Nuqzar Kvirtiya və İnna kvirtiya, arxiv şəkli

Məşhur futbolçudan Azərbaycan xalqına dəstək - "Erməni, təxribatını dayandır"

301
(Yenilənib 19:59 05.10.2020)
Cütlük ermənilərin Azərbaycanda xarici ölkə vətəndaşlarının dini diskriminasiyaya məruz qalması ilə bağlı səsləndirdiyi fikirlərin yalan olduğunu bildirib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 5 oktyabr — Sputnik. AVRO-2020-nin Bakı şəhəri üzrə fristayleri, veteran futbolçu Nuqzar Kvirtiya və xanımı İnna Kvirtiya son vaxtlar Ermənilərin törətdiyi təxribatlara cavab veriblər.

Sputnik Azərbaycan xəbər verir ki, hər iki şəxs "Facebook" vasitəsilə xaricdə yaşayan dostlarına və izləyicilərinə videomüraciət edib.

Onlar ermənilərin Azərbaycanda xarici ölkə vətəndaşlarının dini diskriminasiyaya məruz qalması ilə bağlı səsləndirdiyi fikirlərin yalan olduğunu bildiriblər.

10 ildən artıq Azərbaycanda yaşayan cütlük indiyədək heç vaxt dini baxışlarına görə təzyiqlə üzləşmədiklərini vurğulayıblar.

N.Kvirtiya və İ.Kvirtiya sonda "Erməni, təxribatını dayandır!" çağırışı ediblər.

N.Kvirtiya ötən gün ermənilərin Gəncəni atəşə tutması nəticəsində yaralanan erməni əsilli Karina Qriqoryan haqqında da fikir bildirib: "Karina Qriqoryan öz həmkarları tərəfindən yaralandı. Azərbaycanlılar isə onu çiyinləri üzərində xilas etdilər. Karina illərdir Gəncədə hüzur içində yaşayır. Azərbaycan tolerant bir ölkədir, burada xristianlara və digər millətlərə qarşı zorakılıq yoxdur".

Nuqzar Kvirtiya bildirib ki, 11 il Azərbaycanda yaşayıb. Həyat yoldaşı ilə burada tanış olub, evlənib. Qızı Qabi də burada doğulub. Azərbaycan haqqında xoş fikir söyləyən futbolçu: "Qarabağ Azərbaycanın tarixi bölgəsidir. Azərbycan 30 il öncə öz torpaqlarını azad edə bilərdi, fəqət 1994-cü ildə tərəflər arasında atəşkəs elan olundu. Amma illər boyunca Yerəvan işğal edilmiş bölgələri sülh şəraitində azad etməməyi qərarını verdi. Azərbaycan hər zaman sülh şəraitində yaşamağı üstün tutub. Amma 27 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən atəşkəs pozuldu", - deyib.

Qeyd edək ki, Nuqzar Kvirtiya Azərbaycanda AZAL, "Turan" və "Şüvəlan" komandalarının formasını geyinib.

301
Teqlər:
Nuqzar Kvirtiya, məşhur futbolçu, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
İstanbul "Ya Qarabağ, ya ölüm" sədalarıyla coşdu - FOTO
Beşiktaş futbol klubundan Azərbaycana dəstək
Gürcü dostlarımızdan musiqili hədiyyə: "Sevgili Azərbaycan..." - VİDEO
Bakı bu gecə yatmır: kəndlərin azad olunması xəbəri paytaxtı coşdurdu - VİDEO
İranda yaşayan azərbaycanlı kinematoqrafçılardan dəstək gəldi
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub - FOTO

20
UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə "Anri Delone kuboku" da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq.

 

BAKI, 7 may — Sputnik. Bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin Kubok turu çərçivəsində Avropa çempionatının kuboku Bakıya gətirilib.

Sputnik Azərbaycan xəbər verir ki, mayın 7-dən 9-dək Bakıda nümayiş olunacaq Avropa çempionatının kuboku Prezident İlham Əliyevə təqdim edilib.

© Official website of President of Azerbaijan Republic
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə "Anri Delone kuboku" da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq. Kubok Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagenə aparılacaq.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

20
Teqlər:
İlham Əliyev, kubok, AVRO-2020
Laurel Habbard, arxiv şəkli

Transgenderlər Olimpiya oyunlarına ayaq aça bilərlər

12
(Yenilənib 08:18 07.05.2021)
Laurel Habbard 12 il əvvəl əməliyyat etdirərək cinsini dəyişdirib və kişiliklə vidalaşaraq zərif cinsin nümayəndəsinə çevrilib. İdmançı beynəlxalq yarışlarda iki qızıl və bir gümüş medala sahib olub.

BAKI, 7 may — Sputnik. Yeni Zelandiyalı ağır atlet Laurel Habbard Olimpiya oyunları tarixində yarışlarda iştirak edəcək ilk transgender (cinsini dəyişmiş insan) ola bilər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, 43 yaşlı, əvvəllər kişi olmuş Habbard hələ Yeni Zelandiya yığmasına rəsmən daxil edilməyib. Lakin buna rəğmən Beynəlxalq Olimpiya Komitəsi (BOK) yarışlarda iştiraka dair qaydalara dəyişikliklər etdikdən sonra idmançının super-ağır çəki kateqoriyasında yarışlarda iştirakı məsələsi demək olar ki, həll olunub.

"The Guardian" məcmuəsi yazır ki, BOK hətta yumurtalıqların kəsilib götürülməsi əməliyyatı etmədən də cinsini dəyişdirən idmançılara yarışlarda iştirak etməyə icazə verib. Bunu üçün şərt olaraq son on iki ay ərzində testesteron miqdarının bir litrdə 10 nanomol həddini keçməməsidir.

Xatırladaq ki, 2019-cu ildə Habbard bir sıra ictimai təşkilatların qınaq obyektinə çevrilib. Qeyd olunub ki, hazırda faktiki qadın olmağına baxmayaraq, o kişilərə aid olan "fiziki üstünlüklərdən" istifadə edir.

Qeyd edək ki, Habbard 12 il əvvəl əməliyyat etdirərək cinsini dəyişdirib və kişiliklə vidalaşaraq zərif cinsin nümayəndəsinə çevrilib. İdmançı bundan əvvəl də ağır atletika ilə məşğul olub və beynəlxalq yarışlarda iki qızıl və bir gümüş medala sahib olub.

12

Sabah Bakıda güclü külək əsəcək, yağış yağacaq

0
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

BAKI, 9 may - Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq. Bakıda gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq.

Havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

0