Portuqaliya və Azərbaycan yığmaları arasında DÇ-2022 seçmə mərhələsinin matçı

Azərbaycan millisi avtoqol sayəsində Portuqaliyaya üç xal verdi

905
(Yenilənib 09:01 25.03.2021)
Portuqaliya-Azərbaycan yığmaları arasındakı görüş millimizin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin kapitanı Maksim Medvedev avtoqol müəllifi olub.

BAKI, 25 mart - Sputnik. DÇ-2022-nin seçmə mərhələsi start götürüb. A qrupunda yer alan Azərbaycan millisi martın 24-də ilk oyununa çıxıb.

Canni de Byazinin yetirmələri son Avropa çempionu Portuqaliya ilə üz-üzə gəliblər. Portuqaliyalılar koronavirus pandemiyası səbəbindən yığmamızı öz ölkəsində deyil, İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda qəbul edib.

Əksəriyyət portuqaliyalılardan asan qələbə gözləsə də, heç də belə olmayıb. Rəqib komanda Maksim Medvedevin 37-ci dəqiqədəki avtoqolu sayəsində hesabı açıb. Millimiz ikinci hissədə Fernando Santosun kollektivindən çəkinmədən mübarizə aparıb. Lakin bu, bərabərlik qolu üçün yetərli olmayıb. Nəticədə Portuqaliya 1:0 hesablı qələbə sayəsində aktivinə 3 xal yazdırıb.

Xatırladaq ki, yığma komandamız seçmə mərhələnin "A" qrupunda Portuqaliya millisi ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Millimiz növbəti oyununu martın 30-da Bakıda Serbiya seçməsinə qarşı keçirəcək.

905
Rafael Ağayev

Rafael Ağayev əzizini itirdi

32
(Yenilənib 17:07 10.04.2021)
Beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev ən əziz adamını ağır sürən xəstəlikdən itirib.

BAKI, 10 aprel - Sputnik. Karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayevə ağır itki üz verib. Onun anası Ümnisə xanım bu gün dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, xəbəri oxu.az yayıb.

Qeyd edək ki, Rafael Ağayevin anası xərçəng xəstəliyindən əziyyət çəkirdi.

32
Teqlər:
vəfat, ana, Rafael Ağayev
Günay Məmmədzadə, arxiv şəkli

Xanım şahmatçımızı yarışlara dünya çempionu hazırlayacaq

11
(Yenilənib 20:11 08.04.2021)
Azərbaycanın ən güclü şahmatçılarından olan Günay Məmmədzadə mükafat fondu 100 min dollar olan onlayn yarışlar seriyasında gücünü sınayacaq.

BAKI, 8 aprel — Sputnik, Teymur Tuşiyev. Azərbaycanın aparıcı qadın şahmatçısı Günay Məmmədzadə sürətli şahmat üzrə "Challengers Chess Tour" onlayn yarışlar seriyasında hazırkı dünya çempionu Tszüy Ventszünün rəhbərliyi altında çıxış edəcək. Sputnik Azərbaycan xəbər verir ki, ümumilikdə yarışlara dünyanın müxtəlif ölkələrindən 20 gənc və perspektivli şahmatçı cəlb olunacaq.

İştirakçılar iki komandaya bölünüblər. Qruplardan birinə qadın şahmatı tarixində ən güclü qrossmeysterlərdən sayılan Yudit Polqar başçılıq edəcək. Digər komanda isə şahmat üzrə 14-cü dünya çempionu Vladimir Kramnikin rəhbərliyi altında çıxış edəcək. Həmyerlimiz Günay Məmmədzadə Yudit Polqarın komandasında yer alıb.

Hər bir komandaya bütün turnir boyu şahmatçıları məşq etdirəcək üç mütəxəssis təhkim olunub. Polqarın komandasındakı idmançıları hazırkı dünya çempionu Tszüy Vetszün (Çin), Suriya Qanquli (Hindistan) və Artur Koqan (İsrail) məşq etdirəcəklər. Kramnikin komandasına isə dünya qadın şahmatı reytinqinin lideri Hou İfan (Çin), Boris Gelfand (İsrail) və Anna Muzıçuk (Ukrayna) kömək edəcək.

Yarışın ilk turu (Polgar Challenge) aprelin 8-də keçiriləcək. Bu seriyada növbəti qarşılaşmalar 10-13 iyun (Gelfand Challenge), 15-18 iyul (Hou Yifan Challenge) tarixlərində keçiriləcək. Hər bir turnirin mükafat fondu 15 min dollardır. Sonda seriyanın mükafat fondu 40 min dollar olan final turnirinin də keçirilməsi nəzərdə tutulur. Lakin bu yarışın tarixi hələ ki, bəlli deyil.

Qeyd edək ki, Günay Məmmədzadə azərbaycanlı qadın şahmatçılar arasında ən yüksək reytinqə malikdir. Həmyerlimiz 2443 xalla dünyada 28-ci yerdədir.

11
Teqlər:
dünya çempionu, şahmat
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

0
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

0
Teqlər:
Nyu-York, moda