Bakı Olimpiya Stadionu, arxiv şəkli

UEFA-nın tələbi yerinə yetməsə, Bakı çempionatdan kənarda qalacaq

29
2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. Oyunların necə keçiriləcəyi hələ də sual altındadır.

BAKI, 17 mart — Sputnik. UEFA prezidenti Aleksander Çeferin AVRO-2020-nin oyunlarının azarkeşlərlə keçiriləcəyini təsdiqləyib.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, 54 yaşlı funksioner bu barədə "Sky Sports" nəşrinə açıqlama verib.

O bildirib ki, yarışın təşkili ilə bağlı bir neçə ssenari mövcuddur:

"İdeal ssenariyə əsasən, Avropa çempionatını 12 şəhərdə keçirəcəyik. Amma bu, mümkün deyilsə, yarış 10 və ya 11 şəhərdə təşkil olunacaq. Bu, bir və ya bir neçə şəhərin tələb olunan şərtlərə cavab verməyəcəyi təqdirdə gerçəkləşəcək. Yeganə təminatımız odur ki, AVRO-2020-nin istənilən matçı boş stadionda keçirilmə ehtimalı istisnadır. Hər bir şəhər fanatların tribunaya buraxılmasını təmin etməlidir".

Sloveniyalı funksioner 12 şəhərdən hansınısa ev sahibliyindən məhrum etmə niyyətində olduğuna dair xəbərləri təkzib edib. O bildirib ki, şəhərlər üçün stadionlarda azarkeşlərlə bağlı son müddət 7 aprelədəkdir. Yekun qərar isə aprelin 20-də veriləcək.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

29
Teqlər:
UEFA, Bakı, AVRO-2020, futbol
Rövşən Binnətli

İdman şərhçisi: “Kim sənə səlahiyyət verib ki, belə bir bəyanat verirsən?!”

70
(Yenilənib 00:51 21.04.2021)
İdman şərhçisi Rövşən Binnətli deyir ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar
Rövşən Binnətli: “Superliqa futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”

UEFA ilə klublar arasında Avropa Superliqasının yaradılması qalmaqalı davam edir. Qitə futbol qurumu Superliqaya qatılacaq klubları sanksiyalarla hədələsə də, klublar istəyindən əl çəkmək niyyətində deyil.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, bu gün Superliqaya qatılmağa razılıq vermiş komandalar tək Avropa qitəsində deyil, həm də dünyanın top komandaları siyahısındadır: “Bu turnirdə iştirak edən klublardan hansılarsa autsayder olacaq. Bu, azarkeşlərin narazılığına gətirib çıxaracaq və sonda klub üçün itkilərlə nəticələnəcək. Ona görə də belə bir liqanın təşkilini futbola xidmət kimi qəbul etmirəm. Düşünürəm ki, bu, futbolda dağıdıcı missiyadır. Bu turnir özlüyündə hər hansı motivasiyaedici xüsusiyyət daşımır və hansısa mərkəzə gedib bağlanmır. Florentino Peres deyir ki, liqada çıxış edən futbolçuların dünya və Avropa çempionatlarında iştiraklarına əngəl olmayacaq. Axı kim sənə bu səlahiyyəti verib ki, belə bir bəyanat verirsən?! Əgər UEFA qərar versə, həmin futbolçular necə iştirak edə bilərlər axı?! Mən düşünürəm ki, bu məsələnin sonunda sağlam düşüncə qalib gələcək. İnanıram ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar. Mənə görə, bu, futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

70
Teqlər:
klublar, UEFA, futbol
AFFA-nın binası, arxiv şəkli

Bu bəyanat Superliqanı elə "beşikdə" boğa bilər...

28
(Yenilənib 14:09 20.04.2021)
"Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul", "Tottenhem" və "Çelsi", "Real" (Madrid), "Barselona", "Atletiko" (Madrid), "Yuventus", "Milan" və "İnter" klubları imzaladıqları müqavilə ilə Super Liqanın yaradıldığını bəyan ediblər.

BAKI, 20 aprel — Sputnik. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) olaraq özündə separatçılığı ehtiva edən istənilən fəaliyyəti şiddətlə qınayırıq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AFFA-nın yaydığı məlumatda bildirilir.

"UEFA aprelin 18-də bəyanat yayaraq bildirib ki, İngiltərə Futbol Assosiasiyası və Premyer Liqa, İspaniya Futbol Federasiyası və La Liqa, İtaliya Futbol Federasiyası və Serie A məlumat əldə edib ki, qeyd olunan çempionatlarda çıxış edən bəzi klublar tərəfindən yeni Super Liqanın yaradılmasının elan olunması gözlənilir.

Həmin gün İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul", "Tottenhem" və "Çelsi", İspaniyanın "Real" (Madrid), "Barselona", "Atletiko" (Madrid), İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları imzaladıqları müqavilə ilə Avropada yeni turnirin – Super Liqanın yaradıldığını bəyan ediblər.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası və Azərbaycan Premyer Liqasında iştirak edən klublar FIFA və UEFA tərəfindən tənzimlənən bütün mövcud Nizamnamə və Əsasnamələrə sadiq olduğunu, bütün futbol yarışlarının beynəlxalq səviyyədə tanınan qanunlar çərçivəsində keçirilməsini, futbolda idman prinsiplərinin rəhbər tutulmasını, mövcud vəziyyətdə UEFA ilə həmrəy olduğunu və və UEFA-nı birmənalı şəkildə dəstəklədiyini bildirir. Avropa futbolunun əsas dəyərləri həmrəylik, ədalətli oyun və sosial məsuliyyətdir və bu proses uzun illərdir uğurla davam edir. Bir daha bəyan edirik ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olaraq özündə separatçılığı ehtiva edən istənilən fəaliyyəti şiddətlə qınayırıq", - deyə məlumatda bildirilir.

28
PPX avtomobili, arxiv şəkli

Məşhur meyxanaçını polis saxlayıb

0
Ötən gün Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı "Quba city" restoranında məclis təşkil edildiyi aşkarlanıb.

BAKI, 21 aprel — Sputnik. Meyxanaçı Rəşad Dağlı polis tərəfindən saxlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, ötən gün Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı "Quba city" restoranında məclis təşkil edildiyi aşkarlanıb. Tədbirdə Rəşad Dağlı da yer alıb.

Meyxanaçı və onun dostları karantin qaydalarını pozublar. Onunla birlikdə məclisdə yer alan 82 nəfər cəzalandırılıb.

0