Braziliya futbolçusu Ronaldinyo Bakıda, arxiv şəkli

Dünyanın ən yaxşı futbolçusu qəmə batdı: əzizini COVID apardı

11
(Yenilənib 14:41 21.02.2021)
Ronaldinyo 71 yaşlı anası Migelinanın xəstəxanaya aparıldığını hələ ötən ilin dekabrında sosial şəbəkədə yazmışdı

BAKI, 21 fevral - Sputnik. Futbol ulduzu Ronaldinyo Qauçonun anası koronavirusdan vəfat edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Mundo Deportivo xəbər yayıb. 

Ronaldinyo 71 yaşlı anası Migelinanın xəstəxanaya aparıldığını hələ ötən il dekabrın 21-də sosial şəbəkədə yazmış, anasının intensiv terapiya şöbəsinə yerləşdirildiyini və həkimlərin tam qayğısı ilə əhatə olunduğunu demişdi. 

​Ronaldinyo 2018-ci ildə futbolçu karyerasına son qoyub. O, 2003-2008-ci illərdə "Barselona"nın heyətində iki dəfə İspaniya çempionu, bir dəfə isə Çempionlar Liqasının qalibi olub.

 

11
Teqlər:
COVID-19, vəfat, ana, Ronaldinyo
Oskar heykəli, arxiv şəkli

Hollivudla əməkdaşlıq edən məşhur idmançı "Oscar" almaq istəyir

13
Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda "üçbucaq" boğma fəndindən istifadə edərək məğlub edib.

BAKI, 22 fevral — Sputnik. Peşəkar karyerasını bitirdiyini elan edən məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov karyerası haqqında film çəkilişləri üçün Hollivudla çalışdığını və "Oscar" qazanmağı planlaşdırdığını söyləyib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, döyüşçü hazırda sənədli film üzərində işləyir: "Təxminən bir il yarım lazımdır. "Oscar" qazanmaq istəyirik. 20 dəqiqə ərzində "Oscar"lıq film çəkmək o qədər də asan deyil. Hollivudla birlikdə işləyirik. Çox güman ki, dərhal kinoteatrlarda nümayiş olunacaq. Bu normal bir hekayədir, dağdan gələn oğlan çəki kateqoriyasından asılı olmayaraq ən yaxşı döyüşçü oldu, məğlub olmadı".

Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda "üçbucaq" boğma fəndindən istifadə edərək məğlub edib. Döyüşdən sonra rusiyalı karyerasını bitirdiyini elan edib. Onun hesabında 29 MMA döyüşündə 29 qələbə, o cümlədən UFC-nin 13 döyüşündə 13 qələbə var.

13
Teqlər:
Oskar, Hollivud, Həbib Nurməhəmmədov
Londonda vəziyyət

Britaniyanın bu niyyəti Bakıya heç sərf etmir

26
Futbol üzrə Avropa çempionatı 2020-ci ilin yayında 12 Avropa şəhərində, o cümlədən Bakıda keçirilməli idi. Ancaq koronavirus pandemiyası planlara mane oldu

BAKI, 21 fevral - Sputnik. Böyük Britaniya Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) futbol üzrə Avro-2020 çempionatının bütün oyunlarının təşkilini üzərinə götürmək niyyətini təklif etmək niyyətindədir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Sunday Times yazır.

Qəzetin məlumatına görə, Böyük Britaniyanın Baş naziri Boris Conson yaşlı əhalinin vaksinasiyasının müddətinin bir ay əvvələ çəkiləcəyini deyib - peyvəndlənmə iyulun 31-dək aparılacaq ki, azarkeşlər stadionlara qayıda bilsinlər.

Futbol üzrə Avropa çempionatı 2020-ci ilin yayında 12 Avropa şəhərində - Amsterdam, Bakı, Bilbao, Budapeşt, Buxarest, Qlazqo, Dublin, Kopenhagen, London, Münhen, Roma və Sankt-Peterburqda keçirilməli idi. Ancaq koronavirus pandemiyası səbəbindən çempionat 2021-ci ilin yayınadək təxirə salındı.

