Qarabağ və Norveç Moldesi arasındakı oyun zamanı

"Qarabağ" Avropa Liqasının pley-offuna düşdü

1282
(Yenilənib 02:15 17.09.2020)
Bu cütün qalibi pley-offda “Ferensvaroş” (Macarıstan) – “Dinamo” (Xorvatiya) matçında qələbə qazanan komanda ilə üz-üzə gələcək. Məğlub komanda isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək

BAKI, 16 sentyabr — Sputnik. Bu gün Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirib.

Sputnik Azərbaycan apasport.az-a istinadən bildirir ki, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının III təsnifat mərhələsində “Molde” ilə qarşılaşıblar

Ağdam təmsilçisinin Norveç çempionu ilə qarşılaşması Kiprdə baş tutub. Tək oyundan ibarət mərhələnin dueli azarkeşsiz keçirilib.

Əsas və oyuna əlavə edilmiş vaxt qolsuz keçib. Penaltilər seriyasında Norveç yığması qazanıb.

Bu cütün qalibi pley-offda “Ferensvaroş” (Macarıstan) – “Dinamo” (Xorvatiya) matçında qələbə qazanan komanda ilə üz-üzə gələcək. Məğlub komanda isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək.

Qeyd edək ki, Çempionlar Liqasında növbəti mərhələnin oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.

Çempionlar Liqası

Çempionlar yolu, III təsnifat mərhələsi

16 sentyabr

21:00. “Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç) - 0:0 (penaltilərdə 5:6)

Qolla nəticələnməyən penalti: Etzaz Hussain, 102 (qapıçı)
Penaltilər seriyası: 
Ohi Omoyjuanfo (0:1), Uroş Matiç (1:1), Fredrik Aursnes (1:2), Maksim Medvedev (2:2), Erik Hestad (2:3), Patrik Andrade (3:3), Tobias Kristensen (3:4), Kevin Medina (4:4), Martin Ellinqsen (4:5), Şahruddin Məhəmmədəliyev (5:5), Kristoffer Haugen (5:6), Bədavi Hüseynov (5:6 - qapıçı)

Norveç Moldesinin oyunçuları qələbəni qeyd edir
© AP Photo / Petros Karadjias
Norveç "Molde"sinin oyunçuları qələbəni qeyd edir

Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya)

Larnaka (Kipr). “AEK Arena”

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Donald Gerye, 2. Qara Qarayev, 8. Uroş Matiç, 19. Filip Ozobiç, 7. Ovusu Kvabena, 10. Abdullah Zubir, 11. Mahir Emreli

Ehtiyat oyunçular: 12. Emil Balayev, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev

Baş məşqçi: Qurban Qurbanov

"Molde": 1. Andeas Linde, 11. Martin Ellinqsen, 6. Stien Qreqersen, 20. Henri Vinqo, 28. Kristoffer Haugen, 16. Etzaz Hussain, 17. Fredrik Aursnes, 14. Erlinq Knudtzon, 7. Maqnus Eykrem (k), 19. Erik Hestad, 10. Leke Ceyms

Ehtiyat oyunçular: 12. Alexandro Kraninks, 5. Şeriff Sinyan, 15. Tobias Kristensen, 22. Ola Brünhildsen, 27. Markus Pedersen, 30. Matis Bolli, 99. Ohi Omoyjuanfo

Baş məşqçi: Erlinq Mo

1282
Teqlər:
Avropa Liqasının pley-off mərhələsi, Avropa Liqası, penalti, Mölde, Norveç, Azərbaycan, Kipr, təsnifat mərhələsi, Çempionlar Liqası, Qarabağ FK
Əlaqədar
Bakının “sarı-qırmızı” qonaqları: “Qalatasaray” sabahkı oyuna necə hazırlaşır – FOTO
"Qalatasaray”la oyunda qələbə üçün hər şansdan yararlanacağıq – “Neftçi”nin baş məqçisi
Futbol yığmamızın hücumçusu əməliyyat olundu
Ronaldo vurduğu qollarla azərbaycanlının rekorduna yaxınlaşır
Azərbaycan millisi səfərdə qələbə qazandı

"Qarabağ" "Neftçiyə uduzdu

26
(Yenilənib 23:40 20.09.2020)
Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

BAKI, 20 sentyabr — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Turun son oyununda "Qarabağ" "Azərsun Arena"da "Neftçi"bu qəbul edib. Azərbaycan derbisi qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kvabena Ovusu açıb. Cəmi 2 dəqiqə sonra "Neftçi" Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Qol zamanı "Qarabağ"ın qapıçısı Emil Balayevin kobud səhvi diqqət çəkib. Komandalar fasiləyə bu hesabla yollanıblar - 1:1.

İkinci hissədə "ağ-qaralar" daha bir qol vurublar. 68-ci dəqiqədə Balayevlə üzbəüz dueldən qalib ayrılan Namiq Ələsgərov topu boş qapıya göndərib və yekun hesabı müəyyənləşdirib.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

Qeyd edək ki, tura sentyabrın 19-da start verilib. "Qəbələ" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. "Sumqayıt" doğma meydanda "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Bu gün isə "Sabah" səfərdə "Zirə"ni yenib - 2:0.

