Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda keçirilməsi planlaşdırılan Dünya Kubokunu ləğv etdilər

© Sputnik / Valery Melnikov / Mediabanka keçidПрыжки на батуте, фото из архива
Прыжки на батуте, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
X aerobika gimnastikası üzrə dünya yaş qrupu müsabiqələri də Bakıda keçiriləcək. Sözügedən müsabiqələr 21-23 mayda baş tutacaq. XVI aerobika gimnastikası üzrə dünya çempionatı da bu yarışdan sonra - 27-29 mayda olacaq

BAKI, 8 yanvar — Sputnik. Fevralda Bakıda keçirilməli olan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ləğv olunub.

Sputnik Azərbaycan xəbər verir ki, ləğvə səbəb dünyada pandemiyanın davam etməsidir.

Bununla belə, 2021-ci ildə Bakıda keçiriləcək digər yarışlar öz qüvvəsində qalıb.

Belə ki, alətlərlə idman gimnastikası üzrə Dünya Kuboku (4-7 mart) Bakıda keçiriləcək. Eyni zamanda həmin vaxt Azərbaycan Gimnastika Federasiyasının ənənəvi keçirdiyi "AGF Junior Trophy" turniri də baş tutacaq. Bu yarışlar Olimpiadaya lisenziya qazandırmayacaq.

Daha bir Dünya Kuboku 7-9 mayda Milli Gimnastika Arenasında keçiriləcək. Bu, bədii gimnastika üzrə olacaq.

IX aerobika gimnastikası üzrə dünya yaş qrupu müsabiqələri də Bakıda keçiriləcək. Sözügedən müsabiqələr 21-23 mayda baş tutacaq. XVI aerobika gimnastikası üzrə dünya çempionatı da bu yarışdan sonra - 27-29 mayda olacaq.

Xəbər lenti
0