Bundan əvvəl bildirilib ki, UEFA Avropa çempionatının keçirilmə tarixini artıq təsdiqləyib.

26
Teqlər:
Bakı, Azərbaycan, Böyük Britaniya, Avropa, çempionat, futbol, AVRO-2020
13 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, arxiv şəkli

Əfv Komissiyasında yenilik

0
(Yenilənib 13:02 27.02.2021)
"Əfv Komissiyasında Ombudsman da iştirak edir. Hesab edirəm ki, bu da çox mühüm yenilikdir" - Əliməmməd Nuriyev

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. İclasda əfvlə bağlı müraciətlərə baxılacaq. Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında Komissiyanın iclaslarına start verildiyini, hazırda iclasa getdiyini bildirib.

Ə.Nuriyev söyləyib ki, Əfv Komissiyasına xeyli sayda müraciətlər var. Onun sözlərinə görə, artıq komissiyanın üçüncü iclası olub: "İclasda müzakirələr üçün hərtərəfli şərait yaradılıb. Bu gün Əfv Komissiyasında dövlət orqanlarının rəhbərlərinin, parlament üzvlərinin, vətəndaş cəmiyyətinin nümayəndələri ilə yanaşı, Ombudsman da iştirak edir. Hesab edirəm ki, bu da çox mühüm yenilikdir. Onun Əfv Komissiyasında təmsil olunması, iştirakı çox vacibdir. Cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edəcək şəxslər burada təmsil olunurlar".

Ə.Nuriyev bildirib ki, indiyədək komissiyanın keçirdiyi 3 iclasda daxil olan müraciətlərin 300-dən çoxuna baxılıb. O, bütün müraciətlərə xüsusi həssaslıqla baxıldığını qeyd edib. Bildirib ki, hər bir müraciət çox diqqətlə araşdırılır: "Komissiyanın əsasnaməsinə uyğun olaraq müzakirələr aparılır və qiymətləndirmə həyata keçirilir. Əsasnaməyə görə, müraciətə baxılarkən kriteriyalar nəzərə alınmalıdır. Edilən cinayətin təhlükəsi və ağırlıq dərəcəsinə diqqət yetirilir. Cinayətə yol vermiş şəxsin şəxsiyyəti də nəzərə alınır.

Əfv üçün müraciət etmiş şəxslərin səhhəti, yaşı, ailə vəziyyəti, öz əməlindən peşmançılıq çəkməsi, məhbus olduğu müddətdə özünü necə aparması, ziyan varsa, bu ziyanı nə dərəcədə ödəməsi, həmçinin cəzanın nə qədər müddətinin qalması kimi hallar diqqətdə saxlanılır. Dövlətin və cəmiyyətin maraqları, həmin şəxsin azad edilməsinin dövlət və cəmiyyətin maraqlarına nə dərəcədə təsiri də mühüm amillərdən sayılır. Yekunda bunlar nəzərə alınıb qərar qəbul olunur".

Ə.Nuriyev yekun qərarın ölkə prezidenti tərəfindən verildiyini söyləyir. Onun sözlərinə görə, prezident əfv etmək qərarını verə bilər: "Güman edirəm ki, Əfv Komissiyası Novruz bayramına qədər bu işlərinin öhdəsindən uğurla gələcək. Qeyd edim ki, cənab prezidentin dövründə 35 əfv sərəncamı imzalanıb. Bu sərəncamlarla beş mindən artıq şəxs azad olunub. Bu böyük humanizmin nümunəsidir. Biz ölkə prezidentinin fəaliyyətində hər zaman bu humanizm prinsipinin şahidi oluruq".

0
Teqlər:
ombudsman, yenilik, Əfv Məsələləri Komissiyası, əfv