Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi, arxiv şəkli

Ronaldudan qorxmayın: Azərbaycan millisinin baş məşqçisi Azərbaycandakı həyatından razıdır

522
(Yenilənib 13:42 24.03.2021)
Canni De Byazi: "Xəzər dənizinin sahilində çox gözəl evim var. Hətta deyərdim ki, bu, indiyədək yaşadığım ən yaxşı evdir".

BAKI, 24 mart - Sputnik. Futbol üzrə Azərbaycan millisinin italiyalı baş məşqçisi Canni De Byazi ölkəsinin "Repubblica" nəşrinin suallarını cavablandırıb.

Sputnik Azərbaycan Report-a istinadla həmin müsahibəni təqdim edir...

- Albaniyadan sonra Azərbaycan millisini seçdiniz. Hər şey necə baş verdi?

- Artıq 10 ildən çoxdur İtaliyadan ayrılmışam. Ya bu iki ölkə mənə işimi görməyə şərait yaratdı, ya da özümü başqa yenidən yığmada sınamaq üçün bu addımı atdım.

- Bu işi İtaliyada görə bilməzdiniz?

- Bəzi istisnaları nəzərə almasaq, yox. Məşqçilik çətin işdir. Bunu mərc kimi yaşaya bilməzsən. Kazinoda bir gecədə heç nəyi dəyişmək olmaz. Həyata baxışını dünyaya, futbola, komandaya çatdırmalısan. Hər şey həmişə müvəqqətidirsə, bunu necə etmək olar?

- Azərbaycandakı həyatınızdan razısınız?

- Azərbaycan millisinədək İtaliyada bir neçə təklifi geri çevirdim. Çünki hər şeyin yenə tez bitməsini istəmirdim. Digər yığmalar da məni axtarırdı. Amma həmin vaxt artıq Bakıda idim. Bu şəhər məni yaxşı mənada təəccübləndirdi. Bakıda hər şey məni qane edir. Xəzər dənizinin sahilində çox gözəl evim var. Hətta deyərdim ki, bu indiyədək yaşadığım ən yaxşı evdir.

Həmçinin 6 il Romada oxumuş və italyan dilini fantastik səviyyədə bilən tərcüməçim var. İki gün ərzində çempionat matçlarını canlı izləyirəm.

- Bu qədər?

- Premyer Liqada 8 komanda çıxış edir. Şənbə və bazar günləri ümumilikdə 4 oyuna baxır, istedadlı oyunçuları özüm üçün qeyd edirəm. Digər tərəfdən, bir nəfərdən başqa, yığmanın bütün üzvləri daxili çempionatda çıxış edir. Həmin bir nəfəri (Anatoli Nuriyevi nəzərdə tutur - E.S) Ukraynada tapmışam.

- Bu oyunçulardan yaxşı komanda qurmaq mümkün olacaq?

- Albaniya millisini qəbul edəndə FIFA reytinqində 83-cü yerdə idi. Onları 22-ci sıraya yüksəltdim. Hətta Avropa çempionatında lənətə gəlmiş bir qola görə mübarizəni dayandırdıq. Bu uğuru təkrarlamaq olar. Futbolçularım gəncdir, inkişaf etmək istəyirlər. Onların futbola olan baxışını dəyişdirməyə, bunun həqiqətən ciddi bir oyun olduğunu izah etməyə çalışıram.

- Kriştianu Ronaldunu yaxından görəndə həyəcanlanmayacaqlar?

- Tək Kriştianu deyil, Portuqaliya millisinə qarşı oyun futbolçularım üçün stimul olacaq. Düzdür, rəqib güclüdür, dünya çempionu ola bilər. Amma oyunçularıma Ronaldudan qorxmamağı və aktiv olmağı tapşırmışam. Əks halda, yalnız onların oyununu izləməli olacağıq.

- AFFA-nın sizdən tələbi nədir?

- Oyunçuların düşüncəsini dəyişdirməli və bütün futbol hərəkatını böyütməliyəm. Azərbaycan yaxşı futbol infrastrukturuna malikdir. Bakıda 70 000 azarkjeş tutumuna malik müasir stadion olimpiya stadionu var. Bura böyük iş üçün ideal mühitdir.Amma onları həyəcanlandırmağı bacarmalısan.

522
Nəriman Abbasov, arxiv şəkli

Nəriman Abbasov ikinci dəfə "Fight Nights" çempionluq kəmərini müdafiə edib

10
Azərbaycanlı Nəriman Abbasovla rusiyalı Şamil Amirov arasında görüş üçüncü raundda başa çatıbAzərbaycanlı Nəriman Abbasovla rusiyalı Şamil Amirov arasında görüş üçüncü raundda başa çatıb

BAKI, 12 aprel — Sputnik, Teymur Tuşiyev. Qarışıq əlbəyaxa döyüşlər üzrə həmyerlimiz Nəriman Abbasov Moskvada yüngül çəkidə (70,3 kq) "AMC Fight Nights" çempionluq kəmərini müdafiə edib. Sputnik Azərbaycan xəbər verir ki, rusiyalı idmançı Şamil Amirov üzərində texniki nokautla qələbə qazanan həmyerlimiz artıq eyni titulu ikinci dəfədir ki müdafiə edir.

