Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"İnter Bakı"nın keçmiş prezidenti: "Azərbaycanın qələbəsi Ağdamdakı oyundan başladı"

© AP Photo / Petros KaradjiasФутболисты, фото из архива
Футболисты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"İnter Bakı" futbol klubunun keçmiş prezidenti Georgi Nikolov rəhbərlik etdiyi komanda ilə "Qarabağ" arasında təmas xəttindən bir neçə kilometr uzaqlıqda keçirilən oyunu yada salıb.

BAKI, 10 noyabr — Sputnik, Teymur Tuşiyev. "İnter Bakı" (Hazırda "Keşlə" komandası adlanır) futbol klubunun keçmiş prezidenti, milliyətcə bolqar olan Georgi Nikolov belə hesab edir ki, Azərbaycanın Dağlıq Qarabağdakı işğal altında olan torpaqların azad edilməsi ilə bağlı əldə etdiyi uğurlar hələ Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən futbol oyunundan başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nikolov özü "Facebook" səhifəsində yazıb. O, sosial şəbəkədə paylaşdığı statusu Azərbaycan dilində yazdığı "Azərbaycana eşq olsun!" sözləri ilə tamamlayıb.

"İnter Bakı" futbol klubunun keçmiş prezidenti 2009-cu ilin yazında Quzanlı qəsəbəsində baş tutmuş oyunu yada salaraq "2009-cu ilin həmin yaz gününü çox yaxşı xatırlayıram. O gün mənim "İnter Bakı" komandam Ağdamın Quzanlı qəsəbəsində "Qarabağ" klubu ilə futbol mövsümünün ən əhəmiyyətli oyunlarından birini keçirmişdi. Özü də oyun təmas xəttindən cəmi bir neçə kilometr aralıda baş tutmuşdu", – deyə Nikolov qeyd edib.

O belə hesab edir ki, Azərbaycanın hazırkı uğurları məhz həmin vaxtdan başlayıb. "Azərbaycanın qələbəsi 2009-cu ilin həmin günündən, tamamilə ziyansız futbol mübarizəsindən başlayıb. Millət, ölkə, hökumət açıq şəkildə göstərdi ki, əsla işğal faktı ilə, ədalətsizliklə barışmayacaqlar. Dostlar, odur ki, bir neçə gün bundan əvvəl qədim paytaxt – Şuşa şəhərinin azad edilməsi sizin sarsılmaz inancınızın və iradənizin nümunəsidir", – deyə Nikolov qeyd edib.

Xatırladaq ki, Georgi Nikolov 8 il müddətində "İnter Bakı"ya rəhbərlik edib və 2015-ci ildə istefaya göndərilib.

Xəbər lenti
0