Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qərar verildi, əfsanə heç yerə getmir

© REUTERS / Albert GeaИгрок ФК "Барселона" Лионель Месси во время празднования гола
Игрок ФК Барселона Лионель Месси во время празднования гола  - Sputnik Azərbaycan
Abunə olmaq
Avqustun 21-də xəbər yayıldı ki, "Barsa"nın rəhbərliyi 33 yaşlı oyunçunun başqa kluba satılmasını istisna etmir. Ancaq eyni zamanda onun komandada qalması üçün də cəhdlər göstərilir.

BAKI, 4 sentyabr — Sputnik. "Barselona"nın hücumçusu Lionel Messi Kataloniya klubunda qalmağa qərar verib. Sputnik Azərbaycan "Marca" nəşrinə istinadən xəbər verir.

Mənbə bildirib ki, hücumçu komandadan getmək istəyib, lakin son bir neçə gündə fikrini dəyişib. Argentinalı hücumçu daha bir mövsüm "Barselona"da qalacaq. Oyunçunun belə bir qərar verməsinə Kataloniya təmsilçisi ilə müqaviləni birtərəfli qaydada pozmaq istəməməsidir. Messinin məhkəməyə müraciət etmək imkanı var, lakin futbolçu klubla münaqişə istəmir.

Avqustun 21-də xəbər yayıldı ki, "Barsa"nın rəhbərliyi 33 yaşlı oyunçunun başqa kluba satılmasını istisna etmir. Ancaq eyni zamanda onun komandada qalması üçün də cəhdlər göstərilir. Argentinalının katalonlarla müqaviləsi 2021-ci ilin yayında bitir.

Klub Çempionlar Liqasının dörddəbir finalında Münhenin "Bavariya" klubuna biabırçı məğlubiyyətdən sonra baş məşqçisini dəyişib. Kike Setyenin əvəzinə "Barselona" özünün keçmiş futbolçusu, holland Ronald Kumanı baş məşqçi gətirib. Onun Messi ilə artıq görüşdüyü deyilir.

Messinin klubdakı vəziyyətdən narazılığı hələ komandanın Çempionlar Liqasından atılmasından öncə də vardı. Ötən mövsüm komanda heç bir mükafat qazanmayıb.

Xəbər lenti
0