Türkiyənin Qalatasaray komandasının matçdan öncə məşqi

Böyük oyuna saatlar qaldı - Neftçi yoxsa Qalatasaray?

319
(Yenilənib 11:00 17.09.2020)
Bu gün Bakı vaxtı ilə saat 20:00-da Bakı Olimpiya Stadionunda "Neftçi" və "Qalatasaray" qarşılaşacaq

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik.Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsi baş tutacaq. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan təmsilçisi "Neftçi" turnir çərçivəsində bu gün Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutacaq.

Qeyd edək ki, ötən gün oyunundan öncə mətbuat konfransında "Neftçi" klubunun baş məşqçisi Füzuli Məmmədov bildirib ki, İstanbul klubunun zəif və güclü tərəflərini yaxşı öyrənib: "Hansı rəqibə qarşı oynayacağımızı yaxşı bilirik. Biz "Qalatasaray"ı analiz etmişik, onun zəif və güclü tərəflərini öyrənmişik. Meydana qələbə üçün çıxacağıq. Əgər qələbə üçün yalnız 1% şansımız da olsa, ondan istifadə edəcəyik",

Xatırladaq ki, avqustun 27-i "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"yə (2:1) qalib gəlib.

319
Teqlər:
UEFA Avropa Liqası, futbol, Neftçi, "Qalatasaray" futbol klubu, Qalatasaray
Əlaqədar
“Qalatasaray” üçün Bakıda “sarı-qırmızı” jest – FOTO
Fatih Terim "Qalatasaray" oyunçularına "Neftçi"nin zəif və güclü tərəflərini göstərib
Bakının “sarı-qırmızı” qonaqları: “Qalatasaray” sabahkı oyuna necə hazırlaşır – FOTO
"Qalatasaray”la oyunda qələbə üçün hər şansdan yararlanacağıq – “Neftçi”nin baş məqçisi

"Qarabağ" "Neftçiyə uduzdu

26
(Yenilənib 23:40 20.09.2020)
Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

BAKI, 20 sentyabr — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Turun son oyununda "Qarabağ" "Azərsun Arena"da "Neftçi"bu qəbul edib. Azərbaycan derbisi qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kvabena Ovusu açıb. Cəmi 2 dəqiqə sonra "Neftçi" Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Qol zamanı "Qarabağ"ın qapıçısı Emil Balayevin kobud səhvi diqqət çəkib. Komandalar fasiləyə bu hesabla yollanıblar - 1:1.

İkinci hissədə "ağ-qaralar" daha bir qol vurublar. 68-ci dəqiqədə Balayevlə üzbəüz dueldən qalib ayrılan Namiq Ələsgərov topu boş qapıya göndərib və yekun hesabı müəyyənləşdirib.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

Qeyd edək ki, tura sentyabrın 19-da start verilib. "Qəbələ" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. "Sumqayıt" doğma meydanda "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Bu gün isə "Sabah" səfərdə "Zirə"ni yenib - 2:0.

26
Teqlər:
Futbol üzrə Azərbaycan Premyer Liqası, "Neftçi" Futbol Klubu, "Neftçi", "Qarabağ" futbol klubu, "Qarabağ" komandası, "Qarabağ

Lənkəranda “Polad Kuboku” mini-futbol turniri keçirilir

199
(Yenilənib 15:41 20.09.2020)
Turnirin əsas məqsədi Tovuz döyüşlərində Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək və eyni zamanda milli vətənpərvərlik ruhunda olan gəncləri bir araya yığmaqdır.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr - Sputnik. Lənkəranda Tovuz döyüşləri zamanı şəhid olanların xatirəsinə həsr olunan “Polad Kuboku” Mini Futbol Çempionatı keçirilir. Çempionatın təşkilatçısı Rəşad Abbaszadənin Sputnik Azərbaycan-a bildirdiyinə əsasən, turnirdə iştirak üçün 16 komanda nəzərdə tutulsa da, bu haqda elan paylaşılan gün çempionata qatılmaq üçün 24 komanda müraciət edib.

“Biz ilk müraciət edən 16 komandanı seçdik və hər qrupda 4 komanda olmaq şərtilə komandaları 4 qrupa böldük. Çempionata 10 sentyabr tarixindən start verdik və hər gün 2 oyun olmaqla bir qrupun oyunları keçirilir. Oyunların qrafiki hava şəraitinə görə uyğunlaşdırılır. Final mərhələsini 28 sentyabr - 3 oktyabr aralığında keçiməyi planlaşdırırıq. Hava şəraitinindən asılı olaraq təqvimi dəyişə bilərik.

