb. Əməliyyatın keçirildiyi ünvanlarda xeyli sayda ekstremist əməliyyat və rəqəmsal material aşkarlanıb.

4