"Qarabağ"ın Avropa Liqası qrup mərhələsindəki rəqibləri bilindi

55
(Yenilənib 15:59 02.10.2020)
Püşkə görə "Qarabağ"-ın qrup mərhələsindəki rəqibləri "Vilyarreal" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail) və "Sivasspor" (Türkiyə) klubları olacaq.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup məhələsindəki rəqibləri məlum olub. Sputnik Azərbaycan xəbər verir ki, qrup mərhələsinin püşkatması İsveçrənin Nyon şəhərində baş tutub.

Püşkə görə "Qarabağ"-ın qrup mərhələsindəki rəqibləri "Vilyarreal" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail) və "Sivasspor" (Türkiyə) klubları olacaq.

Qeyd edək ki, cari mövsümdə mübarizəyə Çempionlar Liqasında başlayan Ağdam klubu Şimali Makedoniyanın "Sileks" (4:0), Moldovanın "Şerif" (2:1) və Norveçin "Molde" (0:0, pen.5:6) klubları ilə görüşüb. Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya" təmsilçimiz 0:3 hesabı ilə rəqibinə qalib gəlib.

55
Yelena Parxomenko

Yelena Parxomenko: Özümü azərbaycanlı hesab edir Qarabağda qələbə gözləyirəm

70
(Yenilənib 13:24 28.10.2020)
Voleybol üzrə Azərbaycan millisinin sabiq üzvü Yelena Parxomenko azərbaycanlı əsgərlərə dəstəyini bildirib

BAKI, 28 oktyabr – Sputnik, Teymur Tuşiyev. Azərbaycanın qadınlardan ibarət voleybol millisinin sabiq üzvü Yelena Parxomenko Qarabağda əks-hücum əməliyyatları yerinə yetirən Silahlı Qüvvələrimizdən böyük uğurlar gözləyir. Bu barədə o, bacısı Oksana Kurt-Parxomenkonun Facebook sosial şəbəkəsində yerləşdirdiyi müraciətində deyib.

Yelena Parxomenko Bakıda doğulub. Atası ukraynalı, anası rusdur. Buna rəğmən, millimizin sabiq üzvü özünü azərbaycanlı hesab edir.

© Photo : Courtesy of Yelena Parkhomenko
Yelena Parxomenko

“Azərbaycan – mənim Vətənimdir. Valideynlərim, bacım, mən – burada doğulmuşuq. Bütün qəlbimlə Azərbaycanın yanındayam. Bəziləri deyə bilərlər ki, mən ukraynalıyam, amma yox, Mən Azərbaycanda doğulmuşam, bura mənim ölkəmdir və özümü azərbaycanlı sayıram”, - Parxomenko deyib.

© AFP 2020 / KAZUHIRO NOGI
Yelena Parxomenko

Azərbaycan millisinin heyətində beynəlxalq yarışlara Parxomenko 1996-cı ildən çıxmağa başlayıb. O, həmçinin Azərbaycanın “Azərreyl”, “Lokomotiv” və “Azəryol” komandalarında da forma geyinib.

© Photo : Courtesy of Yelena Parkhomenko
Yelena Parxomenko

Keçmiş voleybolçu vurğulayıb ki, bəzi başqa dövlətlərdən fərqli olaraq, Azərbaycanda heç vaxt dini problem olmayıb.

“Bir xristian kimi deyə bilərəm ki, bu gün Azərbaycanda siz məscidə də, kilsəyə də, sinaqoqa da gedə bilərsiniz. Bizdə katolik və pravoslav kilsələri var. Hətta Salyan kazarmasının yanındakı kilsəmizin mesenatının da azərbaycanlı olduğunu bilirəm. Bizim ölkəmiz tamamilə tolerant və dünyəvidir”, - Parxomeko qeyd edib.  

Azərbaycan millisinin sabiq üzvü bütün ön cəbhə boyu əks-hücum əməliyyatı aparan əsgərlərimizə dəstəyini bildirib.

© AFP 2020 / TOSHIFUMI KITAMURA
Yelena Parxomenko

“İstəyirəm ki, dövlətimizi qoruyan əsgərlərimiz bilsinlər ki, burada, Bakıda, hər bir evdə onlara inanır, onlardan qələbə gözləyirlər. Biz həmişə onlarlayıq. Qarabağ Azərbaycandır!” – deyə Parxomenko əlavə edib.  

70
Teqlər:
Karabakh is Azerbaijan, Qarabağ, Yelena Parxomenko, milli yığma, voleybol, azərbaycanlı, dəstək, Azərbaycan Ordusu
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Məşhur futbolçudan Azərbaycan xalqına dəstək - "Erməni, təxribatını dayandır"
Alpinistlər hərbçilərimizə dəstək məqsədilə Azərbaycanın ən yüksək zirvəsinə qalxıblar
Bir ailədən üç əsgər ön cəbhədə: Tat icması qələbə xəbərini dörd gözlə gözləyir – video
Rusiyalı stilistdən Azərbaycana dəstək
İsraildən Azərbaycana qardaş yardımı
Elmar Babanlı, Azərbaycan Cüdo Federasiyasının baş katibi

Baş katib cüdoçularımızın ““Böyük dəbilqə”dəki çıxışından danışır

22
(Yenilənib 08:33 27.10.2020)
Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyir ki, Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması turnirin əhəmiyyətliliyini daha da artırır
Elmar Babanlı: “Medal gözlədiyimiz idmançımız ümidləri doğrultmadı”

““Böyük dəbilqə” turniri 7 aylıq fasilədən sonra keçirilən ilk böyük turnir idi” . Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı bildirib.

O bildirib ki, yarışın Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması onun əhəmiyyətliliyini daha da artırır:

“Cüdoçumuz Nicat Şıxəlizadə (66 kiloqram) medal qazana bilərdi. Gültac Məmmədəliyeva (52 kiloqram) yaxşı güləş göstərib güclü rəqiblərinə qalib gəlsə də, medal qazana bilmədi. Amma onun üçün reytinqli idmançılar arasında “Böyük dəbilqə” kimi nüfuzlu turnirdə 7-ci yeri tutmaq yaxşı nəticə sayılır. Digər cüdoçumuz, 81 kiloqram çəkidə mübarizə aparan Hidayət Heydərov o qədər də güclü olmayan bolqarıstanlı rəqibinə məğlub oldu. Rəqib görüşün əvvəlində vazari xalı ilə üstünlüyə malik idi və sonadək mövqeyini qorudu. Bu çəkidə Murad Fətiyev kifayət qədər perspektivli idmançıdır. Bir görüşdə qalib gəlməyi onun potensialının göstəricisidir. Daha bir perspektivli cüdoçumuz Telman Vəliyev (73 kiloqram) ötən Qran-Pri yarışlarında mükafatçı olub və bu turnirdə də ondan medal gözləyirdik. Amma ümidləri doğrultmadı”.

Elmar Babanlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

22
Bakıda kafelərin birində, arxiv şəkli

İşçi heyətin müştərilərin maskadan istifadəsinə nəzarət edilməməsi halları aşkarlanıb

0
Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 331 ictimai iaşə obyektində 558 monitorinq keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizlərdən müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən bir sıra qaydalara əməl edilmədiyi aşkar olunur.

AQTA-dan Sputnik Azərbayan-a verilən məlumata görə, agentlik tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 331 ictimai iaşə obyektində 558 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən 26 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.

0