26
Teqlər:
Futbol üzrə Azərbaycan Premyer Liqası, "Neftçi" Futbol Klubu, "Neftçi", "Qarabağ" futbol klubu, "Qarabağ" komandası, "Qarabağ

Lənkəranda “Polad Kuboku” mini-futbol turniri keçirilir

176
(Yenilənib 15:41 20.09.2020)
Turnirin əsas məqsədi Tovuz döyüşlərində Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək və eyni zamanda milli vətənpərvərlik ruhunda olan gəncləri bir araya yığmaqdır.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr - Sputnik. Lənkəranda Tovuz döyüşləri zamanı şəhid olanların xatirəsinə həsr olunan “Polad Kuboku” Mini Futbol Çempionatı keçirilir. Çempionatın təşkilatçısı Rəşad Abbaszadənin Sputnik Azərbaycan-a bildirdiyinə əsasən, turnirdə iştirak üçün 16 komanda nəzərdə tutulsa da, bu haqda elan paylaşılan gün çempionata qatılmaq üçün 24 komanda müraciət edib.

“Biz ilk müraciət edən 16 komandanı seçdik və hər qrupda 4 komanda olmaq şərtilə komandaları 4 qrupa böldük. Çempionata 10 sentyabr tarixindən start verdik və hər gün 2 oyun olmaqla bir qrupun oyunları keçirilir. Oyunların qrafiki hava şəraitinə görə uyğunlaşdırılır. Final mərhələsini 28 sentyabr - 3 oktyabr aralığında keçiməyi planlaşdırırıq. Hava şəraitinindən asılı olaraq təqvimi dəyişə bilərik.

  • Polad Kuboku, Lənkəran
    © Sputnik / Rahim Murad
  • Polad Kuboku, Lənkəran
    © Sputnik / Rahim Murad
  • Polad Kuboku, Lənkəran
    © Sputnik / Rahim Murad
  • Polad Kuboku, Lənkəran
    © Sputnik / Rahim Murad
  • Polad Kuboku, Lənkəran
    © Sputnik / Rahim Murad
1 / 5
© Sputnik / Rahim Murad
Polad Kuboku, Lənkəran

“Polad Kuboku” Mini Futbol Çempionatı “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin tərəfdaşlığı və Lənkəran şəhərində fəaliyyət göstərən özəl təhsil kurslarından birinin təşkilatçılığı ilə həyata keçirilir və turnirə bir neçə şirkətlər sponsor kimi dəstək olublar. Turnirin əsas məqsədi Tovuz döyüşlərində Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək və eyni zamanda milli vətənpərvərlik ruhunda olan gəncləri bir araya yığmaqdır. Turnir canlı olaraq internet üzərindən yayımlanır. Bütün komandalar formalarla təmin olunub, onlardan bəzilərinin üzvləri isə əvvəllər peşəkar futbolla məşğul olublar. Qalib komanda kubok və medalla təltif ediləcək, təşkilatçilar və sponsorlar tərəfindən onlara hədiyyələr təqdim ediləcək. Növbəti yarışlara dövlət tərəfindən dəstək almaq istəyirik”.

Rəşad Abbaszadə onu də əlavə etdi ki, çempionat uğurlu keçəcəyi halda Lənkəranda həm Peşəkar, həm də Həvəskar Mini Futbol Çempionatını başlatmağı düşünürlər.

176
 Hotel, arxiv şəkli

Pandemiya dövründə mehmanxana restoranlar: problemləri necə həll etməli

0
(Yenilənib 00:16 22.09.2020)
Koronavirusun “ikinci dalğa”sının gözləntiləri fonunda mehmanxana və restoranların yeni şərtlərdə iş perspektivləri hələ də aydın deyil

BAKI, 22 sentyabr — Sputnik. Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə görülən sərt tədbirlər iqtisadiyyatın bir çox sahələri kimi, restoran və mehmanxana biznesinə də ciddi zərər vurub. Bildirilir ki, sərt karantin tədbirlərindən ən çox onlar əziyyət çəkib.

Ancaq  sentyabrdan karantin rejimi, xüsusilə bu sahə ilə bağlı xeyli yumşaldılıb. Eyni zamanda koronavirusun “ikinci dalğa”sının gözləntiləri fonunda mehmanxana və restoranların yeni şərtlərdə iş perspektivləri hələ də aydın deyil. 

Otel və restoranların fəaliyyətlərinin hansı istiqamətdə dəyişdiyi, dövlətin onlara hansı dəstəyi göstərməsi, müştəri bazasının nə dərəcədə azalması və s. barədə suallara sentyabrın 24-ü saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycan Otellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi aydınlıq gətirəcək.

Spikerə suallarınızı əvvəlcədən ivelizade@gmail.com elektron poçtuna göndərərək ünvanlaya bilərsiniz.

Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq. 

Əlaqə:

Telefonlar: 404-13-84/85

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi bu ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə.

0