Erol Bulut, arxiv şəkli

"Fənərbaxça" baş məşqçisini yola saldı, Yoahim Lövə yol göründü

229
(Yenilənib 23:10 25.03.2021)
"Bild" nəşri "Fənərbaxça"nın baş məşqçisi postunun Almaniya millisini AVRO-2020-dən sonra tərk edəcək Yoahim Lövə tapşırılacağını yazıb.

BAKI, 25 mart — Sputnik. Türkiyənin "Fənərbaxça" futbol klubu Erol Bulutu baş məşqçi postundan istefaya göndərib.

Sputnik Azərbaycan klubun rəsmi saytına istinadla xəbər verir ki, Türkiyənin "Fənərbaxça" klubu ilə baş məşqçisinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

"Fənərbaxça" Erol Bulutu əvəzləyəcək mütəxəssisin adını da açıqlayıb. Komanda mövsümün sonunadək Əmrə Bələzoğluna həvalə edilib.

"Bild" nəşri "Fənərbaxça"nın baş məşqçisi postunun Almaniya millisini AVRO-2020-dən sonra tərk edəcək Yoahim Lövə tapşırılacağını yazıb. Alman mütəxəssis Löv 1998/1999 mövsümündə də "sarı-lacivərdlilər"in baş məşqçisi olub.

Erol Bulut "Fənərbaxça"ya 5 avqust 2020-ci ildə baş məşqçi təyin olunub. Hazırda bu komanda 30 oyundan 59 xal toplayıb və Super Liqada 3-cü pillədə qərarlaşıb. Klub ondan bir oyun az keçirmiş lider "Beşiktaş"dan 5 xalla geridə qalır.

229
Sənan Şəfizadə

İdman şərhçisi: “Bu sərəncam çempionatın yüksək səviyyədə keçirilməsinə təkan verəcək”

4
(Yenilənib 21:24 15.04.2021)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, pandemiya ilə əlaqədar olaraq futbol turnirlərinin keçirilməsi üçün qaydalar müəyyənləşdirilib
Sənan Şəfizadə: “Sərəncam yerli təşkilat komitəsinin işini rahatlaşdıracaq”

Prezident İlham Əliyev 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam bu mötəbər yarışın ölkəmizdə yüksək səviyyədə keçirilməsinə təkan verəcək: “Bu sərəncam özündə mühim  məqamları əks etdirir. Bu sərəncam həm də yerli təşkilat komitəsinin işini rahatlaşdıracaq. Qeyd etməliyik ki, pandemiya ilə əlaqədar olaraq futbol turnirlərinin keçirilməsi üçün qaydalar müəyyənləşdirilib. Burada həm də media ilə iş prinsipində də dəyişiklik var”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4
Bakı Olimpiya Stadionu, arxiv şəkli

Uels millisinin nümayəndələri Bakıya gəlib

7
(Yenilənib 20:45 17.04.2021)
Uels milli komandası Avro-2020-nin A qrupunda iyunun 12-də İsveçrə, iyunun 16-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.

BAKI, 17 aprel - Sputnik. Avro-2020-nin final mərhələsində 2 qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının 8 nəfərlik nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.

Sputnik Azərbaycan AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iki günlük səfər çərçivəsində təşkilatı məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb. Uelsli qonaqlar məşqlərin keçirəcəyi meydanlara və komandanın məskunlaşacağı otelə baxış keçirib, həmçinin SOCAR-ın Bakı Olimpiya Stadionunda olublar.

Qeyd edək ki, Uels milli komandası Avro-2020-nin A qrupunda iyunun 12-də İsveçrə, iyunun 16-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.

7
Koronavirus testi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı son statistika açıqlandı

0
(Yenilənib 11:20 18.04.2021)
Son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.

BAKI, 18 aprel - Sputnik. Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 547 yeni yoluxma qeydə alınıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.

Ölkədə indiyədək 208 520 nəfər koronavirusa yoluxub.

0