  • Polad Kuboku, Lənkəran
    © Sputnik / Rahim Murad
  • Polad Kuboku, Lənkəran
    © Sputnik / Rahim Murad
  • Polad Kuboku, Lənkəran
    © Sputnik / Rahim Murad
  • Polad Kuboku, Lənkəran
    © Sputnik / Rahim Murad
  • Polad Kuboku, Lənkəran
    © Sputnik / Rahim Murad
1 / 5
© Sputnik / Rahim Murad
Polad Kuboku, Lənkəran

“Polad Kuboku” Mini Futbol Çempionatı “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin tərəfdaşlığı və Lənkəran şəhərində fəaliyyət göstərən özəl təhsil kurslarından birinin təşkilatçılığı ilə həyata keçirilir və turnirə bir neçə şirkətlər sponsor kimi dəstək olublar. Turnirin əsas məqsədi Tovuz döyüşlərində Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək və eyni zamanda milli vətənpərvərlik ruhunda olan gəncləri bir araya yığmaqdır. Turnir canlı olaraq internet üzərindən yayımlanır. Bütün komandalar formalarla təmin olunub, onlardan bəzilərinin üzvləri isə əvvəllər peşəkar futbolla məşğul olublar. Qalib komanda kubok və medalla təltif ediləcək, təşkilatçilar və sponsorlar tərəfindən onlara hədiyyələr təqdim ediləcək. Növbəti yarışlara dövlət tərəfindən dəstək almaq istəyirik”.

Rəşad Abbaszadə onu də əlavə etdi ki, çempionat uğurlu keçəcəyi halda Lənkəranda həm Peşəkar, həm də Həvəskar Mini Futbol Çempionatını başlatmağı düşünürlər.

199

Strateji yol xəritəsi: Azərbaycanda COVID-19 vaksini kimlərə vurulacaq?

6
(Yenilənib 16:08 23.09.2020)
TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, hazırda seroloji testlər aparılır. ÜST-ün də tövsiyəsinə əsasən, ilkin olaraq əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır.

BAKI, 23 sentyabr — Sputnik. Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib.

Sputnik Azərbaycan xəvər verir ki, bunu bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olumuş iclasında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, hazırda ölkəmizdə epidemioloji situasiya sabitdir: "Hazırda virusa qarşı dərman əldə olunmayıb. Virus əleyhinə dərmanların tapılması uzun müddət tələb edir. Vaksinlərlə bağlı tədqiqatlara gəlincə, son mərhələyə gələn tədqiqatlar var. 18 sentyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Sazişə görə, ÜST (Ümümdünya Səhiyyə Təşkilatı) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvədlə təmin olunacaq. GAVI təşkilatının əsası 2000-ci ildə qoyulub. Təşkilatın mərkəzi ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.

Çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə, GAVI, CEPI və ÜST tərəfindən COVAX platforması yaradılıb. COVAX təşkilatı, geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitələrilə qiymətləndirərək təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır".

R.Bayramlı qeyd edib ki, artıq imzalanmış sazişlə əlaqədar Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasına Fonddan vaksinlərin alınması üçün vəsait ayrılmasına dair müraciət ediləcək: "İndiyə qədər koronavirusla mübarizə üçün dövlət büdcəsindən vəsait ayrılıb. İndi isə hökumət vaksinlə bağlı imzalanmış sazişlə əlaqədar vəsaitin Fondun vəsaiti hesabına alınmasını məqbul sayıb və Fondun İctimai Şurasına da bununla bağlı müraciət ediləcək".

"Hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20%-nə peyvəndlərin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər. İstifadə oluna biləcək vaksinlər üzrə vacib tələblərdən biri vaksinin effektiv və təhlükəsiz olmasıdır", - Ramin Bayramlı deyib.

O, əlavə edib ki, hazırda seroloji testlər aparılır: "ÜST-ün də tövsiyəsinə əsasən, ilkin olaraq əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır".

"Vaksinasiyadan əldə etmək istədiyimiz nəticə xəstəliyin epidemiyasının aradan qalxmasıdır" - TƏBİB-in sədri bildirib. Onun sözlərinə görə, yoluxmanın aradan qalxması qlobal gözləntidir:

"Vaksinin kimlərə vurulması ilə bağlı strateji yol xəritəsi hazırlanır. Bizim elmi qurumlar, Səhiyyə Nazirliyi bu istiqamətdə öz işlərini görürlər. Təbii ki, tədqiqatlar başa çatmalıdır ki, vaksinlərin kimə vurulması göstəriş, kimə vurulmasının əks-göstəriş olduğu bəlli olsun. Bu barədə vaksinasiya strategiyasında yer alacaq. Vaksinasiya başa çatanda, vaksinasiya strategiyamız da tam formalaşmış olacaq".

6