CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Futbolçuya Səudiyyə Ərəbistanından astronomik qiymət qoyulub

© AP Photo / Bernat ArmangueДиего Коста, фото из архива
Диего Коста, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Adı "Qalatasaray", "Fənərbaxça" və "Başakşehir"lə hallanan Dieqo Kosta üçün Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu təklif göndərib. Klub futbolçuya 17 milyon avro maaş təklif edib.

BAKI, 6 yanvar — Sputnik. Madrid "Atletiko"su ilə müqaviləsinə son qoyan və adı Türkiyə klubları ilə hallanan Dieqo Kostaya Səudiyyə Ərəbistanından cəlbedici təklif gəlib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, adı "Qalatasaray", "Fənərbaxça" və "Başakşehir"lə hallanan Dieqo Kosta üçün Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu təklif göndərib. Klub futbolçuya 17 milyon avro maaş təklif edib. Lakin Dieqo Kosta bu astronomik təklifə isti baxmayıb və karyerasını Avropada davam etdirmək istədiyini bildirib.

 

Xəbər lenti
0