BAKI, 15 mart — Sputnik, Teymur Tuşiyev. Rusiyanın MOİK və İtaliyanın "Milan" komandalarının keçmiş yarım-müdafiəçisi, yaponiyalı Keysuke Honda Bakının "Neftçi" komandasının bazasında tibbi müayinədən keçirilib. Bu barədə Sputnik-Azərbaycan-a klubun mətbuat xidmətindən məlumat verilib.
Klubun rəsmi YouTube kanalında yerləşdirilmiş videoçarxda görünür ki, idmançı ürək-damar sisteminin hansı fiziki ağırlıqlara tab gətirə biləcəyini bildirən tredmil-testdən keçir.
Yaponiyalı futbolçu şənbə günü, martın 13-ü Bakıya gəlib. Martın 15-də idmançı ilə hazırkı mövsümün sonuna qədər müqavilə imzalanacaq. Tərəflərin qarşılıqlı razılığı əsasında müqavilənin müddətinin uzadıla biləcəyi nəzərdə tutulur.
Xatırladaq ki, Keysuke Honda Yaponiyanın ən uğurlu, Avropada yüksək nəticələrə nail olmuş futbolçularından biridir. Bundan əlavə, bu dəri top ustası Rusiyanın premyer-liqasında meydana çıxmış ilk yaponiyalı futbolçudur.
2010-2013-cü illər ərzində Honda Moskvanın MOİK klubunun şərəfini qoruyub və bu komandada çempionatın qalibi, Kubokun və Superkubokun sahibi olub. MOİK komandasından sonra Honda İtaliyanın "Milan" klubuna keçərək 2014-2017-ci illərdə bu komandada oynayıb və hətta İtaliyanın Superkubokunu da alıb.
Hondanın tərkibində yaşıl meydana çıxdığı son klub Braziliyanın "Botafoqo" klubudur ki, bu klubla da futbolçu müqaviləsini ötən il ləğv edib.
Prezident İlham Əliyev 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam bu mötəbər yarışın ölkəmizdə yüksək səviyyədə keçirilməsinə təkan verəcək: “Bu sərəncam özündə mühim məqamları əks etdirir. Bu sərəncam həm də yerli təşkilat komitəsinin işini rahatlaşdıracaq. Qeyd etməliyik ki, pandemiya ilə əlaqədar olaraq futbol turnirlərinin keçirilməsi üçün qaydalar müəyyənləşdirilib. Burada həm də media ilə iş prinsipində də dəyişiklik var”.
Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 17 aprel - Sputnik. Avro-2020-nin final mərhələsində 2 qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının 8 nəfərlik nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.
Sputnik Azərbaycan AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iki günlük səfər çərçivəsində təşkilatı məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb. Uelsli qonaqlar məşqlərin keçirəcəyi meydanlara və komandanın məskunlaşacağı otelə baxış keçirib, həmçinin SOCAR-ın Bakı Olimpiya Stadionunda olublar.
Qeyd edək ki, Uels milli komandası Avro-2020-nin A qrupunda iyunun 12-də İsveçrə, iyunun 16-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.
BAKI, 18 aprel - Sputnik. Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 547 yeni yoluxma qeydə alınıb.
Sputnik Ermənistan xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.
Ölkədə indiyədək 208 520 nəfər koronavirusa yoluxub.