Portuqaliya və Azərbaycan yığmaları arasında DÇ-2022 seçmə mərhələsinin matçı

Kriştianu Ronaldu Azərbaycan millisi ilə matçda rekorda imza atıb

23
Portuqaliya millisində 171-ci matçını keçirən Ronaldo debütündən 6426 gün sonra Azərbaycana qarşı (1:0) oynayıb.

BAKI, 25 mart - Sputnik. Kriştianu Ronaldu Azərbaycan yığması ilə oyunda rekorda imza atıb.

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, hücumçu Portuqaliya millisində ən uzunmüddətli karyeraya malik futbolçu adına yiyələnib.

Belə ki, millidə 171-ci matçını keçirən Ronaldo debütündən 6426 gün sonra Azərbaycana qarşı (1:0) oynayıb. Onun 2003-cü il avqustun 20-dəki ilk yığma matçından 17 il 7 ay 2 gün keçib.

Bununla da Ronaldo Vitor Damasın rekordunu keçib. Onun Portuqaliya millisindəki ilk və son oyunları arasında 6305 gün, yəni 17 il 3 ay 5 gün müddət olub.

23
Rövşən Binnətli

İdman şərhçisi: “Kim sənə səlahiyyət verib ki, belə bir bəyanat verirsən?!”

66
(Yenilənib 00:51 21.04.2021)
İdman şərhçisi Rövşən Binnətli deyir ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar
Rövşən Binnətli: “Superliqa futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”

UEFA ilə klublar arasında Avropa Superliqasının yaradılması qalmaqalı davam edir. Qitə futbol qurumu Superliqaya qatılacaq klubları sanksiyalarla hədələsə də, klublar istəyindən əl çəkmək niyyətində deyil.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, bu gün Superliqaya qatılmağa razılıq vermiş komandalar tək Avropa qitəsində deyil, həm də dünyanın top komandaları siyahısındadır: “Bu turnirdə iştirak edən klublardan hansılarsa autsayder olacaq. Bu, azarkeşlərin narazılığına gətirib çıxaracaq və sonda klub üçün itkilərlə nəticələnəcək. Ona görə də belə bir liqanın təşkilini futbola xidmət kimi qəbul etmirəm. Düşünürəm ki, bu, futbolda dağıdıcı missiyadır. Bu turnir özlüyündə hər hansı motivasiyaedici xüsusiyyət daşımır və hansısa mərkəzə gedib bağlanmır. Florentino Peres deyir ki, liqada çıxış edən futbolçuların dünya və Avropa çempionatlarında iştiraklarına əngəl olmayacaq. Axı kim sənə bu səlahiyyəti verib ki, belə bir bəyanat verirsən?! Əgər UEFA qərar versə, həmin futbolçular necə iştirak edə bilərlər axı?! Mən düşünürəm ki, bu məsələnin sonunda sağlam düşüncə qalib gələcək. İnanıram ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar. Mənə görə, bu, futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

66
Teqlər:
klublar, UEFA, futbol
AFFA-nın binası, arxiv şəkli

Bu bəyanat Superliqanı elə "beşikdə" boğa bilər...

28
(Yenilənib 14:09 20.04.2021)
"Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul", "Tottenhem" və "Çelsi", "Real" (Madrid), "Barselona", "Atletiko" (Madrid), "Yuventus", "Milan" və "İnter" klubları imzaladıqları müqavilə ilə Super Liqanın yaradıldığını bəyan ediblər.

BAKI, 20 aprel — Sputnik. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) olaraq özündə separatçılığı ehtiva edən istənilən fəaliyyəti şiddətlə qınayırıq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AFFA-nın yaydığı məlumatda bildirilir.

"UEFA aprelin 18-də bəyanat yayaraq bildirib ki, İngiltərə Futbol Assosiasiyası və Premyer Liqa, İspaniya Futbol Federasiyası və La Liqa, İtaliya Futbol Federasiyası və Serie A məlumat əldə edib ki, qeyd olunan çempionatlarda çıxış edən bəzi klublar tərəfindən yeni Super Liqanın yaradılmasının elan olunması gözlənilir.

Həmin gün İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul", "Tottenhem" və "Çelsi", İspaniyanın "Real" (Madrid), "Barselona", "Atletiko" (Madrid), İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları imzaladıqları müqavilə ilə Avropada yeni turnirin – Super Liqanın yaradıldığını bəyan ediblər.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası və Azərbaycan Premyer Liqasında iştirak edən klublar FIFA və UEFA tərəfindən tənzimlənən bütün mövcud Nizamnamə və Əsasnamələrə sadiq olduğunu, bütün futbol yarışlarının beynəlxalq səviyyədə tanınan qanunlar çərçivəsində keçirilməsini, futbolda idman prinsiplərinin rəhbər tutulmasını, mövcud vəziyyətdə UEFA ilə həmrəy olduğunu və və UEFA-nı birmənalı şəkildə dəstəklədiyini bildirir. Avropa futbolunun əsas dəyərləri həmrəylik, ədalətli oyun və sosial məsuliyyətdir və bu proses uzun illərdir uğurla davam edir. Bir daha bəyan edirik ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olaraq özündə separatçılığı ehtiva edən istənilən fəaliyyəti şiddətlə qınayırıq", - deyə məlumatda bildirilir.

28
Mehri

Paşinyan Mehriyə getdi - Zəngəzurda etirazlar başladı - VİDEO

0
(Yenilənib 11:23 21.04.2021)
Vəziyyət gərgin olaraq qalır. Sakinlər "Nikol satqın", "Nikol türk", şüarları səsləndirirlər. Polislər Baş nazirin korteji üçün yolu açmağa çalışırlar.

BAKI, 21 aprel — Sputnik. Ermənistanın Sünik vilayətində (Zəngəzur) Baş nazir Nikol Paşinyanın səfərinə qarşı etiraz aksiyası keçirilir. Sputnik Ermənistan xəbər verir ki, Paşinyan Mehriyə gəlib, lakin onlarla vətəndaş onun şəhəri tərk etməsini istəyiblər.

Digər qrup isə Paşinyanı dəstəkləyib. Nəticədə qruplar arasında qarşıdurma baş verib. Lakin hüquq mühafizə orqanları əməkdaşları onları ayıra biliblər.

Vəziyyət gərgin olaraq qalır. Sakinlər "Nikol satqın", "Nikol türk", şüarları səsləndirirlər. Polislər Baş nazirin korteji üçün yolu açmağa çalışırlar.

Baş nazirin Mehriyə səfəri əvvəlcədən anons edilməmişdi.

 

0