Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov "Opera Euro Rapid" turnirinin yarımfinalında

461
Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Niderland qrossmeysteri Aniş Giri ilə növbəti görüşü baş tutub. İlk qarşılaşmada olduğu kimi, yenə 2:2 hesabı qeydə alınıb. Buna görə şahmatçılar blitsdə zəkalarını yoxlayıblar

BAKI, 11 fevral - Sputnik. “Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində pley-off mərhələsinə yekun vurulub.

Sputnik Azərbaycan apasport.az-a istinadən bildirir ki, mükafat fondu 100 min ABŞ dolları olan yarışın beşinci günündə 1/4 final mərhələsinin ikinci matçları keçirilib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Niderland qrossmeysteri Aniş Giri ilə növbəti görüşü baş tutub. İlk qarşılaşmada olduğu kimi, yenə 2:2 hesabı qeydə alınıb. 

Hesab bərabər olduğundan şahmatçılar blitsdə zəkalarını yoxlayıblar. 2 oyundan ibarət mübarizədə qrossmeysterimiz üstün olub (1,5:0,5) və növbəti mərhələyə yüksəlib. 

Onun yarımfinaldakı rəqibi ABŞ təmsilçisi Uesli So olacaq. Digər 1/2 final görüşündə isə Maqnus Karlsenlə (Norveç) Maksim Vaşye-Laqrav (Fransa) üz-üzə gələcəklər. 
 Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq. Yarımfinal matçları isə fevralın 11-12-də olacaq. 

“Opera Euro Rapid”
1/4 final, ikinci matç
10 fevral
Aniş Giri (Niderland) – Teymur Rəcəbov (Azərbaycan) - 2:2 (0,5:0,5, 0,5:0,5, 0,5:0,5, 0,5:0,5)
Tay-brek: 0,5:1,5 (0,5:0,5, 0:1)
İlk oyun: 2:2 (0,5:0,5, 0,5:0,5, 0:1, 1:0)

461
Teqlər:
yarımfinal, turnir, şahmat, Teymur Rəcəbov
Formula-1 üzrə Azərbaycan Qran-prisi, arxiv şəkli

Ciddi məhdudiyyət: Bakıda "Formula-1"də azarkeşlər yerli TV olmayacaq

19
(Yenilənib 22:58 02.03.2021)
Azərbaycan Qran-prisinin təşkilatçıları bu il paytaxtımızda "kral yarışları"nın necə keçiriləcəyindən danışıblar.

BAKI, 2 mart — Sputnik, Teymur Tuşiyev. "Formula 1"in Azərbaycan Qran-prisinin reqlamentində bir sıra dəyişikliklər baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baku City Circuit (BCC) əməliyyat şirkətinin brifinqində məlumat verilib.

"Formula 1" Azərbaycan Qran-prisi bu ilin 4-6 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq. Keçən il yarış koronavirus pandemiyası səbəbindən baş tutmamışdı. Epidemiya əleyhinə tədbirlərlə əlaqədar olaraq, yarışın Bakı mərhələsi tamaşaçısız keçiriləcək, buna görə stendlərin və əyləncə zonasının inşası nəzərdə tutulmur və konsertlər də təxirə salınır. Bundan başqa, həftəsonları mükafatlandırma mərasimləri sadələşdirilmiş formada, yarış iştirakçıları üçün mətbuat konfransları isə onlayn keçiriləcək.

Azərbaycan Qran-prisinin təşkilatçıları azarkeşlər olmasa da yarışın Bakıda keçirilməsinin vacibliyini vurğulayıblar.

"Bu qədər ciddi məhdudiyyətləri nəzərə alsaq, ortaya belə bir sual çıxa bilər: bu şəraitdə yarışı keçirməyin nə mənası var? Bildiyiniz kimi, "Formula 1" yarışları ölkənin turizm potensialını nümayiş etdirir, buna görə də onun keçirilməsi böyük əhəmiyyət daşıyır ", – deyə BCC-dən bildirilib.

Yeri gəlmişkən, BCC-nin Azərbaycan Qran-prisini keçirməkdən imtina etməməsinin daha bir səbəbi əks halda təşkilatçıların cərimə ödəməli olmasıdır. Cərimənin məbləği isə açıqlanmayıb.

Məhdudiyyətlər KİV nümayəndələrindən də yan keçməyib. Sosial məsafəyə riayət olunması qaydalarına görə, mətbuat mərkəzində jurnalistlər üçün yerlərin sayının 400-dən 150-yə endirilməsi nəzərdə tutulub. Həmin yerlər xarici və yerli jurnalistlər arasında bərabər şəkildə bölünəcək. Bununla belə, yerli telekanallar və radiolar Azərbaycan Qran-prisi üçün akkreditasiya əldə edə bilməyəcəklər.

Təşkilatçılar treklərin hazırlanması ilə bağlı əsas işlərin bu ilin may ayında yerinə yetiriləcəyi, bununla əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını də bildiriblər.

Eyni zamanda, qeyd ediblər ki, könüllülərdən müraciətlərin qəbulu artıq başa çatıb. Bu prosesə start veriləndən sonrakı 60 saat ərzində könüllülərdən təxminən yeddi min ərizə daxil olub. Marşallardan da ərizə qəbulu yekunlaşıb.

Qeyd edək ki, bu il marşalların sayı 150 nəfər artırılacaq.

19
Teqlər:
Formula-1 yarışı, Formula 1
Oskar heykəli, arxiv şəkli

Hollivudla əməkdaşlıq edən məşhur idmançı "Oscar" almaq istəyir

13
Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda "üçbucaq" boğma fəndindən istifadə edərək məğlub edib.

BAKI, 22 fevral — Sputnik. Peşəkar karyerasını bitirdiyini elan edən məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov karyerası haqqında film çəkilişləri üçün Hollivudla çalışdığını və "Oscar" qazanmağı planlaşdırdığını söyləyib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, döyüşçü hazırda sənədli film üzərində işləyir: "Təxminən bir il yarım lazımdır. "Oscar" qazanmaq istəyirik. 20 dəqiqə ərzində "Oscar"lıq film çəkmək o qədər də asan deyil. Hollivudla birlikdə işləyirik. Çox güman ki, dərhal kinoteatrlarda nümayiş olunacaq. Bu normal bir hekayədir, dağdan gələn oğlan çəki kateqoriyasından asılı olmayaraq ən yaxşı döyüşçü oldu, məğlub olmadı".

Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda "üçbucaq" boğma fəndindən istifadə edərək məğlub edib. Döyüşdən sonra rusiyalı karyerasını bitirdiyini elan edib. Onun hesabında 29 MMA döyüşündə 29 qələbə, o cümlədən UFC-nin 13 döyüşündə 13 qələbə var.

13
Teqlər:
Oskar, Hollivud, Həbib Nurməhəmmədov
Oğlan, arxiv şəkli

Daha bir telefon mağazasından oğurluq olub

0
Yasamal ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.

BAKI, 4 mart — Sputnik. Yasamalda telefon mağazasından 10.000 manat dəyərində mobil telefon, moped və 2 ədəd motosiklet oğurlayan şəxslər saxlanılıblar. Bu bardəə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə “Yamaha” və “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.

Faktla bağlı 27-ci Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

0