Türkiyə millisinin futbolçuları

Türkiyə millisi Niderlandı məğlub etdi

112
(Yenilənib 01:53 25.03.2021)
G qrupunda yer alan Türkiyə yığması əsas rəqibi sayılan Niderlandı Atatürk Olimpiya Stadionunda qəbul edib. Qonaqlar qrupun aşkar favoriti göstərilsə də, Şenol Günəşin yetirmələri ilk matçdaca güclərini göstəriblər.

BAKI, 24 mart - Sputnik. DÇ-2022-nin seçmə qrup mərhələsinə start verilib.

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, açılış matçı İstanbulda baş tutub.

G qrupunda yer alan Türkiyə yığması əsas rəqibi sayılan Niderlandı Atatürk Olimpiya Stadionunda qəbul edib. Qonaqlar qrupun aşkar favoriti göstərilsə də, Şenol Günəşin yetirmələri ilk matçdaca güclərini göstəriblər. Burak Yılmazın qolları ilə birinci hissədə önə keçən “ay-ulduzlular” fasilədən dərhal sonra fərqi 3 topa çatdırıb.

Düzdür, Frank de Burun kollektivi sonlara yaxın iki dəqiqə ərzində 2 qol vuraraq rəqibi həyəcanlandırsa da, geridönüş edə bilməyib. Burak cərimə zərbəsindən gözəl qolla het-trikə imza atıb. Son dəqiqələrdə niderlandlılar penalti qazansalar da, Memfis Depayın zərbəsini dəf edən Uğurcan Çakır fərqin minimuma enməsinə imkan verməyib. Beləliklə, bol qollu alınan görüşdə qələbə qazanan Türkiyə millisi seçmə mərhələyə 3 xalla start götürüb.

Qeyd edək ki, Türkiyə millisi qrupda növbəti oyununu martın 27-də İspaniyanın Malaqa şəhərində Norveçə qarşı keçirəcək.

DÇ-2022-nin seçmə mərhələsi
24 mart
G qrupu, I tur
Türkiyə - Niderland – 4:2
Burak Yılmaz, 15, 34 (pen.), 81, Hakan Çalhanoğlu, 46 – Klaassen, 75, Luk de Yonq, 76

112
Nəriman Abbasov, arxiv şəkli

Nəriman Abbasov ikinci dəfə "Fight Nights" çempionluq kəmərini müdafiə edib

11
Azərbaycanlı Nəriman Abbasovla rusiyalı Şamil Amirov arasında görüş üçüncü raundda başa çatıbAzərbaycanlı Nəriman Abbasovla rusiyalı Şamil Amirov arasında görüş üçüncü raundda başa çatıb

BAKI, 12 aprel — Sputnik, Teymur Tuşiyev. Qarışıq əlbəyaxa döyüşlər üzrə həmyerlimiz Nəriman Abbasov Moskvada yüngül çəkidə (70,3 kq) "AMC Fight Nights" çempionluq kəmərini müdafiə edib. Sputnik Azərbaycan xəbər verir ki, rusiyalı idmançı Şamil Amirov üzərində texniki nokautla qələbə qazanan həmyerlimiz artıq eyni titulu ikinci dəfədir ki müdafiə edir.

Qeyd edək ki, görüşün ilk iki raundunda idmançımız çətinlik çəkib. Çünki sərbəst güləş üzrə keçmiş Avropa çempionu olmuş Amirov görüş ərzində dəfələrlə mübarizəni döşək üzərinə keçirməyə cəhd edib.

Abbasov isə zərbə fəndlərinə daha çox üstünlük verdiyi üçün rəqibini daim ayaq üstə məsafədə saxlamağa çalışıb.

İkinci raundda parterdə olduğu halda rəqibinə zərbə endirməyə imkan tapmış Abbasov daha sonra üstə çıxaraq onu zərbə atəşinə tutub. Bu raundda rusiyalı idmançını xilas edən raundun bitməsi haqqında zəngin səsi olub.

Görüşün üçüncü hissəsində isə Abbasov demək olar ki, artıq müqavimət göstərməyən rəqibini şapalaqlamaqda davam edib. Raundun ortalarında Amirovun köməkçiləri yetirmələrinin məğlubiyyətini qəbul edərək rinqə dəsmal tullayıblar.

