Arsenalın futbolçuları Məsut Özil, arxiv şəkli

Müsəlman futbolçuya fantastik təklif Gəl, səni şahzadə edək

35
(Yenilənib 21:57 01.09.2020)
Səudiyyə klubunun rəhbərliyi artıq futbolçunun yaxın ətrafı ilə əlaqə saxlayıb və transfer bu il baş tutmasa belə, ən azı, gələn il transfer üçün onunla ilkin müqavilə imzalamaq istəyir

BAKI, 1 sentyabr — Sputnik. "Arsenal" klubunun yarımmüdafiəçisi Məsut Özil karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Sputnik Azərbaycan "Fanatik" nəşrinə istinadən xəbər verir ki, ərəblər 31 yaşlı almaniyalı türkə illik 20 milyon məvacib təklif edirlər.

Qeyd olunur ki, Səudiyyə klubunun rəhbərliyi artıq futbolçunun yaxın ətrafı ilə əlaqə saxlayıb və transfer bu il baş tutmasa belə, ən azı, gələn il transfer üçün onunla ilkin müqavilə imzalamaq istəyir.

"Biz səni Səudiyyə Ərəbistanının yeni şahzadəsi etmək istəyirik və bunun üçün hər şeyi qurban verərik", - deyə nəşr klub rəhbərliyinin sözlərindən sitat gətirir.

Qeyd edək ki, "Arsenal"ın yarımmüdafiəçisi hazırda bir mövsüm üçün təxminən 20,42 milyon avro qazanır. Onun "Arsenal"la müqaviləsi 2021-ci ildə bitir.

35
Əlaqədar
Azarkeşlər bu anı illərdir ki, gözləyirdilər, amma...
“Əlvida, komandante” - Messi gedir, La Liqa etiraz edir - VİDEO
Bitmək bilməyən penaltilər – Avropa Liqasında dramatik matç yaşanıb - VİDEO
Məsut Özil, arxiv şəkli

Məsut Özil bundan sonra Türkiyədə oynayacaq

24
(Yenilənib 20:41 24.01.2021)
Türkiyə mediası 3.5 illik sözləşməyə imza atan Özilin bu müddət ərzində İstanbul klubunda 15 milyon avrodan çox qazacağını yazıb.

BAKI, 24 yanvar - Sputnik. Türkiyənin "Fənərbaxça" klubu yeni transferi Məsut Özillə 3,5 illik müqavilə bağlayıb.

Sputnik Azərbaycan klubun rəsmi saytına istinadla xəbər verir ki, 2014-cü ildən oyunçusu olduğu Almaniya millisindən istefa verən türkəsilli hücumameylli yarımmüdafiəçi müqaviləyə imza atdıqdan dərhal sonra məşqlərə başlayıb.

"Burada olduğum üçün xoşbəxtəm. Xəyalım gerçək oldu. İnanıram ki, uğurlu mövsüm keçirəcəyik", - deyə Özil vurğulayıb.

33 yaşlı oyunçunun transferi "sarı-lacivərdlilər"ə demək olar ki, havayı başa gəlib. Türkiyə mediası 3.5 illik sözləşməyə imza atan Özilin bu müddət ərzində İstanbul klubunda 15 milyon avrodan çox qazacağını yazıb.

Özil İngiltərə "Arsenal"ı ilə müqaviləsini pozduqdan sonra İstanbul klubu ilə razılaşıb. 

24
Teqlər:
İstanbul, "Fənərbaxça", məşhur futbolçu, futbolçu, Məsut Özil
Yunis Hüseynov, arxiv şəkli

Yunis Hüseynov vəzifəsindən istefa verib

15
(Yenilənib 13:15 24.01.2021)
55 yaşlı mütəxəssis “Keşlə” Futbol Klubunun İdarə Heyətinin sədri Zaur Axundova təşəkkür edib, kluba uğurlar arzulayıb.

BAKI, 24 yanvar - Sputnik. "Keşlə" komandasının baş məşqçisi Yunis Hüseynov bu gün istefa ərizəsini rəhbərliyə təqdim edib.

Sputnik Azərbaycan klubun rəsmi saytına istinadən məlumatına görə, keçirilən görüşdən sonra Hüseynovun istefası qəbul olunub.

55 yaşlı mütəxəssis “Keşlə” Futbol Klubunun İdarə Heyətinin sədri Zaur Axundova təşəkkür edib, kluba uğurlar arzulayıb.

Rəhbərlik də öz növbəsində Hüseynova göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Qeyd edək ki, Yunis Hüseynov "Keşlə"yə 2020-ci ilin avqustunda baş məşqçi təyin olunmuşdu.

15
Teqlər:
futbol klubu, futbol, baş məşqçi, Keşlə, "Keşlə"
Qandal, arxiv şəkli

Astarada "zəncirvari" həbslər

0
Astarada bir neçə gün ərzində iki cinayətkar saxlanılıb. Araşdırma zamanı məlum olub ki, birinci ikincini narkotiklərlə təmin edirmiş

 

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Astara Rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Toğrul Əhədzadənin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Bəxtiyar Quliyev 9 qramdan artıq narkotik vasitə tiryəki satarkən cinayət başında saxlanılıb: “Onun üzərinə baxış keçirilən zaman üzərindən əlavə olaraq bir büküm heroin aşkarlanaraq götürülüb. Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq B.Quliyevin yaşadığı evə baxış aparılarkən oradan 2 ədəd sellofan bağlamada ümumi çəkisi 4 kiloqram 54 qram tiryək aşkar edilib".

© AR Ministry of Internal Affairs
Bəxtiyar Quliyev

T.Əhədzadə həmçinin qeyd edib ki, B.Quliyevin həmin narkotik vasitəni əldə etdiyi rayon sakini İmran Məmmədov da bir neçə gün əvvəl Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

0
Teqlər:
Astara, həbs, narkotacir, narkotik