Ağır atletika, arxiv şəkli

Azərbaycanlı olimpiya çempionu fırıldaqçılıqda günahlandırılır

1104
Qazaxıstanı təmsil edən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov ona ünvanlanan ittihamlarla razı olmadığını açıqlayıb.

BAKI, 5 fevral - Sputnik. "Mənə qarşı irəli sürülən ittihamlarla bağlı icraatın hər mərhələsi barədə ətraflı məlumat verəcəyəm".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Qazaxıstanı təmsil edən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov öz "Instaqram" hesabında yazıb.

28 yaşlı idmançı 2016-cı ildə dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə günahlandırılır. Rəhimov günahsız olduğunu sübut etmək üçün Qazaxıstan Ağırlıqqaldırma Federasiyasına müraciət ünvanlandığını yazıb:

"Məni dəstəklədiyi üçün prezident Janat Rəşidoviç Tusupbekova təşəkkür edirəm. Bu anda məni tək qoymadılar. Bunun özü çox qiymətlidir".

Təcrübəli ağırlıqqaldıranın sözlərinə görə, federasiya onun üçün peşəkar vəkillər tutub:

"Hazırda işə başlamışıq və məlum olub ki, ittiham edən tərəf bütün lazımi sənədləri təqdim etməyib. Bu, qəribədir, çünki məni dəlil olmadan ittiham edirlər. Buna görə vəkil sənədi tələb etdi və son tarixin təxirə salınmasını istədi. Bir daha demək istəyirəm ki, ittihamla razı deyiləm. Çünki heç qayda pozuntusu etməmişəm. Bu məsələdə sonadək getmək niyyətindəyəm. 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında məni bir neçə dəfə yoxladılar. Olimpiadaya yollanmamışdan öncə Qazaxıstan Milli Olimpiya Komitəsinin nəzarəti altında testdən keçdik və Ümumdünya Antidopinq Agentliyinin Almaniyadakı laboratoriyasına göndərdik. Bütün testlər təmiz idi, yəni qələbəmiz də təmiz idi".

Rəhimov onu da qeyd edib ki, bu aralar dostlarından çoxlu dəstək mesajları alır.

"Çox təşəkkür edirəm. Siz belə çətin anda mənə böyük kömək edirsiniz. Ən yaxşısına ümid edəcəyik. Hamıya minnətdaram", - olimpiya çempionu yazıb. 

Qeyd edək ki, Nicat Rəhimov 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub. Ağırlıqqaldıran Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.

1104
Uruqvaylı futbolçu Franko Akosta (mavi formada), arxiv şəkli

Məşhur ispan futbolçu çayı keçərkən yoxa çıxıb

15
(Yenilənib 11:38 07.03.2021)
Dənizdə xilasetmə və axtarış üzrə koordinasiya mərkəzi həmin əraziyə hərbçiləri və dəniz piyadalarını çıxarıb. Ölkənin Hərbi Dəniz Qüvvələri futbolçunu axtardıqlarını açıqlayıb.

BAKI, 7 mart — Sputnik. İspaniyanın "Vilyarreal" klubunun sabiq futbolçusu vətəni Franko Akosta Uruqvayda çayı keçməyə cəhd edərkən itkin düşüb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Uruqvay dənizçiləri və polisləri 25 yaşlı hücumçunun axtarışına başlayıblar.

Hadisə martın 6-da gündüz saatlarında baş verib. Akosta Kanelones departamentində qardaşı ilə çayı keçmək istəyərkən, yoxa çıxıb. Polisi məhz onun qardaşı məlumatlandırıb.

Dənizdə xilasetmə və axtarış üzrə koordinasiya mərkəzi həmin əraziyə hərbçiləri və dəniz piyadalarını çıxarıb. Ölkənin Hərbi Dəniz Qüvvələri futbolçunu axtardıqlarını açıqlayıb.

Qeyd edək ki, Franko Akosta 2020-ci ilin yayından Uruqvayın "Atenas" komandasının formasını geyinir. Hazırda onun transfer məbləği 125 min avro qiymətləndirilir.

15
Formula-1 üzrə Azərbaycan Qran-prisi, arxiv şəkli

Ciddi məhdudiyyət: Bakıda "Formula-1"də azarkeşlər yerli TV olmayacaq

22
(Yenilənib 22:58 02.03.2021)
Azərbaycan Qran-prisinin təşkilatçıları bu il paytaxtımızda "kral yarışları"nın necə keçiriləcəyindən danışıblar.

BAKI, 2 mart — Sputnik, Teymur Tuşiyev. "Formula 1"in Azərbaycan Qran-prisinin reqlamentində bir sıra dəyişikliklər baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baku City Circuit (BCC) əməliyyat şirkətinin brifinqində məlumat verilib.

"Formula 1" Azərbaycan Qran-prisi bu ilin 4-6 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq. Keçən il yarış koronavirus pandemiyası səbəbindən baş tutmamışdı. Epidemiya əleyhinə tədbirlərlə əlaqədar olaraq, yarışın Bakı mərhələsi tamaşaçısız keçiriləcək, buna görə stendlərin və əyləncə zonasının inşası nəzərdə tutulmur və konsertlər də təxirə salınır. Bundan başqa, həftəsonları mükafatlandırma mərasimləri sadələşdirilmiş formada, yarış iştirakçıları üçün mətbuat konfransları isə onlayn keçiriləcək.

Azərbaycan Qran-prisinin təşkilatçıları azarkeşlər olmasa da yarışın Bakıda keçirilməsinin vacibliyini vurğulayıblar.

"Bu qədər ciddi məhdudiyyətləri nəzərə alsaq, ortaya belə bir sual çıxa bilər: bu şəraitdə yarışı keçirməyin nə mənası var? Bildiyiniz kimi, "Formula 1" yarışları ölkənin turizm potensialını nümayiş etdirir, buna görə də onun keçirilməsi böyük əhəmiyyət daşıyır ", – deyə BCC-dən bildirilib.

Yeri gəlmişkən, BCC-nin Azərbaycan Qran-prisini keçirməkdən imtina etməməsinin daha bir səbəbi əks halda təşkilatçıların cərimə ödəməli olmasıdır. Cərimənin məbləği isə açıqlanmayıb.

Məhdudiyyətlər KİV nümayəndələrindən də yan keçməyib. Sosial məsafəyə riayət olunması qaydalarına görə, mətbuat mərkəzində jurnalistlər üçün yerlərin sayının 400-dən 150-yə endirilməsi nəzərdə tutulub. Həmin yerlər xarici və yerli jurnalistlər arasında bərabər şəkildə bölünəcək. Bununla belə, yerli telekanallar və radiolar Azərbaycan Qran-prisi üçün akkreditasiya əldə edə bilməyəcəklər.

Təşkilatçılar treklərin hazırlanması ilə bağlı əsas işlərin bu ilin may ayında yerinə yetiriləcəyi, bununla əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını də bildiriblər.

Eyni zamanda, qeyd ediblər ki, könüllülərdən müraciətlərin qəbulu artıq başa çatıb. Bu prosesə start veriləndən sonrakı 60 saat ərzində könüllülərdən təxminən yeddi min ərizə daxil olub. Marşallardan da ərizə qəbulu yekunlaşıb.

Qeyd edək ki, bu il marşalların sayı 150 nəfər artırılacaq.

22
Teqlər:
Formula-1 yarışı, Formula 1
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0