Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 31 avqust — Sputnik. Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ" komandasının təsnifat mərhələsindəki rəqibi məlum olub. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan çempionu bu mərhələdə Norveçin "Mölde" klubu ilə üz-üzə gələcək.
Ağdam təmsilçisi öz oyunu doğma meydanda keçirəcək.
Xatırladaq ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da baş tutacaq.
Qeyd edək ki, daha əvvəl "Qarabağ" klubu Çempionlar Liqasının daha əvvəl baş tutan mərhələlərində "Sileks" (Şimali Makedoniya) və "Şerif" (Moldova) klublarını mübarizədən kənarlaşdırıb.