Qeyd edək ki, Abbasovun çempionluğun müdafiəsi uğrunda ilk görüşü ötən ilin sentyabrında olub. Həmin qarşılaşmada həmyerlimiz digər rusiyalı Mixail Qoqitidzeni məğlub edib. Çempionluq kəmərini isə Abbaasov 2019-cu ildə qazaxıstanlı idmançı Kaut Xamidov üzərində xal hesabı ilə qələbədən sonra qazanıb.

11
Rafael Ağayev

Rafael Ağayev əzizini itirdi

46
(Yenilənib 17:07 10.04.2021)
Beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev ən əziz adamını ağır sürən xəstəlikdən itirib.

BAKI, 10 aprel - Sputnik. Karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayevə ağır itki üz verib. Onun anası Ümnisə xanım bu gün dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, xəbəri oxu.az yayıb.

Qeyd edək ki, Rafael Ağayevin anası xərçəng xəstəliyindən əziyyət çəkirdi.

46
Teqlər:
vəfat, ana, Rafael Ağayev
Aşmış ağac

Yevlaxda qovaq ağacı aşdı, obyektler ziyan gördü - FOTO

0
(Yenilənib 11:34 13.04.2021)
Yevlax sakini: “Uşaqlar nəhəng ağac aşmazdan bir neçə dəqiqə əvvəl evə girmişdilər, çox şükür ki, salamat qurtulduq”.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Yağış yağmadı, tufan olmadı, nəhəng ağac nərilti ilə iki hissəyə ayrılıb böyük ərazini əhatə edən yerə aşdı. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlaxın Yuxarı Salamabad kəndində baş verib. Təxminən 60-70 il öncə əkilən qovaq ağacı qəfildən aşaraq 4 kənd sakini - Rza Rüstəmov, Yazgül Baxışova, Elşən İlyasov, Məhəmməd Məmmədovun obyektlərini yararsız hala salıb. Ağacın iri budaqları dam örtüklərini, satışda olan malları sıradan çıxarıb.

Yuxarı Salamabad kənd sakini Ağca Məmmədova Sputnik Azərbaycan-a bildirib ki, həyətində olan ağac aşan zaman qorxub, həyəcan keçirib: “Bir anlıq düşündüm ki, evin üzərinə aşacaq. Həm də orada uşaqlar oynayırdılar, qorxdum ki, onlara xəsarət yetirər. Əvvəlcə bərk səs gəldi, bir tərəfi aşdı, qışqırdım, qonşuları çağırdım. Sonra gördüm ki, ağac iki hissəyə bölünərək aşıb. Çox şükür ki, evimizin üzərinə aşmadı, bəlkə də külək olsaydı, istiqamətini dəyişərdi. Həyətdə olan su kranını, su mühərrikini zədələyib. Tövlənin üstünə düşüb, dam örtüyünü sındırıb. Sevinirəm ki, xəsarət alan olmadı, evimizi dağıltmadı”.

  • Aşmış ağac
    © Sputnik / Rahim Mammadov
  • Aşmış ağac
    © Sputnik / Rahim Mammadov
  • Aşmış ağac
    © Sputnik / Rahim Mammadov
  • Hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Aşmış ağac
    © Sputnik / Rahim Mammadov
1 / 5
© Sputnik / Rahim Mammadov
Aşmış ağac

Sakinlər iddia edirlər ki, aşan qovaq ağacının 60-70 il yaşı olar. Ağac içərisindən çürüdüyündən qəfildən iki yerə ayrılıb və sakinlərə zərər vurub.

Kənd sakini Seymur Cəfərov bildirib ki, ağac aşan zaman xəsarət alan olmasa da, sahibkarlara xeyli ziyan dəyib: “Günortadan keçmişdi, bərk səs eşidildi. Bir də gördük ki, nəhəng qovaq ağacı aşdı. Yaxınlıqda olan 4 sahibkara ciddi ziyan dəyib. Əsasən dam örtükləridir, bir obyektin də divarını zədəliyib. Çox şükür ki, xəsarət alan olmadı. Ağacın budaqları çox qalın və ağırdır, ona görə düşdüyü yeri dağıdıb. Onu da qeyd edim ki, bir il öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacın budaqlarının kəsilməsi barədə sərəncam verilib".

Qovaq digər ağaclara nisbətən o qədər də möhkəmliyi ilə seçilmir. Ağac böyüdükcə müəyyən hissələrində çürümə gedir və onun məhvinə səbəb olur.

0