Qeyd edək ki, görüşün ilk iki raundunda idmançımız çətinlik çəkib. Çünki sərbəst güləş üzrə keçmiş Avropa çempionu olmuş Amirov görüş ərzində dəfələrlə mübarizəni döşək üzərinə keçirməyə cəhd edib.

Abbasov isə zərbə fəndlərinə daha çox üstünlük verdiyi üçün rəqibini daim ayaq üstə məsafədə saxlamağa çalışıb.

İkinci raundda parterdə olduğu halda rəqibinə zərbə endirməyə imkan tapmış Abbasov daha sonra üstə çıxaraq onu zərbə atəşinə tutub. Bu raundda rusiyalı idmançını xilas edən raundun bitməsi haqqında zəngin səsi olub.

Görüşün üçüncü hissəsində isə Abbasov demək olar ki, artıq müqavimət göstərməyən rəqibini şapalaqlamaqda davam edib. Raundun ortalarında Amirovun köməkçiləri yetirmələrinin məğlubiyyətini qəbul edərək rinqə dəsmal tullayıblar.

Qeyd edək ki, Abbasovun çempionluğun müdafiəsi uğrunda ilk görüşü ötən ilin sentyabrında olub. Həmin qarşılaşmada həmyerlimiz digər rusiyalı Mixail Qoqitidzeni məğlub edib. Çempionluq kəmərini isə Abbaasov 2019-cu ildə qazaxıstanlı idmançı Kaut Xamidov üzərində xal hesabı ilə qələbədən sonra qazanıb.

10
Rafael Ağayev

Rafael Ağayev əzizini itirdi

46
(Yenilənib 17:07 10.04.2021)
Beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev ən əziz adamını ağır sürən xəstəlikdən itirib.

BAKI, 10 aprel - Sputnik. Karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayevə ağır itki üz verib. Onun anası Ümnisə xanım bu gün dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, xəbəri oxu.az yayıb.

Qeyd edək ki, Rafael Ağayevin anası xərçəng xəstəliyindən əziyyət çəkirdi.

46
Teqlər:
vəfat, ana, Rafael Ağayev
Bakı metrosunda

"Bakı Metropoliteni"ndə yeni əsaslarla qurulur

0
Təmir-baxış qanovlarında müasir idarəetmə sisteminin tətbiqi, kommutasiya sistemi mərkəzləşmiş formada yeni əsaslarla qurulur

 

BAKI, 12 aprel — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Nərimanov" elektrik deposunda qatarların baxış-təmir sahələrində daha bir texniki yenilik tətbiq edilir. Əsaslı təmir edilərək yenidən qurulan bu sahələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində innovativ tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu barədə "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, qanovlarda qatarların hərəkətini təmin edən 825 V-luq kontakt şəbəkəsi yenidən qurulur. Başqa sözlə, şəbəkədə kommutasiya sisteminin müasirləşməsi üzrə işlər aparılır.

Məsələnin aydın olması üçün qeyd edək ki, baxış-təmir qanovlarında qatarlar 825 V-luq sabit gərginliyi olan yollardakı kimi təmas relsindən deyil, qanovlar yerləşən sahənin tavanında quraşdırılmış təmas şəbəkəsindən alır. Bu isə təhlükəsizlik qaydalarının tələbindən irəli gələn bir məsələdir.

1966-cı ildən fəaliyyətdə olan depoda kommutasiya sisteminin dəyişdirilməsi onun daha müasir və etibarlı sistemlə əvəz edilməsi deməkdir. Bununla iş şəraiti də müasir dövrün tələbinə uyğunlaşdırılır. Görülən tədbirlərlə kontakt şəbəkəsi elementləri də yenilənməklə gücləndirilir və qanovlara yüksək gərginliyin verilməsi prosesi tam avtomatlaşdırılır.

Yeni sistemin tətbiqi ilə hər qanov qarşısında xüsusi təyin edilmiş dolablar qoyulub. Bununla baxış-təmir qanovunda dayanmış qatara sabit gərginlik verilməsi üçün çevirici qolları fırlamaq əvəzinə, sadəcə, komanda düyməsini sıxmaq yetərlidir.

Layihə İtaliyanın "Ropla" şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Hazırda 10 qanovda yüksək gərginlik şəbəkəsinin bütün avadanlıqları, idarəetmə dolabları quraşdırılıb və sistem istifadəyə verilib. Daha 7 qanovda işlərin aparılması üçün hazırlıq tədbirləri davam etdirilir və bu, qanovların əsaslı təmiri prosesi ilə paralel aparılır.

İşlər bununla tamamlanmır. Bütün qanovlarda yeni sistem eyni mərkəzdən idarə olunacaq. Bu istiqamətdə tədbirlər davam etdirilir. İdarəetmə mərkəzində iş başında olan operator otağı tərk etmədən qatarların istənilən baxış-təmir qanovuna gərginliyin verilib-çıxarılmasını avtomatik yerinə yetirə biləcək.

0